Azərbaycan Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.
Median.Az həmin paylaşımı təqdim edir:
Month: Mart 2026
-
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib – FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Median.Az xəbər verir ki, paylaşımda deyilir:
“Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
-
11-12 yaşlı aktyorlar üçün fantastik qonorar: Hər bölümə 79 min dollar
“Harri Potter”in yeni televiziya adaptasiyasında baş rolları ifa edən gənc aktyorların hər birinə birinci mövsüm üçün 500 min funt sterlinq (661 687 dollar – red.) ödəniləcək.
Bu barədə “The Sun” məlumat yayıb.Xəbərə əsasən, Harri obrazını canlandıracaq 12 yaşlı Dominik Maklaflin, Hermionanı oynayacaq 11 yaşlı Arabella Stanton və Ron rolunu ifa edəcək 12 yaşlı Alastair Stout 32 min nəfərlik namizəd siyahısını geridə qoyaraq böyük gəlir əldə ediblər.
İlk mövsümə daxil olan səkkiz bölümün hər birinə görə uşaq aktyorlar 60 min funt sterlinqdən (79 402 dollar – red.) çox qonorar alırlar. Aktyorlar artıq yeniyetməlik yaşında kifayət qədər böyük vəsait qazanmağa müvəffəq olublar.
“Onlar yaxın gələcəkdə dünyanın ən populyar üç uşağına çevriləcəklər”, – deyə media orqanlarında qeyd olunur.
Jurnalistlər onu da vurğulayıblar ki, “Harri Potter və Fəlsəfə Daşı” əsərinin motivləri əsasında hazırlanan birinci mövsümün ilk nümayişinin Milad bayramı ərəfəsində HBO Max platformasında baş tutacağı gözlənilir. Coan Roulinq tərəfindən yazılmış yeddi kitabın hər biri qarşıdakı onillik ərzində ekranlaşdırılacaq. Yeniyetmə sehrbazın hekayəsindən bəhs edən yeni televiziya layihəsinin çəkiliş prosesinə isə ötən ilin yay aylarında start verilib.
-
Dünya valyuta ehtiyatları tarixi maksimuma çatıb

2025-ci ilin yekunlarına görə, dünya valyuta ehtiyatlarının həcmi 13 trilyon dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 6.5% artaraq tarixi maksimuma çatıb.
Bu nəticə “RİA Novosti” agentliyinin Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsaslanan hesablamalarından irəli gəlir.Hesablamalara görə, ABŞ dollarının ehtiyatlardakı payı 2024-cü ildəki 58.52%-dən 56.77%-ə enib.
Dolların dünya valyuta ehtiyatlarındakı payı müşahidə olunan bütün dövr üzrə minimum həddə düşüb. BVF bu statistik məlumatları 1995-ci ildən təqdim edir. Yuanın ehtiyatlardakı payı da 1.95%-ə enib ki, bu da 2017-ci ildən bəri ən aşağı göstəricidir.
Asiya valyutası olan yenin payı isə əksinə, artaraq 5.78%-ə çatıb. Bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Ən böyük pay isə 20.25% ilə avroya məxsusdur.
-
Pulsuz “Wi-Fi” təhlükəsi: Məlumatlarımızı necə qoruyaq? – Video
Kafedə, parkda və digər ictimai məkanlarda ilk axtardığımız çox vaxt pulsuz “Wi-Fi” şəbəkələri olur. Maddi xərc çəkmədən internetdən istifadə etmək cəlbedici görünsə də, bu rahatlığın arxasında ciddi kibertəhlükələr dayanır. Sadə bir bağlantı şəxsi məlumatlarımızın kibercinayətkarların əlinə keçməsinə şərait yarada bilər.
Median.Az ATV-yə istinadla xəbər verir ki, İKT üzrə mütəxəssis Bəhruz Əliyevin sözlərinə görə, ictimai “Wi-Fi” şəbəkələrində ən çox rastlanan üsullardan biri “SSID spoofing”, yəni şəbəkə adının saxtalaşdırılmasıdır:
“Kiberfırıldaqçılar ictimai yerlərdə rəsmi “Wi-Fi” adına çox bənzər saxta şəbəkələr yaradırlar. İstifadəçi bunu fərqləndirə bilmir və qoşulduğu anda məlumatları oğurlanır. Həmçinin “Captive portal” adlanan sistemlər vasitəsilə istifadəçi saxta səhifələrə yönləndirilə bilər. Əgər cihazınızda fayl paylaşımı açıqdırsa, fırıldaqçılar birbaşa notbuk və ya telefonunuzdakı sənədlərə daxil ola bilərlər”.
Mütəxəssis qeyd edir ki, müasir sistemlərin çoxu sertifikatla şifrələnsə də, kibercinayətkarlar hələ də boşluqlar tapmaqda davam edirlər.
Bəhruz Əliyev pulsuz internetdən istifadə edənlərə bir neçə vacib qaydaya əməl etməyi tövsiyə edir:
– İctimai “Wi-Fi”a qoşularkən şəxsi e-poçt və şifrələri daxil etməyin;
– Bank tətbiqlərindən və dövlət portallarından istifadə etməkdən çəkinin;
– Cihazınızda “fayl paylaşımı” funksiyasının qapalı olduğundan əmin olun;
– Qoşulduğunuz şəbəkənin rəsmi məkana aid olub-olmadığını dəqiqləşdirin.
-
Bakıda faciə: Oğlunu itirdikdən sonra xəstəliyə tutulan qadın binadan yıxılaraq öldü – Video
Paytaxtın Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, yaşlı qadın Ağa Nemətulla küçəsi, 22 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək meyitə baxış keçiriblər. Ölən şəxsin Qərənfil Sadıqova olduğu müəyyən edilib.
Qonşuların sözlərinə görə, qadının bir neçə il əvvəl oğlunu itirdikdən sonra səhhətində problemlər yaranıb. O, son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirmiş və ailəsi – həyat yoldaşı və qızı ilə birlikdə yaşayırmış.
Mərhumun meyiti dəfn edilməsi üçün doğulduğu Tovuz rayonuna göndərilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
-
Türkiyədə bələdiyyə sədri həbs edildi
Türkiyədə Uşak bələdiyyə sədri Özkan Yalım həbs edilib.
Median.Az bu barədə “Milliyet” qəzetinə istinadən xəbər verir.
O, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində keçirilmiş əməliyyat zamanı saxlanılmışdı.
Bələdiyyə sədri rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə saxtakarlıq qarışdırmaq maddələri üzrə ittiham olunur.
Hakim qarşısına çıxarılan Ö.Yalımın və daha səkkiz şübhəlinin həbsinə qərar verilib.
-
Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb – Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, beş avtonəqliyyat qəzası, üç partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə FHN məlumat yayıb.Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
-
KİV: İran husiləri Qırmızı dənizdə gəmilərə hücum etməyə məcbur edir
“İran Yəmənin “Ənsar Allah” qruplaşmasının (husilər) üsyançılarını Qırmızı dənizdə gəmiçiliyə qarşı kampaniya başlatmağa sövq edir. Lakin qrupun hərbi rəhbərliyi daxilində münaqişənin daha da kəskinləşməsi ilə bağlı fikir ayrılıqları mövcuddur”.
“Bloomberg” agentliyi bu məlumatı özəl mənbələrə istinadən yayıb.Bildirilib ki, qruplaşma daxilində fikir ayrılıqları onların hərəkətlərinin aqressivlik dərəcəsi ilə bağlıdır. Bu hal husilərin münaqişəyə bir ay sonra girmək istəyinin səbəbini qismən izah edir. Agentlik qeyd edir ki, husilər son açıqlamasında hərbi əməliyyatları ABŞ və İsrailin İrana və “Hizbullah” da daxil olmaqla müttəfiqlərinə hücumları dayandırılana qədər davam etdirəcəklərini açıqlayıblar. Lakin onlar bəyanatlarında Qırmızı dənizdə tankerlərə hücum etmək niyyətlərini xüsusi olaraq qeyd etməyiblər. Mənbələr həmçinin ABŞ və Səudiyyə Ərəbistanı rəsmilərinin Avropa tərəfdaşlarını husilər tərəfindən mümkün eskalasiya barədə məlumatlandırdıqlarını bildiriblər. Onlar Yəmən qrupunun hazırda ABŞ və Səudiyyə Ərəbistanı obyektlərinə hücumlardan qaçmaq istədiyini bildirirlər. Eyni zamanda, xəbər qaynaqları əlavə ediblər ki, İrana qarşı əməliyyatlar nə qədər uzun müddət davam edərsə, husilərin Qırmızı dənizdəki gəmilərə zərbə endirmə ehtimalı bir o qədər yüksəlir.
-
Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu

30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







