Category: Dünya

  • Bəhreyn DİN: Manamada yaşayış binalarına zərbələr endirilib – VİDEO

    Bəhreynin paytaxtı Manamada bir neçə yaşayış binası zərbələrə məruz qalıb, hadisə yerlərində xilasetmə xidmətləri çalışır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    “Manamada bir neçə yaşayış binasına hücum edilib. Mülki müdafiə əməkdaşları yanğınların söndürülməsini davam etdirir və zərərçəkənlərə yardım göstərir”, – deyə bəyanatda bildirilir.

  • İran İsrailə yenidən raket zərbələri endirdi – VİDEO

    İran İsrailin Təl-Əviv şəhərinə raket zərbəsi endirib.

    Median.Az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

    Məlumata görə, İranın yeni raket dalğası Təl-Əvivə çatıb.

  • İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib

    İran pilotsuz uçuş aparatları ilə Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib.

    Median.Az AFP-yə istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb.

    Hücum nəticəsində hava limanı cüzi zərər görüb, bir neçə əməkdaş xəsarət alıb. T1 terminalı zədələnib. Hadisə yerində fövqəladə xidmətlər işləyir.

    Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın “Epik qəzəb” adlandırıldığını bildirib.

    Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Ordusu (SAXAL) buraxılışları təsdiqləyib. Həmçinin İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib və əməliyyatı “Doğru vəd 4” adlandırıb.

  • İran Hörmüz boğazını bağlayıb

    İran Hörmüz boğazında neft tankerlərinin hərəkətinin qadağan edildiyini elan edib və boğazı bağlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi beynəlxalq monitorinq sistemlərinə istinadən məlumat yayıb.

    Agentliyin bildirdiyinə görə, tankerlərin izlənilməsi üzrə beynəlxalq sistemlər boğaz ətrafında hərəkətin tam dayandığını göstərir.

  • İran XİN sözçüsü: “Məktəbə zərbə nəticəsində 160-a yaxın şagirdin həlak olma ehtimalı var”

    İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqayi ölkənin cənubundakı Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində 150-160 nəfərə yaxın məktəbli qızın həlak olma ehtimalını dilə gətirib.

    Median.Az xəbər verir ki, məlumatı ISNA agentliyi yayıb.

    E.Baqayi hadisəni “böyük cinayət” adlandırıb və zərbənin İsrail və ABŞ tərəfindən həyata keçirildiyini iddia edib.

  • İranın cavab zərbələrindən sonra Dubayda yanğın – VİDEO

    Dubayın “Palm Cumeyra” rayonunda hotel yaxınlığında yanğın baş verib.

    Median.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    Məlumata görə, yanğın raketin qəlpələrinin düşməsi nəticəsində başlayıb. Daha əvvəl İran ABŞ və İsrailin zərbələrinə cavab olaraq regiondakı Amerika hərbi obyektlərinə hücumlar edildiyini bəyan edib.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə hotellərdən birinin yaxınlığında alovun yüksəldiyi görünür.

  • KİV: ABŞ İrana zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib

    ABŞ İrana endirdiyi zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib.

    Median.Az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkə hesabında yazıb.

    Onun sözlərinə görə, ABŞ hərbçiləri hücumlar zamanı yeni vasitələrdən yararlanıblar və ilk dəfə “birdəfəlik hücum dronları” tətbiq olunub.

  • Tehran TƏXLİYƏ OLUNUR: Paytaxt sakinlərinə ÇAĞIRIŞ

    İran hakimiyyəti Tehran sakinlərini paytaxtdan təxliyə etməyə çağırıb.

    Median.Az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

    Məlumatda bildirilr ki, şəhərdən çıxışı asanlaşdırmaq məqsədilə Tehranı ölkənin şimal bölgələri ilə birləşdirən əsas magistral yol bir istiqamətli hərəkət sisteminə çevrilib.

    Qərarın məqsədi tıxacın azaldılması və paytaxtdan avtomobillərin axınının sürətləndirilməsidir./musavat

  • Türkiyə 10 ölkəyə uçuşları ləğv etdi

    Türkiyə İsrail və ABŞ-ın İrana hücumları səbəbindən 10 ölkəyə uçuşları dayandırıb.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu məlumat verib.
     
    Məlumatda bildirilib ki, İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar martın 2-dək ləğv olunub. Eyni zamanda, bu gün üçün Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana planlaşdırılan uçuşlar da təxirə salınıb.
     
    Bundan əlavə, nazir qeyd edib ki, İranda Türk Hava Yolları və “Peqasus” şirkətlərinə məxsus təyyarələr qalıb. Hazırda təyyarələrin ölkəyə qaytarılması istiqamətində işlər görülür.

  • İDDİA: İranda hakimiyyət xalqın ixtiyarına verilir – Müvəqqəti hökumət yaradıldı

    İranda hakimiyyətin təhvil verilməsi üçün müvəqqəti hökumət yaradılıb.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “İlaaf” qəzeti məlumat yayıb.
     
    İddia olunur ki, İranın Milli Müqavimət Şurası xalqın ixtiyarına hakimiyyətin verilməsi məqsədilə müvəqqəti hökumət yaradıldığını açıqlayıb.
     
    Qeyd olunur ki, bu hökumət keçid dövründə Məryəm Rəcəvinin on maddəlik proqramına əsasən fəaliyyət göstərəcək.