Almaniyada hava limanında işçilər kütləvi tətilə başladı – Minlərlə sərnişin yolda qaldı

Almaniyanın Hamburq hava limanında işçilər kütləvi etiraza başlayıblar.

Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərin işə çıxmaması səbəbindən 72 reys təxirə salınıb və 9 min sərnişin yolda qalıb.

İşçilər maaşlarının 275 avro artırılmasını tələb edir. Hava limanı rəhbərliyi isə bu rəqəmin yüksək olduğunu bildirir.

Etirazçılar tələbin yerinə yetirilməyəcəyi təqdirdə tətilin davam etdiriləcəyini açıqlayıblar.

Paylaş:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *