Category: İdman

  • “Qarabağ”ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər

    “Qarabağ”ın futbolçusu karyerasını İtaliyanın “Cenoa” klubunda davam etdirə bilər.

    Fanat.Az-ın əldə etdiyi məlumata görə, Genuya təmsilçisi cari mövsümün sonunda ağdamlıları tərk edəcəyi dəqiqləşən Emmanuel Addaini istəyir.

    “Köhlənlər”in sıralarında yeni inkişaf mərhələsinə qədəm qoyan qanalı vingerin UEFA Çempionlar Liqasındakı çıxışı A Seriyası klubunun skautlarının diqqətini çəkib. Bu isə o deməkdir ki, Avropadan 4-5 real təklif alan 24 yaşlı Emmanuel üçün daha bir variant yaranıb.

    Cari mövsüm “Qarabağ”ın forması ilə bütün turnirlərdə 41 matça çıxan Addai 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Azərbaycan millisi “FIFA Series – 2026” turnirinin qalibi oldu

    Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olub.

    Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

    Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

    Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.

    Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

  • “Formula-1″in qalibinə şampan şüşəsi verilmədi

    “Mercedes” komandasının 19 yaşlı italyan pilotu Andrea Kimi Antonelliyə Sudzuka şəhərində keçirilmiş “Formula-1” üzrə Yaponiya Qran-prisindəki qələbəsindən sonra mükafatlandırma mərasimində şampan şüşəsi verilməyib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir kiç bu barədə “GPFans” resursu məlumat yayıb.

    “Yeniyetmə ikən yarışda qalib gəlməyin yeganə mənfi tərəfi odur ki, sonda şampan içmək üçün yaşın çatmır. Bəli, şüşəyə baxın, etiket yoxdur”, – deyə “Sky Sports”un şərhçisi Devid Kroft yarışın yayımından sonra bildirib.

    Mükafatlandırma mərasimi zamanı ona üzərində “Sudzuka” etiketi olan (ehtimal ki, qazlı içki) şüşə təqdim edilib. Eyni zamanda, ikinci və üçüncü yerləri tutan Oskar Piastri və Şarl Leklerdə “Moet & Chandon” markalı şüşələr olub.

    Qeyd edək ki, Yaponiyada spirtli içkilərdən istifadə üçün icazə verilən minimum yaş həddi 20-dir.

  • İran yığması dünya çempionatı ilə vidalaşır?

    İran Futbol Federasiyası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) rəsmi məktub ünvanlayıb. Müraciətdə ABŞ və İsraillə davam edən münaqişənin ölkənin idman infrastrukturuna ciddi ziyan vurduğu vurğulanıb.

    Bu barədə məlumatı İSNA agentliyi yayıb.

    “Dərin təəssüf və kədər hissi ilə bildiririk ki, İran İslam Respublikasının ərazisinə edilən qanunsuz hərbi təcavüz nəticəsində idman obyektlərinə, xüsusilə də ölkə futboluna ağır zərbə dəyib”, – deyə FIFA-ya göndərilən məktubda qeyd olunub.

    Xatırladaq ki, növbəti dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Turnirə vəsiqə qazanan İran millisi Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə birlikdə G qrupunda qərarlaşıb. Komandanın qrup mərhələsindəki hər üç qarşılaşmasının məhz ABŞ-də keçirilməsi nəzərdə tutulur.

    Bundan əvvəl, martın 11-də İranın idman naziri Əhməd Donyamali mövcud vəziyyətlə əlaqədar milli komandanın DÇ-2026-da iştirakının qeyri-mümkün olduğunu bəyan etmişdi. Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp da İran yığmasının 2026-cı ildə keçiriləcək mundialda iştirakını yersiz adlandırmışdı.

    Eyni zamanda, martın 27-də yayılan məlumatlara görə, İran hökuməti ölkənin milli idman komandalarının “dost olmayan ölkələrdə” təşkil edilən yarışlara qatılmasına rəsmi şəkildə qadağa qoyub.

  • Azərbaycanın Syerra Leone ilə oyunu hansı kanalda yayımlanacaq?

    Bu axşam dünya futbol arenalarında maraqlı qarşılaşmalar baş tutacaq.

    Azərbaycan millisinin əsas komandası da bu gün yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

    Azarkeşlər Azərbaycan – Syerra Leone oyununu 19:00-dan etibarən “CBC Sport” TV-də izləyə biləcəklər.

    Günün digər maraqlı qarşılaşmasında isə Almaniya millisi Qana yığması ilə üz-üzə gələcək. Bu qarşılaşma da saat 22:45-dən başlayaraq “CBC Sport” TV-də canlı yayımlanacaq.

  • U-17 millimizin son sınağı: Bu gün Malta ilə qarşılaşacaq

    17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti sınağına çıxacaq.

    B liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq sonuncu matçında Malta seçməsi ilə qüvvəsini sınayacaq.

    “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

    Xatırladaq ki, hazırda B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz hesabındakı 2 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, komandamız bundan əvvəlki görüşlərdə Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə sülhə razılaşıb.

  • Azərbaycan – Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı

    “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün baş tutacaq Azərbaycan – Syerra Leone qarşılaşmasında ədaləti Özbəkistandan olan hakimlər briqadası qoruyacaq.

    Bu matçın baş hakimi vəzifəsi Asker Najafaliyevə həvalə edilib.

    Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını isə Axrol Ruskullayev yerinə yetirəcək.

    Xatırladaq ki, futbol azarkeşlərinin diqqət mərkəzində olan bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq və saat 19:00-da start götürəcək.

  • “Artıq zövq almıram” – Dünya çempionundan gözlənilməz etiraf

    Dördqat dünya çempionu Maks Ferstappen “Formula-1″də gələcəyi barədə düşünməyə başladığını bildirib.

    Median.Az BBC-yə istinadən xəbər verir ki, o, artıq yarışlardan əvvəlki kimi zövq almadığını deyib.

    Pilot mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suala cavabında bu barədə düşündüyünü qeyd edib. Onun sözlərinə görə, “Formula-1″in tələb etdiyi səylərin buna dəyib-dəymədiyi və ailəsi ilə daha çox vaxt keçirməyin daha yaxşı olub-olmadığı barədə tərəddüd edir.

    Qeyd edək ki, “Formula-1” pilotunun “Red Bull Racing” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

  • “Qızıl top” mükafatı qaydalarında dəyişiklik olunacaq

    “Qızıl top” mükafatı futbol azarkeşləri arasında tez-tez mübahisələrə səbəb olur.
     
    Xüsusilə favorit hesab olunmayan futbolçunun qalib gəldiyi illərdə bu müzakirələr daha da alovlanır.
     
    “The Touchline” nəşrinin yaydığı məlumata görə, 2026-cı ildə “Qızıl top”un qaydalarında müəyyən dəyişikliklər ediləcək.
     
    Belə ki, səsvermə iştirakçılarına futbolçuların böyük oyunlardakı çıxışlarına xüsusi diqqət yetirmələri tövsiyə olunacaq.

    Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin hücumçusu Usman Dembele qazanıb.
     
    Həmin vaxt Lamin Yamal, Rafinya və Vitinya da əsas namizədlər arasında yer alırdılar.
     
    Tarixdə ən çox “Qızıl top”a (8) isə Lionel Messi sahib çıxıb.

  • Salah A Seriyasına qayıda bilər

    Məhəmməd Salah 2025/2026 mövsümünün sonunda İtaliya A Seriyasına qayıda bilər.

    Median.Az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sabiq klubu “Roma”ya qayıtmaq variantını nəzərdən keçirir. Bu keçid üçün əsas maneə isə maliyyə məsələsi ola bilər. Salah hazırda ildə 12 milyon avro maaş alsa da, Roma təmsilçisində maaş sərhədi 4 milyon avro civarındadır. Buna baxmayaraq misirli forvardın bir mövsümlük müqavilə ilə “canavarlar”ın heyətinə qoşulmaq ehtimalı var.

    Xatırladaq ki, Məhəmməd Salah 2015-2017-ci illərdə “Roma”da çıxış edərək 83 oyunda 34 qol vurub.