Cəbrayıl və Füzuli rayonundakı yanğınlar SÖNDÜRÜLDÜ

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.