Category: Avto

  • “Ferrari” pilotu Bakıda qəza törətdi

    Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.

    Median.Az xəbər verir ki, “Ferrari” pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə çırpılıb.

    Nəticədə qırmızı bayraq qaldırılıb.
    //report

  • “Formula 1” pilotları və komandaları hazırlıqlara başladılar

    “Formula 1” pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar.

    Dünyamın ən məşhur pilotları artıq Bakının “Paddock” ərazisindədirlər.

    Sabah start götürəcək turniröncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

    Bu gün “Paddock”da Maks Ferstappen, Karlos Sayns, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.

    Pilotların “Paddock”a gəlişi artıq Bakı küçələrində “Formula 1” atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

    “Formula 1” həvəskarları üçün Paddock – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

  • Azərbaycanda 8 ayda 2 300-dən çox minik avtomobili istehsal edilib

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 318 ədəd və yaxud 12,1 % az – 2 309 ədəd minik avtomobili istehsal olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu il sentyabrın 1-nə ölkədə 16 ədəd hazır məhsul ehtiyatı yaranıb.

    Hesabat dövründə Azərbaycanda 397,4 milyon manatlıq maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 1 il əvvələ nisbətən maşın və avadanlıqların istehsalı 0,7 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 % azalıb.

    Hesabat dövründə Azərbaycanda 353 ədəd traktor istehsal edilib. Bu, illik müqayisədə 14,1 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

    Həmçinin, bu ilin ilk 8 ayında Azərbaycanda 220 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-avqust aylarına nisbətən 43,6 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 61 ədəd hazır məhsul ehtiyatı yaranıb.

  • “Formula 1”: 2026-cı ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

    2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq.

    Bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) turnirlə bağlı açıqladığı təqvimdə əksini tapıb.

    Bu, Çin, ABŞ, Kanada, Böyük Britaniya, Niderland və Sinqapurdakı mərhələlərdə baş tutacaq. Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək.

    Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran-prisində ilk sprint yarışı keçirilib və o vaxt “Red Bull”da çıxış edən Serxio Peres qalib olub. 2024-cü və 2025-ci ildə bu, mərhələnin təqvimindən çıxarılıb.

  • Bu il Azərbaycana gətirilən avtomobillərin sayı və dəyəri açıqlandı

    Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 1 milyard 381,4 milyon dollar dəyərində 74 min 481 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

    Yeniavaz.com-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26,4% və ya 15 min 542 ədəd artıb.
    Qeyd edək ki, bu ilin ilk 8 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 543 dollar (31 min 752 manat) olub.
    Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 844 dollar (32 min 46 manat) olub.
    Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% və ya 301 dollar (294 manat) azalıb.
    Qeyd edək ki, artım daha çox daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalında müşahidə olunub. Belə ki, bu ilin ilk 8 ayında xaricdən 37 min 183 ədəd hibrid avtomobil gətirildiyi halda, ötən ilin ilk 8 ayında bundan təxminən 3 dəfəyə yaxın az – 13 min 504 ədəd avtomobil gətirilib.
    İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 17 min 559 dollar (30 min 69 manat) olub. Ötən ilin eyni dövründə bu göstərici 28 min 874 dollar (49 min 56 manat) təşkil edib.

  • Əfsanəvi BMW loqosu dəyişdi – FOTO

    Münhendə keçirilən beynəlxalq avtosalonda BMW uzun zamandır gözlənilən yeni iX3 krossoverini təqdim edib. Bu modelin premyerası ilə yanaşı, markanın yenilənmiş loqosu da debüt edib və sərgidə ən diqqətçəkən yeniliklərdən biri olub.

    BMW nümayəndəsi “Carscoops” nəşrinə bildirib ki, yenilənmiş loqo mərhələli şəkildə markanın digər avtomobillərinə də tətbiq olunacaq. Bu, korporativ üslubun yenilənməsi üzrə ümumi strategiyanın bir hissəsidir.

    Əslində, BMW nişanındakı dəyişikliklər radikal deyil. Bu, daha çox dizaynın kiçik modernizasiyasıdır — xrom detallarının sayı azaldılıb, elektrik modelləri üçün ənənəvi istifadə olunan mavi xarici dairə götürülüb. Hərflər daha incə olub, loqo isə daha az qabarıq görünür.

    Sonuncu dəfə Bavariya şirkəti öz loqosunu 2020-ci ildə dəyişmişdi. O zaman yenilənmiş nişan ilk dəfə “Concept i4” prototipində nümayiş etdirilmişdi. Bundan başqa, beş il əvvəl “BMW M” idman bölməsinin və elektrik seriyası “BMW i”nin loqoları da dəyişdirilmişdi.

    //olke.az

  • “Mercedes” G sinfindən olan kabrioletin istehsalına yenidən başlayacaq

    “Mercedes-Benz” 12 ildən sonra əfsanəvi G sinif kabrioletinin (G-Klasse Cabrio) istehsalına yenidən başlayacaq.

    Median.Az “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə şirkətin “IAA Mobility 2025” sərgisindən öncə paylaşdığı qısa tizerdə məlumat verilib.

    “Mercedes-Benz” üstü açılan G sinif modelini 2013-cü ildə istehsaldan çıxarıb. Hazırda bu nadir modellər kolleksiyaçılar tərəfindən yarım milyon avroya qədər qiymətləndirilir. “Mercedes” 2017-ci ildə daha eksklüziv “Maybach G 650 Landaulet” modelini təqdim edib. Lüks seqmentə aid bu avtomobil 630 at gücündə V12 mühərriklə təchiz edilib və təxminən 750 min avroya satılıb. Adi G sinfi modelləri isə 125 min avrodan başlayan qiymətlərlə təklif olunur.

    G sinfinə aid yeni nəsil kabriolet ilk dəfə ABŞ bazarında da təqdim ediləcək. Modelin satış tarixi və qiyməti barədə məlumat verilməyib. G sinfinin genişlənməsi brendin premium SUV seqmentində mövqelərini daha da gücləndirəcəyi gözlənilir.(azərtac)

  • Problemləri bitməyən 4 hibrid avtomobil – Ekspertlər açıqladı

    Hibrid avtomobillər həm benzin, həm də elektrik mühərriklərindən istifadə etmə imkanı təqdim etdiyinə görə sürücülər arasında populyardır. Lakin bəzi modellərin etibarlılığı və qənaətcilliyi ilə bağlı problemlər müşahidə olunur.

    “GoBankingRates” ekspertlərinin qiymətləndirməsinə görə, aşağıdakı dörd hibrid avtomobildən uzaq durmaq məsləhətdir.

    Ford F-150 Hybrid – Sahibləri bu modelin etibarlılığı ilə bağlı narazılıqlar bildirir. Yanacaq sərfiyyatı da gözlənildiyi qədər qənaətcil deyil. “NX Automotive Transport”un məzmun şöbəsinin rəhbəri Karl Rodriqes bildirib ki, bu model akkumulyator və transmissiya problemlərinə görə aşağı etibarlılıq göstəriciləri alıb.

    BMW ActiveHybrid 5 – Rahat və dəbdəbəli sedan kimi təqdim olunan bu avtomobil yanacaq qənaətinə görə gözləntiləri doğrultmayıb. Rodrigesin sözlərinə görə, model “yaradıldığı məqsədə uyğun işləməyib”.

    Range Rover Evoque PHEV – “Car and Driver” jurnalının yazdığına əsasən, bu lüks SUV-un yanacaq qənaəti “çox zəif” hesab olunur. Arxa oturacaqlarda böyüklər üçün dar məkan, tez-tez nasazlıqlar və informasiya-əyləncə sistemində problemlər dəfələrlə qeyd olunub. “Find by Plate” şirkətinin direktoru Rut Kalkins bildirib ki, sahiblərin təxminən üçdə ikisi elektrik sistemi, kuzov və mühərriklə bağlı şikayətlər edib.

    Hyundai Tucson Hybrid – Bu modeldə sürücülər sürət qutusu, mühərrik, əyləclərin səmərəliliyi və asqı sistemi ilə bağlı problemlərdən danışır. Rodriges əlavə edib ki, avtomobil kağız üzərində ideal görünsə də, istifadəçilər idarəetmə və funksiyaların rahat olmamasından narazıdır.
    //qaynar.az

  • “Formula 1” Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb

    “Formula 1” Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb.

    Bu barədə “Kral yarışları”nın mətbuat xidməti məlumat yayıb.

    Əvvəlki razılaşma 2031-ci ilə qədər nəzərdə tutulmuşdu.

    Xatırladaq ki, bu il Monako Qran-prisi mayın 23-dən 25-dək keçirilib. Qələbəni “McLaren” komandasının britaniyalı pilotu Lando Norris qazanıb.

  • Avropada “Tesla”nın satışları xeyli azaldı

    ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” son on ildə ən böyük gəlir itkisi ilə üzləşib.

    “Reuters” agentliyi tərəfindən aparılan araşdırma “Tesla”nın Avropadakı satışlarının xeyli azaldığını göstərib.

    Fransada satışlar bu ilin avqustunda ötən ilin avqustu ilə müqayisədə 47,3 faiz azalıb. Azalma Danimarkada 42, Niderlandda 50, İsveçdə isə 84 faizdən çox olub. Şirkət Norveçdə satış həcmini 21,3 faiz artırsa da, bu sahədə çinli rəqibi BYD-dən bir qədər geri qalır. Elektrik avtomobillərinə 7 min avroya qədər subsidiya təqdim edən İspaniyada “Tesla”nın satışları 161 faiz, BYD-də isə 400 faiz artıb. Portuqaliyada “Tesla” modelləri üçün sifarişlərin həcmi yeddi aylıq azalmadan sonra avqustda 28,7 faiz yüksəlib.

    Amerika şirkəti iyulun sonunda ardıcıl ikinci mənfəət azalmasını yaşayıb. Avtomobil istehsalçısı ötən rübdə 1,17 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründən 16 faiz azdır. Bunun əsas səbəblərindən biri avtomobil tədarükünün 13,5 faiz azalaraq 384 min 122-yə enməsidir. İndiyədək ən çox satılan Y modelinin yeni variantı da satış həcmini artıra bilməyib. Hətta şirkətin Avropa üçün əsas ümidi olan Berlin yaxınlığındakı nəhəng zavodun sifarişlərində də azalma tendensiyası müşahidə olunur.

    Ümumilikdə şirkətin gəlirlərinin azalmasının əsas səbəbləri arasında Y modelinə keçid mərhələsi, İlon Maskın siyasi fəaliyyəti ilə bağlı mübahisələr, ABŞ hökumətinin iqlim siyasətindəki dəyişikliklər, eləcə də digər istehsalçıların, xüsusilə Çin markalarının artan təzyiqi yer alır.(azərtac)