Month: Yanvar 2026

  • Hansı ölkədə orta əməkhaqqına daha çox ət almaq olur? – FOTO

    Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında orta aylıq əməkhaqqına alına biləcək mal ətinin miqdarına görə ilk sırada İrlandiya, son sırada isə İran yer alır.

    Yeniavaz.com “Numbeo”ya istinadən xəbər verir ki, İrlandiyada orta aylıq əmək haqqına 254 kiloqram, İranda isə 28 kiloqram mal əti almaq mümkündür.

    Qeyd edək ki, İrlandiyada vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra insanların aldığı orta aylıq əməkhaqqı 3 min 594 dollar, İranda isə 255 dollar təşkil edir. Eyni zamanda İrlandiyada bir kiloqram mal ətinin orta satış qiyməti 14 dollar, İranda isə 9 dollara bərabərdir.

    Məlumat üçün bildirək ki, Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında orta aylıq əmək haqqına alına biləcək mal ətinin miqdarına görə Azərbaycan yalnız İrandan öndədir. Azərbaycanda vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra insanların aldığı orta aylıq əmək haqqı 780 manat (458 dollar), mal ətinin bir kiloqramının orta satış qiyməti isə 17 manat (10 dollar) təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanda orta aylıq əmək haqqına 44 kiloqram mal əti almaq mümkündür.

    Bu göstərici qonşu ölkələrdən Rusiyada 83 kiloqrama, Gürcüstanda 56 kiloqrama, Türkiyədə və Ermənistanda 53 kiloqrama, İranda isə 28 kiloqrama bərabərdir.

    Cədvəldə Avropa, keçmiş SSRİ və qonşu ölkələr arasında vergilər və digər sosial ödənişlər çıxıldıqdan sonra orta aylıq əməkhaqqı, bir kiloqram mal ətinin orta satış qiyməti və orta aylıq əmək haqqına alına biləcək mal ətinin miqdarı göstərilib:

  • Polkovnik Vidadi Orucov vəfat etdi

    Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi Orucov vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 68 yaşında Moskvada dünyasını dəyişib.

    Qeyd edək ki, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.

    O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

    Mərhum Göygöl rayonunda dəfn olunub.

  • Yer kürəsində ulduzlara ən yaxın nöqtə hansıdır?

    Çoxları düşünə bilər ki, bu ən yüksək zirvələr – Everest və ya K2-dir. Lakin həqiqət bir az fərqlidir.

    Qaynarinfo “IFScience” jurnalına istinadən xəbər verir ki, ulduzlara ən yaxın nöqtə Ekvadorda yerləşən Çimboraso vulkanıdır. Bu dağ artıq vulkan olsa da, aktiv deyil və hündürlüyü dəniz səviyyəsindən 6268 metrdir.

    Bu, Everest (8849 m) və ya K2 (8611 m) ilə müqayisədə xeyli azdır və hətta Çimboraso Cənubi Amerikadakı dağların ən yüksək zirvəsi deyil – And dağlarının 37-ci yüksək zirvəsidir.

    Amma Çimboraso zirvəsi texniki baxımdan Günəşə və ulduzlara daha yaxındır, çünki o, ekvator yaxınlığında yerləşir. Yer faktiki olaraq yastıqlanmış sferoid şəklindədir: fırlanma səbəbindən ekvator ətrafında planet qalınlaşır, qütblərdən daha uzaq “çıxıntı” əmələ gəlir.

    Everest ekvatordan kifayət qədər uzaqda, Nepal və Çin sərhədində (28° şimal enliyi) yerləşdiyi üçün bu baxımdan əlverişsizdir. Çimboraso isə demək olar ki, ekvator üzərindədir – yalnız 1° cənub enliyində, yəni Yer kürəsinin “ən qalın” hissəsinə çox yaxındır. Bu da onu planetimizin mərkəzindən ən uzaq nöqtə edir.

    Beləliklə, “Dünyanın zirvəsindəyəm!” demək üçün Everestə çıxmağa ehtiyac yoxdur. Everestə çıxmaq adətən 10 günlük yürüş, 6 həftə aklimatizasiya və 7–9 günlük zirvəyə qalxış tələb edir. Çimborasoya çıxış isə təxminən iki həftəyə başa gəlir, son zirvəyə qalxış isə 1–2 gün davam edir.

  • Qırıcılar havaya qalxdı – Trampdan İrana son xəbərdarlıq (Video)

    “Hazırda böyük bir donanma İrana doğru irəliləyir”.

    Bunu ABŞ prezidenti Donald Tramp deyib.

    “Əgər razılaşma əldə etsək, bu yaxşıdır. Əgər razılaşma əldə etməsək, nə olacağını görəcəyik”.

    Bu arada, ABŞ Mərkəzi Komandanlığı Ərəbistan dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindən F/A-18E Super Hornet qırıcısının havaya qalxdığını açıqlayıb.
    //unikal.az

  • Fatih Ürek vəfat etdi

    Dörd aydır reanimasiyada olan 59 yaşlı türkiyəli məşhur müğənni Fatih Ürək vəfat edib.

    Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

    Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı.

  • Universitet müəllimi dünyasını dəyişdi

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici dillər kafedrasının müəllimi Hüseynzadə Xoşqədəm Əsəd qızı vəfat edib.

    Bu barədə ADNSU-nun məlumatında deyilir.

    Qeyd edək ki, Hüseynzadə Xoşqədəm Əsəd qızı 1989-cu ildən etibarən ADNSU-nun Xarici dillər kafedrasında çalışmış, uzun illər ərzində pedaqoji fəaliyyəti ilə yanaşı, universitetimizin ictimai həyatında fəal iştirak edib.

  • Avstriya Azərbaycandan neft idxalını 2 dəfədən çox artırdı

    2025-ci ildə Azərbaycandan Avstriyaya 88 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 177,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 40,1 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 91,6 min ton ton və ya 2 dəfə çoxdur.

    2024-cü ildə Azərbaycandan Avstriyaya 47,9 milyon ABŞ dolları dəyərində 85,9 min ton neft və neft məhsulları ixrac olunub.

    2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

    Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

    Sözügedən məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

  • Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

    Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

    5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir.

    Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq.

    Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var.

    7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir qədər yüksələcəyi proqnozlaşdırılır.

  • “Qarabağ” – “Nyukasl” matçının başlama saatı müəyyənləşdi

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

    “Köhlən atlar” ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    Qarşılaşma saat 21:45-də başlayacaq.

    Fevralın 24-də, İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

  • Bu üç cihazı elektrik şəbəkəsindən ayırmaq olmaz

    Çoxumuz istifadə etmədiyimiz zaman məişət texnikasını şəbəkədn çıxarmağa öyrəşmişik. Lakin hər cihaz eyni şəkildə tez-tez enerjidən kəsilməyə dözmür. 

    Qaynarinfo-nun məlumatına görə, ekspertlər açıqlayıb ki, bəzi cihazları rozetkadan çıxarmaq düzgün deyil və bunun səbəbləri var.

    OLED televizor

    OLED televizorlar tez-tez tam olaraq enerjidən kəsilməyi sevmir – bu, cihazın sıradan çıxmasına səbəb ola bilər. OLED ekranlardakı pikselər fon rejimində mütəmadi yenilənir. Bu proses davamlı olaraq kəsilərsə, zamanla görüntü keyfiyyətinə mənfi təsir göstərə bilər. Ekspertlər tövsiyə edir ki, hər model üzrə istehsalçı ilə dəqiqləşdirilsin: onu tamamilə enerjidən kəsmək olarmı, yoxsa yalnız enerji düyməsi ilə söndürmək daha düzgün olar.

    Wi-Fi router

    Wi-Fi router (marşrutlayıcıO davamlı internet bağlantısı təmin edir və bu çox rahatdır. Routeri gecələr şəbəkədən çıxarmaq yalnız o halda məntiqlidir ki, ona bağlı kritik cihazlar – məsələn, video müşahidə sistemi və ya ağıllı ev elementləri – işləməsin. Əks halda, cihazlar yenidən qoşulduqda nasazlıqlar yarana bilər. Router sabit internet bağlantısı təmin etdiyindən, internet lazım olduqda daim işləməlidir.

    Mürəkkəb püskürtməli printer

    Printeri də şəbəkədən çıxarmaq tövsiyə edilmir. Əgər cihaz şəbəkədən ani çıxarılırsa, printer düzgün şəkildə işini başa çatdıra bilmir və çap başlığı “hazır” rejimində qalır. Növbəti dəfə cihaz qoşulduqda printer avtomatik başlığı təmizləməyə başlayır və bu, mürəkkəb xərclərini artırır. Buna görə printeri yalnız onun enerji düyməsi ilə söndürmək daha düzgün olur.

    Digər cihazlar da enerji kəsilməsindən zərər görə bilər:

    * Soyuducular və dondurucular
    * Təhlükəsizlik və siqnalizasiya sistemləri
    * Ağıllı termostatlar
    * Həyat üçün vacib sistemlər

    Nəzərə alın ki, əgər elektrik kəsilməsi müntəzəm baş verirsə, kəskin gərginlik dalğaları texnikanın sıradan çıxmasına və hətta alışmasına səbəb ola bilər. Belə hallarda cihazları enerjidən kəsmək və işıq qayıtdıqdan təxminən 10 dəqiqə sonra yenidən qoşmaq tövsiyə olunur.