Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.
 
Median.Az xəbər verir ki, yanvarın 10-da 1955-ci il təvəllüdlü Gülxar Əhədova yaşadığı Keşlə qəsəbəsində evin hamamında dəm qazından zəhərlənərək ölüb.
 
Qaradağ rayonunda isə yanvarın 11-də 1960-cı il təvəllüdlü Seyfulla Seyfullayev yaşadığı mənzilin hamamında dəm qazından zəhərlənərək ölüb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
///apa