Category: Avto

  • Məşhur avtomobil markalarında ciddi qüsurlar aşkar edilib

    “Ford” və “Mazda” ABŞ-də 475 mindən çox köhnə avtomobilinin sahiblərinə müraciət edib.

    Bu barədə “Interfaks” məlumat yayıb.

    Brendlərin nümayəndələri qüsurlu “Takata” təhlükəsizlik yastıqlarına görə insanları belə avtomobillərdə səyahət etməməyə çağırıblar.

    Bu, “Ranger”, “Mustang”, “Ford GT”, “Fusions”, “Edge”, “Milan”, “MKZ” və “Zephyr” modelləri də daxil olmaqla 2004-2014-cü illərdə istehsal edilmiş 374 mindən çox “Ford”, “Lincoln” və “Mercury” avtomobillərinə aiddir. Bundan əlavə, xəbərdarlıq “CX-7”, “CX-9”, “RX-8” və “Speed6” da daxil olmaqla 2003-cü ildən 2015-ci ilə qədər istehsal edilmiş təxminən 83 min “Mazda” avtomobilinə aiddir.

    Eyni zamanda, şirkətlər nasaz yastıqların işlək yastıqlarla əvəzlənməsi üçün avtomobilləri servis mərkəzinə çatdırmağa hazır olduqlarını bildiriblər.

    Nasaz “Takata” hava yastıqları 100 milyon avtomobildə aşkar edilib. Problem, zaman keçdikcə korpusu çatlayan hava yastığı şişiricisindədir. O partlayanda avtomobilin salonuna çoxlu metal parçaları yayılır ki, bu da sürücü və sərnişinlərin xəsarət alması ilə yanaşı, qəzaya səbəb ola bilər. Genişmiqyaslı geri çağırma kampaniyası Yaponiyanın “Takata” şirkətini iflasa gətirib çıxarıb.

    2009-cu ildən bəri dünyada Yaponiyanın “Takata” şirkətinin qüsurlu yastıqlarının səbəb olduğu 30-dan çox ölüm faktı müəyyən edilib.
    //oxu.az

  • Dünyada elektrik avtomobillərin satışı kəskin artdı

    İyul ayında Çində güclü artımın təsiri ilə tam elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları illik müqayisədə 21% artıb.

    Lent.az “Reuters“a istinadən xəbər verir ki, keçən ay 1,35 milyon elektrik avtomobili satılıb . Bu məbləğin 880 mini Çində satılıb ki, burada bu rəqəm ötən illə müqayisədə 31% artıb.

    Çində 2024-cü ilin ilk yeddi ayında hibrid avtomobillərin (PHEV) satışı keçən illə müqayisədə 70% artıb.

    Avropada elektrikli avtomobillərin aylıq satışları azalıb, ABŞ və Kanadada isə keçən ay elektrikli avtomobil satışları 7,1% artıb.

  • Avtomobil alarkən diqqət yetirməli olduğunuz məqam: Ən etibarlı modellər – SİYAHI

    Ciddi təmir olmadan 400 min km-dən çox yol qət edə biləcək avtomobillərin reytinqi tərtib edilib.

    Reytinqi ABŞ-nin avtomobil təsnifatçısı “iSeeCars” təqdim edib.

    Mütəxəssislər 2012-2023-cü illər arasında satılan avtomobilləri araşdıraraq, illik orta yürüş göstəricilərindən istifadə etməklə bu reytinqi hazırlayıblar.

    Məlum olub ki, ümumilikdə avtomobilin 400 min km yol qət etmə ehtimalı 8.6% təşkil edir. Lakin elə modellər var ki, onların bu göstəricisi digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, reytinqdə “Toyota Tundra” pikapı 36.6% göstərici ilə lider olub. Onun ardınca “Toyota Sequoia” gəlir – 36.4%. Üçüncü yerdə isə “Toyota 4Runner” qərarlaşıb – 26.8%.

    Reytinqə, həmçinin “Toyota Tacoma”, “Toyota Highlander Hybrid”, “Honda Ridgeline”, “Chevrolet Suburban”, “Toyota Avalon”, “Lexus GX”, “Chevrolet Silverado 1500”, “GMC Yukon XL”, “Chevrolet Tahoe”, “Honda Pilot”, “Honda Accord”, “GMC Sierra 1500”, “Ford F-150”, “Toyota Highlander”, “Nissan Titan”, “Honda CR-V” kimi modellər də daxil olub.

    //oxu.az

  • BYD şirkəti yeni sportkarı U9-u satışa çıxardı

    Ötən il Çinin BYD şirkəti tərəfindən satışa çıxarılan lüks brend “Yangwang” özünün ikinci modeli – 1,68 milyon yuan (təxminən 400 min AZN) qiyməti olan dördmühərrikli elektrik superkar U9 üçün sifarişlər qəbul etməyə başlayıb.

    Adı “yuxarı bax” kimi tərcümə olunan “Yangwang” brendi BYD-nin texnoloji nailiyyətlərinin bir növ nümayişidir və onun ən bahalı və statuslu modellərinin istehsalına cavabdehdir.

    “Yangwang” markasının ilk brendi yerində tank kimi fırlana bilən SUV U8 idi. O, keçən ilin noyabr syında Çin bazarına daxil olmuşdu.

    Sırf elektriklə işləyən superkar “Yangwang” U9 isə ilk dəfə ötən ilin aprelində ictimaiyyətə təqdim edilmişdi.

    Avromobilin bütün texniki göstəriciləri və qiyməti elan edilib və artıq sifarişlər qəbul edilməyə başlanıb.

    Sıfırdan 100 km/saata qədər sürətlənmə vaxtı 2,36 saniyə olan avtomobilin maksimal sürəti 309 km/saatdır.

    Superkarın ümumi uzunluğu – 4966 mm, eni – 2029 mm, hündürlüyü – 1295 mm, boş çəkisi isə 2475 kq-dır.

    Avtomobil dörd elektrik mühərriki (hər təkər üçün bir) ilə təchiz olunub ki, onların maksimum birləşmiş gücü 1306 at gücünə bərabərdir. 800 voltluq akkumulyatorun tutumu 80 kVt/saatdır. Onun tam doldurulması orta sürüşlə 450 km yürüş üçün kifayətdir.

    Yarış yolunda sürərkən batareya, əlbəttə ki, daha tez tükənəcək. Lakin onu 500 kVt gücündə bir anda iki kabellə doldurmaq olar.

    Şarjı 30-dan 80% -ə qədər doldurmaq cəmi 10 dəqiqə vaxt tələb olunur.
    //lent.az

  • Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR?

    Son dövrlərdə xarici ölkələrdən, xüsusilə də ABŞ-dən qəzalı, bir hissəsi yanmış, hətta suda batmış maşınların gətirilməsi adi hala çevrilib. Onların bir çoxu elə gətirildiyi kimi, qəzalı halda ucuz qiymətə satışa çıxarılır. Bəzi hallarda isə həmin avtomobilləri bəzəyib “vuruqsuz” adı ilə satanlar da olur.

    Digər tərəfdən, istehsal ili köhnə olan avtomobillərin ölkəmizə gətirilməsi qadağan edilib.

    Bəs ili təzə olan, amma aşmış, yanmış, əzilmiş maşınlar ölkəyə niyə gətirilir? Bu avtomobillər nə üçündür? Belə çıxır ki, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur?

    Nəqliyyat eksperti Aslan Əsədov Bizim.media-ya bildirib ki, bu cür avtomobillərin ölkəyə gətirilməsində əsas məqsəd pul qazanmaqdır:

    “Bu da maliyyə resursunun təmin edilməsi üçündür. Amma burada bir neçə faktor rol oynayır. Birinci faktor odur ki, tələbat var. Yəni tələbat varsa, təklif də avtomatik olaraq yaranır. Kifayət qədər belə maşınları alanlar var”.

    Bu cür avtomobillərə tələbin hansı səbəbdən yarandığına gəlincə, ekspert deyib ki, onlar fərqli məqsədlər üçün istifadə olunur:

    “İli təzə olan yeni avtomobillər baha olduğundan bəzən bu cür avtomobilləri alırlar. Bəzən də olur ki, bu avtomobilləri gətirib təmir edir, həmçinin onların saz detallarını qiymətləndirməklə digər avtomobillər üçün ehtiyat hissələri kimi satırlar”.

  • Tanınmış avtomobil brendlərinin Çin variantlarına etibar etmək olarmı?

    Azərbaycanın avtomobil yollarında şütüyən tanınmış maşın brendlərinin Çin variantlarının sayı getdikcə artmaqdadır.

    Söhbət əsasən Yaponiya və Cənubi Koreyanın aparıcı avtomobil istehsalçılarının (“Toyota”, “Nissan”, “Hyundai”, KİA”) markalarının Çində istehsal edilmiş modellərindən gedir.

    Bir qayda olaraq həmin avtomobilləri Azərbaycana rəsmi dilerlər gətirmir. Onların ölkəyə idxalı ilə müxtəlif avtomobil salonları, eləcə də fərdi şəxslər məşğul olur və ənənəvi variantlarla müqayisədə Çin variantları azı 5 min manat ucuz təklif olunur. Bəs belə maşınlara etibar etmək olarmı? “Report” mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

    “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev maşınların Çin variantlarının ucuz olmasını müxtəlif səbəblərlə izah edir: “Rəsmi diler avtomobil gətirəndə gömrükdə bütün rüsumları, vergiləri, eləcə də xidmət xərclərini ödəyir. Fərdi idxalda isə bəzi hallarda bu ödəmələrdən və xərclərdən qismən qaçmaq mümkündür. Bundan başqa, rəsmi idxalda istehsalçının verdiyi zəmanət qeyri-rəsmi idxalda ya ümumiyyətlə olmaya, ya da məhdud ola bilər. Son nəticədə ənənəvi variantla Çin variantı arasında qiymət fərqi yaranır”.

    Onun sözlərinə görə, Çin variantına pul vermiş müştəri avtomobilə texniki xidmət məsələsində də çətinliklərlə üzləşə bilər: “Rəsmi diler satdığı maşına verdiyi zəmanətə uyğun olaraq 3-5 il ərzində mühərrikdə və sürət qutusunda yaranan problemləri ödənişsiz həll edir. Çindən gətirilən avtomobillərə rəsmi servislərdə ödənişli xidmət göstərilməsi belə problem ola bilər. Bu, əsasən ehtiyat hissələrinin uyğunluğu və servis personalının həmin modellərə dair məlumatlılıq səviyyəsi ilə bağlıdır. Rəsmi qaydada idxal edilən avtomobillər üçün ehtiyat hissələri və texniki məlumatlar rəsmi servis mərkəzlərində mövcuddur, fərdi idxalda isə bu cür hissələrə və məlumatlara çıxış məhdud ola bilər”.

    Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə deyir ki, rəsmi qaydada ölkədə idxal edilən avtomobillə, adətən, Azərbaycanın texniki tələblərinə uyğun olaraq sertifikatlaşdırılır: “Bu, avtomobilin təhlükəsizlik standartlarına, ekoloji normalara və digər yerli tələblərə cavab verdiyini göstərir. Fərdi qaydada idxalda isə sertifikatlaşdırmaya əməl edilməyə bilər, bu da müəyyən hallarda avtomobilin dövlət qeydiyyata alınmasında və yaxud istifadə olunmasında çətinliklər yarada bilər. Yəni, Çindən fərdi şəkildə gətirilən avtomobillər, bəzən yerli bazar üçün nəzərdə tutulmayan spesifikasiyalarda ola bilər. Bu, avtomobilin texniki göstəricilərindən tutmuş, interyer və eksteryer dizaynına qədər fərqli cəhətləri əhatə edə bilər. Rəsmi distribyutorlar isə adətən, yerli bazarın tələblərinə uyğun modifikasiyalı avtomobilləri idxal edir”.

    Buna görə ekspert tövsiyə edir ki, avtomobil həvəskarları rəsmi dilerlərdən maşın almağa çalışsın: “Çindən fərdi şəkildə avtomobil gətirmək qiymət baxımından sərfəli görünə bilər. Lakin bu cür avtomobillərin zəmanət, texniki xidmət, sertifikatlaşdırma və modifikasiya məsələlərində müəyyən risklər və çətinliklər yarana bilər. Rəsmi qaydada idxal edilən avtomobillər nisbətən yüksək qiymətə satılsa da, zəmanət, texniki xidmət və yerli bazar tələblərinə uyğunluq kimi üstünlüklərə malikdir. Bu seçimlər arasında qərar verərkən, avtomobil sahibləri uzunmüddətli perspektivdə rahatlıq və təhlükəsizlik amillərini də nəzərə almalıdırlar”.
    //report

  • Tesla avtomobillərində böyük problem – Anidən kapot açıla bilər

    Tesla, avtomobilin kapotunun açılmasına və sürücülərin baxışına mane ola biləcək proqram probleminə görə ABŞ-da 1,8 milyondan çox avtomobili geri çağıracaq.

    Median.Az dünyanın ən zəngin insanlarından biri olan İlon Maska məxsus ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, istifadəçilərini narahat edəcək xəbərlərlə gündəmə gəlib.

    ABŞ Milli Avtomobil Yolları Yol Təhlükəsizliyi İdarəsindən verilən açıqlamada, sözügedən qərarın 2021-2024-cü illər arasında istehsal edilən Model 3, Model S, Model X və Model Y avtomobillərini əhatə etdiyi bildirilib.

    Məlumatda həmçinin bildirilir ki, avtomobillərdə kapotun qəfik açılması proqram təminatındakı problemə görədir və bu problem kapotun tamamilə açılaraq sürücünün görmə qabiliyyətinə mane ola bilər və qəza riskini artıra bilər.

  • Maşını işə salmazdan əvvəl göstərici işıqlarının sönməsini gözləmək lazımdırmı?

    Avtomobil sürməzdən əvvəl alışdırma açarını çevirməyimiz, göstəricinin işıqlarının sönməsini gözləməyimiz və sonra maşını işə salmağımız tövsiyə olunur. Bəs bunun arxasındakı səbəb nədir?
    Bizimyol.info “webtekno”ya istinadən xəbər verir ki, əslində bunun arxasında olan tək bir səbəb deyil. Avtomobil bu müddət ərzində bir çox yoxlamalar həyata keçirir.

    Göstərici işıqlarının sönməsini gözləmək təhlükəsiz sürücülük üçün böyük əhəmiyyət kəsb edir. Gəlin bir az daha ətraflı danışaq.

    Mühərrikin idarəetmə bloku (ECU) avtomobil işə salındıqda müxtəlif sensorlardan gələn məlumatları yoxlayır.

    Bu proses zamanı hər hansı nasazlıq aşkar edilərsə, alət panelində həmin problemi göstərən nasazlıq lampası yanmağa davam edir. Bu proses zamanı avtomobilin hidravlik sistemləri də yoxlanılır. Əyləc və sükan kimi sistemlər avtomobil işə salındıqda hidravlik təzyiqə nəzarət edir.

    Daha müasir avtomobillər emissiyaları idarə etmək üçün müxtəlif sensorlar və sistemlərdən istifadə edir

    Bu sistemlərin düzgün işləməsini təmin etmək üçün ilkin yoxlama aparılır. Bu proses zamanı hava yastıqları və digər təhlükəsizlik sistemləri də sınaqdan keçirilir. Xülasə olaraq, istifadə etdiyimiz nəqliyyat vasitələrində bir çox hissə var və bu hissələrin işə düşmədən əvvəl nəqliyyat vasitəsinin beyni ilə əlaqə saxlaması lazımdır. Bu əməliyyatların ardıcıl olaraq həyata keçirilməsini gözləmək, vasitədəki problemləri əvvəlcədən aşkar etmək üçün böyük əhəmiyyət kəsb edir.

  • Azərbaycanda elektrikli avtomobillərlə bağlı İLK

    Ağdam Sənaye Parkının rezidenti “EEL Electric” MMC-nin elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin artıq 85%-i yekunlaşıb.

    Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq.

    Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0.4 kV güc və idarəetmə panelləri, kondensator qurğuları, müxtəlif güclərdə transformator məntəqələrin istehsalı həyata keçiriləcək.

    Şirkət tərəfindən, həmçinin Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj cihazlarının istehsalı nəzərdə tutulur.

    Qeyd edək ki, Ağdam Sənaye Parkının 1.7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.

  • “Ford” zavodundan bir milyon dollar dəyərində avtomobillər oğurlanıb

    ABŞ-də “Ford” zavodunun anbarından 10 ədəd “F-150 Raptor” pikapı oğurlanıb. Oğurlanan avtomobillərin ümumi dəyəri bir milyon dollara yaxın olub.

    Median.Az-ın “Fox” telekanalına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları isti izlərlə bir neçə avtomobili tapıb və avtomobil oğrularını saxlamağa nail olub. Lakin bu, yalnız hücum edənlərin anbarda saxlanılan yük maşınlarının çənlərində olan yanacağın miqdarını nəzərə almadıqlarına görə mümkün olub.

    Bütün oğurlanmış pikaplar anbarda saxlanılıb. Eyni zamanda, bir neçə hücumçunun mühafizə olunan avtomobil zavodunun ərazisinə necə girə bildiyi hələ də məlum deyil.

    Polis oğurlanmış “F-150 Raptor”dan birini müəssisədən bir neçə kilometr aralıda magistral yolda tapıb. Məlum olub ki, pikapda yanacaq bitib. Qalan dörd avtomobili yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində saxlamaq mümkün olub. Qalan beş pikap axtarılır.