Gədəbəydə faciə: 12 yaşlı uşaq boğulub öldü

Gədəbəy rayonunda yeniyetmə oğlan dəm qazından boğulub.

Hadisə rayonun Arıxdam kəndində baş verib.

Kənd sakini, 2014-cü il təvəllüdlü S.Bayramov axşam saatlarında evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az