Category: Avto

  • “Kia” 250 mindən çox avtomobilini geri çağırır

    “Kia America” yanacaq çəninin sızması səbəbindən 250 mindən çox avtomobilini geri çağırır.

    Bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

    Qeyd olunub ki, həmin avtomobillərin yanacaq çənləri yoxlanılacaq və dəyişdiriləcək.

    Agentlik geri çağırılan 250 min 547 ədəd avtomobilin “Kia K5” 2021-2024 modelləri olduğunu bildirib.

  • Çin üç ildir avtomobil ixracında liderliyini qoruyur

    Çin ardıcıl üçüncü ildir dünyanın ən böyük avtomobil ixracatçısı statusunu qoruyub saxlayır.

    Median.Az “Yicai” nəşrinə istinadən xəbər verir ki, 1980-ci ildən bəri Yaponiya ən böyük avtomobil ixracatçısı olub. Çin 2023-cü ilin sonunda bu göstəricilərdə yaponları ötüb. Bu ilin ilk üç rübündə Çində avtomobil ixracı 4.95 milyon, Yaponiyadan isə 3.06 milyon ədəd olub.

    Elektrik avtomobillərinin ixracı artımın əsas səbəbidir. Çində keçən il orta aylıq elektrik avtomobili ixracı təxminən 100 min ədəd idisə, bu il 200 minə çatıb.

    Avropada da Çin istehsalı olan avtomobillərin satışında əhəmiyyətli artım qeydə alınıb. Bu il Avropa ölkələri təxminən 430 min yeni Çin avtomobili alıb ki, bu da illik müqayisədə 74 faiz artım deməkdir.

  • “Honda” 250 mindən çox avtomobilini geri çağırdı

    Yaponiyanın “Honda” şirkəti proqram təminatında sürücünün nəzarəti itirməsinə səbəb ola biləcək xətalar səbəbindən 250 mindən çox avtomobilini geri çağırır.

    Bu barədə “CBS News” telekanalı məlumat yayıb.

    “Honda” proqram təminatında sürücünün nəzarəti itirməsinə və qəza riskinin artmasına səbəb ola biləcək xətalar səbəbindən 256 603 avtomobilini geri çağırır”, – deyə məlumatda bildirilib.

    Qeyd edilib ki, geri çağırılma 2023-2025-ci illərə aid “Honda Accord” hibrid avtomobilləri modellərinə şamil ediləcək. Üstəlik, dilerlər qüsurlu proqram təminatını pulsuz yeniləyəcəklər. “Honda” zərərçəkmiş avtomobil sahiblərinə 2026-cı ildə məktublar yollayacaq.

  • “Ford” məşhur modelinin istehsalını dayandırdı

    “Ford” şirkəti “Focus” modelinin istehsalını dayandırıb.

    Median.Az “Autocar” jurnalına istinadən xəbər verir ki, “Ford Focus” avtomobilləri 27 il istehsal edildikdən sonra artıq buraxılmayacaq.

    Məlumata görə, bu modeldən indiyə qədər 12 milyon ədəd satılıb.

    “Ford” 2027-ci ildə satışa çıxarılması planlaşdırılan yeni ortaölçülü krossoverlə model sırasındakı boşluğu doldurmağı planlaşdırır.

  • Çində avtomobillərin sürətlənmə vaxtı məhdudlaşdırılacaq

    Çinin İctimai Təhlükəsizlik Nazirliyi nəqliyyat vasitələri üçün yeni milli təhlükəsizlik standartları hazırlayıb.

    Median.Az “Carnewschina” nəşrinə istinadən xəbər verir ki, standartlara əsasən, avtomobillərin 0-dan 100 km/saat sürətlənmə vaxtı minimum 5 saniyə ilə məhdudlaşdırılacaq.

    Bildirilir ki, bu tədbir yollarda təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

    Hazırda layihə ictimai müzakirə mərhələsindədir.

  • Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

     
    Median.Az Milli.Az – a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.

  • Bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən

    2026-cı ildən Azərbaycanda avtomobil idxalı ilə bağlı vergi və gömrük qaydaları dəyişir. Yeni qanunvericilik dəyişikliklərinə əsasən, həm elektrik, həm hibrid mühərrikli avtomobillər üçün mövcud güzəştlər ləğv olunacaq, köhnə avtomobillərin idxalı isə daha baha başa gələcək.

    Median.Az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 7 ildən çox istismar olunmuş avtomobillər üçün aksiz dərəcələri artırılır. Bu addım dövlətin köhnə, ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq və daha təmiz enerji mənbələrinə keçidi stimullaşdırmaq siyasətinə uyğunlaşdırılıb.

    Əvvəllər benzin mühərrikli avtomobillər üçün artım əmsalı 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 idi. Yeni qaydalara əsasən, bu göstəricilər müvafiq olaraq 1,5 və 2 səviyyəsinə qaldırılır. Nəticədə, xüsusilə iri mühərrikli avtomobillərin aksiz məbləğləri nəzərəçarpacaq dərəcədə artacaq.

    Məsələn, 2 litrlik mühərriki olan 7 ildən köhnə benzin avtomobilləri üçün aksiz vergisi 720 manatdan 900 manata qalxacaq. 3 litrlik mühərrikli avtomobillərdə bu artım təxminən 1700 manat, 3,5 litrlikdə isə 4 min manata qədər olacaq. 5 litrlik benzin mühərrikli avtomobillərin aksizi isə 73 min manatdan 91 min manata yüksələcək.

    Dizel mühərrikli avtomobillər üzrə artım daha kəskindir. 2 litrlik dizel avtomobillərin aksiz dərəcəsi 900 manatdan 1200 manata, 5 litrlik avtomobillərdə isə 91 min manatdan 121 min manata qalxacaq. 5,5 litrlik dizel mühərriklər üçün bu məbləğ artıq 200 min manatı keçəcək.

    Bu dəyişikliklər bazarda köhnə avtomobillərin idxalını azaldacaq və eyni zamanda ölkədə qiymətlərin artımına səbəb olacaq./milli.az

  • Ucuz qiymətə “sınaq” avtomobilləri: Alıcılar nəyə diqqət etməlidirlər? – Video

    Son vaxtlar xarici ölkələrdən qəza testindən çıxan avtomobillərə maraq artıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu avtomobilləri alanların əsas arqumenti onların həm daha ucuz qiymətə satılması, həm də yürüşünün az olmasıdır.

    Lakin mütəxəssislər bildirirlər ki, belə avtomobilləri bərpa etmək nə asan, nə də ucuz başa gəlir.

    Avtousta Xaliq Əliməmmədov deyib ki, qəza testindən çıxan avtomobillər istehsalçılar tərəfindən bazar qiymətindən dəfələrlə aşağı məbləğə təklif olunur:

    “Bu maşınlar test zamanı ciddi zərər gördüyü üçün bərpası çox çətin olur. Biz belə avtomobilləri düzəldərkən çox vaxt və zəhmət sərf edirik. Görünüşcə problemsiz görünsə də, gizli texniki nasazlıqlar qalır”.

    Onun sözlərinə görə, xüsusilə hava yastıqları və elektron idarəetmə sistemləri əvvəlki kimi işləməyə bilər.

    Mütəxəssislər alıcılara xəbərdarlıq edirlər ki, bu tip avtomobilləri almaqdan əvvəl onların keçmişi və texniki vəziyyəti diqqətlə yoxlanılmalıdır. Çünki bəzi hallarda qəza testindən çıxan avtomobillər elə həmin ölkədə bərpa olunaraq “yeni avtomobil” adı ilə satışa çıxarılır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Niderlandlı avtomobil sahibləri BMW-ni məhkəməyə verəcəklər

    Niderlandlı avtomobil sahibləri BMW konsernini məhkəməyə verəcəklər.

    Median.Az bu barədə Niderland İstehlakçılar Assosiasiyasının saytına istinadən xəbər verir.

    Məhkəmədə iddianın qaldırılmasına səbəb kimi konsernin proqram təminatı göstərilir. Avtomobil sahiblərinin fikrincə, şirkət onun vasitəsilə avtomobillərinin ekoloji cəhətdən təmiz olduğuna dair dezinformasiya yayıb.

    “Avtomobil istehsalçısı dizellə işləyən avtomobillərin ekoloji cəhətdən təmiz olduğuna dair təsəvvür yaradaraq istehlakçıları yanıldıb”, – deyə məlumatda qeyd edilib.

    Avtomobilçilərin maraqlarını qoruyan fond çoxsaylı araşdırma apararaq müəyyən edib ki, BMW konsernin avtomobillərindən istifadə edənlərə yalan danışıb.

    Belə ki, konsernin dizel mühərriklərinin proqram təminatı testlər zamanı azot emissiyaları üzrə aşağı salınmış nəticələr göstərib və bu, daha sonra BMW avtomobillərinin ekoloji cəhətdən təmizliyinin göstəricisi kimi sürücülərə təqdim edilib.

  • “Formula-1”: Braziliyada sprint yarışının qalibi bəlli oldu

    Britaniyalı “McLaren” pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının 21-ci mərhələsi olan Braziliya Qran-prisinin sprint yarışında qalib gəlib.

    Yarış “İnterlaqos” trekində keçirilir.

    “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli ikinci, onun komanda yoldaşı britaniyalı Corc Rassel isə üçüncü yeri tutub.

    Mərhələnin əsas yarışı 9 noyabrda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.