Category: Avto

  • Məşhurların ən bahalı avtomobilləri

    Zənginlər dünyasında məşhurların dəbdəbəli həyat tərzi ilə tanınması heç kimə sirr deyil. Onların malik olduqları hər şey – evlərindən tutmuş avtomobillərinə qədər – orta insanın xəyal edə biləcəyindən qat-qat bahalı və təmtəraqlıdır.

    Valyuta.az dünyaca tanınmış məşhurların sahib olduqları ən bahalı və lüks avtomobillər təqdim edir:

    1. Ferrari 250 GTO (1963) – Paul Pappalardo

    Bu siyahının ən bahalı avtomobili 1963-cü il istehsalı olan Ferrari 250 GTO-dur. Amerikalı kolleksiyaçı Paul Pappalardo bu nadir avtomobili 1990-cı illərdə keçirilən hərracda təxminən 52 milyon dollara alıb. Cəmi 36 ədəd istehsal olunması onun dəyərini qat-qat artırır.

    2. Maybach Exelero – Jay Z

    Repper və prodüser Jay Z, sənaye tarixinin ən güclü V12 mühərriklərindən biri ilə təchiz olunmuş bu unikal Maybach Exelero modelini 8 milyon dollara alıb. Bu avtomobil təkcə görünüşü ilə deyil, həm də sürət və lüks səviyyəsinə görə dünyada analoqu olmayan modellərdən biridir.

    3. Bugatti Veyron (Qızılı Rəngdə) – Flo Rida

    Amerikalı reper Flo Rida parlaq imicinə uyğun olaraq qızılı rəngdə Bugatti Veyron sahibi olub. Bu xüsusi modifikasiya edilmiş model ona təxminən 1,7 milyon dollara başa gəlib. İstehsalçı tərəfindən standart rəngdə buraxılsa da, o, avtomobili tamamilə qızılı rəngdə yenidən dizayn etdirib.

    4. Lamborghini Gallardo – 50 Cent

    Dünyanın ən sürətli seriya istehsalı superkarlarından biri sayılan Lamborghini Gallardo, reper 50 Cent tərəfindən mavi rəngdə alınıb. Avtomobilin qiyməti təxminən 2 milyon dollardır.
    5. Lamborghini Aventador – Kanye West
    İtalyan istehsalçısının ən yeni superkar modellərindən biri olan Lamborghini Aventador, reper Kanye West tərəfindən 750.000 dollara alınıb. O, tez-tez bu avtomobildə Los-Anceles küçələrində görüntülənir.

    6. Porsche 959 – Jerry Seinfeld

    Klassik superkar modelləri arasında ən nadir avtomobillərdən biri olan Porsche 959, məşhur komediyaçı və aktyor Jerry Seinfeld-in kolleksiyasına daxildir. O, bu avtomobili hərracda 700.000 dollara əldə edib.

    7. Ferrari Enzo – Nicolas Cage

    İtalyan avtomobil istehsalçısının ən prestijli modellərindən biri olan Ferrari Enzo, qiyməti 670.000 dollar olan bir superkardır. Bu avtomobilin sahibi isə Hollivud ulduzu Nicolas Cage-dir.

    8. Mercedes SLR McLaren – Jay Leno

    Televiziya aparıcısı və avtomobil kolleksiyaçısı Jay Leno, müasir dövrün ən sürətli və lüks avtomobillərindən biri olan Mercedes SLR McLaren modelinə sahibdir. Bu avtomobilin qiyməti təxminən 500.000 dollar təşkil edir.

    9. Maybach 57 – Rick Ross

    Reper və aktyor Rick Ross, 430.000 dollara başa gələn Maybach 57 modelini idarə edir. Bu avtomobil sürət və komfortu bir araya gətirən ən prestijli lüks sedanlardan biridir.

    10. Rolls-Royce Phantom Drophead – David Beckham

    İngilis futbol əfsanəsi David Beckham, Rolls-Royce Phantom Drophead modelinə sahibdir. Qiyməti 407.000 dollar olan bu avtomobil, zərif dizaynı və yüksək səviyyəli lüks xüsusiyyətləri ilə seçilir.

  • “Chrysler” 291 min avtomobilini geri çağırı

    Birləşmiş Ştatların “Chrysler Stellantis” avtomobil istehsalçısı radiator ventilyatorunun elektrik dövrəsinin həddindən artıq qızması səbəbindən 291.6 min avtomobilini geri çağırdığını bildirib.
    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsinə istinadla yayıb. Bildirilir ki, yaranmış problem maşını tam sıradan çıxa bilər.

  • “Ford” bir milyondan çox avtomobili geri çağırır

    “Ford Motor” şirkəti ABŞ-də arxa görüntü kamerasında yaranan problemləri aradan qaldırmaq üçün təxminən 1.45 milyon avtomobili geri çağırır.

    Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

    Şirkətin qərarı 2015-2020-ci illərdə istehsal olunmuş “Ford Explorer”, “Ford Escape”, “Ford Mustang”, “Ford Flex”, “Ford Fiesta”, “Ford C-Max”, “Ford Taurus”, “Ford Fusion”, “Ford Lincoln MKT” və “Lincoln MKZ” modellərinə aiddir.

    Geri çağırmanın səbəbi ABŞ-nin Yollarda Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarənin (NHTSA) müraciəti olub. Qurumdan bildirilib ki, “Ford Motor” istehsalı olan avtomobillərin sahiblərindən arxa görüntü kamerasının düzgün işləməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

  • “Ford” 625 min avtomobili geri çağıracaq

    ABŞ-nin avtomobil istehsalçısı “Ford” şirkəti təhlükəsizlik kəmərlərində və arxa görüntü kamerasının monitorlarında aşkarlanan nasazlıqlar səbəbindən ölkə daxilində təxminən 625 min avtomobili geri çağıracaq.

    Bu barədə “Reuters” nəşri ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.

    Məlumata görə, geri çağırılma təhlükəsizlik kəməri problemi aşkarlanan 332 mindən çox “Ford Mustang” avtomobilini, həmçinin arxa görüntü kamerasının displeyində nasazlıq müşahidə edilən təxminən 292 min “Ford F-250”, “Ford F-350” və “Ford F-450” pikapını əhatə edəcək.

    “Ford” şirkətinin dilerləri “Mustang” modellərində təhlükəsizlik kəmərlərini yoxlayacaq və zərurət yarandıqda qüsurlu hissələri yeniləyəcəklər. Bundan əlavə, pikap modellərində arxa görüntü kamerası və parkinq sistemindəki nasazlıqları aradan qaldırmaq üçün təsvirin emalı modulunun proqram təminatı pulsuz yenilənəcək.

  • Dünyanın ən bahalı avtomobil brendləri – SİYAHI

    “Interbrand” konsaltinq şirkəti dünya brendlərinin dəyərləri ilə bağlı ənənəvi illik hesabatını dərc edib.

    Median.Az-ın “Carscoops” nəşrinə istinadən verdiyi məlumata görə, hesabatda “Toyota” dünya avtomobil istehsalçıları arasında ən bahalı marka kimi göstərilib.

    Belə ki, dəyəri 74.2 milyard dollar olan “Toyota” şirkəti siyahıda altıncı yerdə qərarlaşaraq yalnız IT nəhənglərindən geri qalıb. Şirkətin dəyəri ötən ilə nisbətən 2% artıb.

    Almaniya brendləri olan “Mercedes-Benz” (50.1 milyard dollar) və BMW (46.8 milyard dollar) müvafiq olaraq 10-cu və 14-cü yerləri tutublar.

    2024-cü ildə 12-ci pillədə olan “Tesla” bu il 25-ci yerlə kifayətlənib. Siyahıda 29-cu yerdə “Honda”, 30-cu yerdə “Hyundai” gəlir. “Audi” yalnız “Ferrari”ni iki pillə qabaqlayaraq 52-ci yerə yüksələ bilib.

    “Volkswagen” və “Porsche” müvafiq olaraq 56 və 57-ci yerləri tutublar. “Nissan” 82-ci yerə yüksələ bilib. Siyahını 89-cu yerdə “Kia”, 97-ci yerdə isə “Range Rover” tamamlayır.

  • Elektrikli nəqliyyat vasitələrində inqilab yarada bilər: Dörd dəfə daha soyuqda işləyir

    Yaponiyanın Tokio Elm İnstitutundan olan alimlər, mövcud texnologiyalardan dörd dəfə daha aşağı temperaturda işləyə bilən yeni nəsil hidrogen batareyası hazırlayıblar.

    Valyuta.az xəbər verir ki, bu kəşf, daha sıx, uzunömürlü və ekoloji cəhətdən təmiz elektrikli nəqliyyat vasitələrinin inkişafına təkan verə bilər.

    Hidrogenlə işləyən yeni batareya texnologiyası

    Alimlər tərəfindən hazırlanmış yeni sistemdə maqnezium hidrür anod, hidrogen qazı isə katod rolunu oynayır. Batareya həmçinin kristal quruluşa malik bərk elektrolitlə təchiz olunub. 18 sentyabrda “Science” jurnalında dərc olunan tədqiqatda bildirilir ki, bu yeni batareya 90°C temperaturda sabit işləyə bilir. Halbuki mövcud bərk hal hidrogen saxlama sistemləri üçün 300–400°C arası temperatur tələb olunur.

    İnovasiyanın gücü nədədir?

    Bərk hal komponentləri olan hidrogen batareyaları və yanacaq hüceyrələri artıq uzun müddətdir mövcuddur. Lakin hidrogen batareyalarının yüksək iş temperaturuna ehtiyac duyması və yanacaq hüceyrələrinin lityum-ion batareyaları qədər səmərəli olmaması onların geniş tətbiqinə mane olurdu.

    Yeni texnologiya sayəsində alimlər maqnezium hidrür anodunun nəzəri saxlama potensialını tam şəkildə istifadə etməyə nail olublar. Eyni zamanda, otaq temperaturunda yüksək ion keçiriciliyi təmin edilib.

    Batareyanın əsas üstünlüyü onun elektrolitindədir. Barium, kalsium və natrium hidrürdən ibarət bu maddə kristal quruluşu sayəsində aşağı temperaturda belə hidrogen ionları üçün yüksək kimyəvi sabitlik və keçiricilik yaradır. Batareya lityum-ion sistemlərinə bənzər prinsiplə işləyir, lakin burada müsbət ionlar deyil, mənfi yüklü hidrür ionları elektrolitdən keçir.

    Enerji axını necə baş verir?

    Boşalma zamanı katoddakı hidrogen qazı kimyəvi reaksiya nəticəsində hidrür ionlarına çevrilir. Bu ionlar elektrolit vasitəsilə maqnezium anoduna keçərək MgH₂ əmələ gətirir. Eyni zamanda, elektronlar xarici dövrə üzərindən axaraq enerji yaradır. Şarj mərhələsində proses əks istiqamətdə gedir – maqnezium hidrür yenidən hidrogen qazına çevrilir və batareya tam doldurulur.

    Daha güclü, daha təmiz, daha davamlı

    Yeni texnologiya sayəsində hidrogen qazı artıq istənilən vaxt bərk hal hüceyrə daxilində saxlanıla və sərbəst buraxıla bilər. Batareyanın tutumu hər qram üçün 2.030 mAh təşkil edir. Müqayisə üçün, lityum-ion batareyalarının tutumu adətən 154–203 mAh/q arasında dəyişir. Ən güclü smartfon batareyaları belə ümumilikdə təxminən 5.000 mAh səviyyəsindədir.

    Hazırkı versiya hələ gündəlik cihazlarda (məsələn, telefon və ya noutbuklarda) istifadəyə tam hazır olmasa da, texnologiya hidrogenin daha səmərəli və təhlükəsiz saxlanması üçün böyük addım hesab olunur.

    Aşağı temperaturda və yüksək təzyiq olmadan hidrogen saxlamaq imkanı, elektrikli nəqliyyat vasitələrində daha yüngül, davamlı və ekoloji batareyaların tətbiqini mümkün edə bilər. Bu, hidrogeni yenidən gələcəyin “yaşıl yanacağı” kimi ön plana çıxara bilər.

    Uzun müddət bəşəriyyətin təmiz enerjiyə keçidinin açarı hesab edilən hidrogenin istehsalı və saxlanması mürəkkəb olsa da, bu yeni texnologiya sənaye miqyasında tətbiq edilərsə, enerji sektorunda əsl dönüş yarada bilər.

  • “Mercedes” faraya 10 milyon avro xərc çəkdi

    Mercedes şirkəti Avropada ən bahalı fara laboratoriyasını açıb.

    135 metr uzunluğu, 8 metr eni olan binada faraların sınaqdan çıxarılması üçün mümkün bütün yol rejimlərini yaratmaq mümkündür: qar, yağış, qaranlıq, duman, yola qəflətən çıxan piyadalar və sair.
    ərazidə həmçinin müxtəlif ölkələri imitasiya edən 80 kilometrlik yol da salınıb. Bu ərazi işıq cihazlarını sərt dağ serpantinlərində də yoxlamağa imkan verir, dağıdılmış Afrika yollarında da.

    Laboratoriyanın hazırlanmasına 10 milyon avrodan (20 milyon manat) çox vəsait sərf olunub.
    //avtosfer.az

  • Bu təkərlərin istifadəsi çox təhlükəlidir – Sürücülərə xəbərdarlıq

    Payız-qış fəslində köhnə və aşınmış şinlərin istifadəsi ciddi təhlükə yaradır. Uzaq səfərlər zamanı şinlərdəki nasazlıqlar isə daha tez üzə çıxır ki, bu da normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    “Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır.

    Bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər.

    Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır.

    Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir”, – deyə məlumatda eyd olunub.

  • “Ford” 115 mindən çox avtomobili geri çağıracaq

    “Ford Motors” şirkəti ABŞ-də 115 min 54 avtomobili sükan çarxında nöqsana görə geri çağırır.

    Bu barədə ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi məlumat yayıb.

    Məlumata görə, idarəetmənin itirilməsinə səbəb ola biləcək problem buraxılış ili 2020-2021-ci illər olan avtomobillərdə, xüsusilə F-250, F-350 və F-450 modellərində aşkarlanıb.

    “Ford” dilerləri qüsurlu komponentin pulsuz yoxlanılmasını, təmir edilməsini və ya dəyişdirilməsini təmin edəcək.

  • Çin nəhəngi minlərlə avtomobili geri çağırır – SƏBƏB

    Rusiyada “Geely-Motors” 18 minə yaxın Geely Emgrand avtomobilinin geri çağırıldığını elan edib.

    Bu barədə “Rosstandart” məlumat yayıb.

    Bildirilib ki, 2023-cü il noyabrın 1-dən bu günə qədər satılan 17 736 Geely Emgrand (SS11-A1) modeli geri çağırılır. Səbəb isə bəzi avtomobillərdə müəyyən şəraitdə yanacaq çəninin qapağında yerləşən havalandırma klapanının düzgün işləməməsi ilə bağlıdır. Bu nasazlıq nəticəsində sistemdə mənfi təzyiq (vakuum) yarana bilər.

    Qurum əlavə edib ki, klapanın nasazlığı uzunmüddətli iş zamanı nadir hallarda yanacaq çəninin deformasiyasına səbəb ola bilər. Bu zaman yanacaq nasosunun komponentləri çənin daxili səthinə toxunaraq onu deformasiyaya uğrada və ya zədələyə bilər.
    //olke.az