Category: İdman

  • Antonio Valensiya futbola qayıtdı

    “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Antonio Valensiya karyerasını bərpa edib.

    40 yaşlı futbolçu İngiltərənin 9-cu divizionunda çıxış edən “Vaytenshave Vets” klubuna keçib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Bu komandada tanınnmış futbolçulardan Emil Heski, Daniel Drinkuoter, Stiven Airlend, Coleon Leskott, və Papiss Sisse də çıxış edir.

    Qeyd edək ki, Valensiya 2021-ci ildə karyerasını başa vurmuşdu. Ekvador millisinin sabiq üzvü 2009-2019-cu illərdə “Mançester Yunayted”də çıxış edib.

  • Adil Şükürov dörd oyunluq cəza aldı

    Azərbaycan I Liqasında çıxış edən “Səbail”in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Buna mütəxəssisin XX turda, “Baku Sportinq”lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. A.Şükürovun bu hərəkətinə görə kluba 3000 manat cərimə tətbiq edilib.

    Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. “Səbail” buna görə isə 1500 manat ziyana düşüb.

    “Mingəçevir” isə 1500 manat cərimələnib. Bölgə klubu “Şəfa” ilə görüşdən sonra meydana kənar şəxslərin daxil olmasına görə bu məbləği ödəməli olacaq. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.

    “Şəfa” isə beş futbolçusu sarı vərəqə aldığı üçün 210 manat cərimə olunub.

  • “Real Madrid”in “Bavariya” ilə oyunu hansı kanalda yayımlanacaq?

    Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

    Gecənin mərkəzi qarşılaşmasında “Real Madrid” İspaniyada Almaniyanın “Bavariya” klubunu qəbul edəcək.

    İzləyicilər “Real Madrid” – “Bavariya” oyununu “CBC Sport” TV-də izləyə biləcəklər.

    Günün digər maraqlı qarşılaşmasında isə “Sportinq” klubun Portuqaliyada İngiltərənin “Arsenal” klubu ilə üz-üzə gələcək. “Sportinq” – “Arsenal” qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.

    UEFA Çempionlar Liqası

    1/4 final mərhələsi

    7 aprel

    Saat 00:00, “Real Madrid” – “Bavariya” (“CBC Sport” TV);

    Saat 00:00, “Sportinq” – “Arsenal” (İctimai TV).

  • Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi

    Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

    Yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.

    Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.

    Yarımfinalda məğlub olan Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Bu gün başa çatan qadın boksçularına mübarizəsində 1 gün öncə Günel Rəhimova (51 kiloqram) və Emili Rzayeva (65 kiloqram) da yarışı 3-cü pillədə bitirib.

    Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.

  • İtaliya A Seriyası: “Yuventus” öz meydanında qələbə qazandı

    İtaliya A Seriyasının 31-ci turu çərçivəsində “Yuventus” evdə “Bolonya”nı qəbul edub.

    Görüş Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

    Qarşılaşmada qolları Bremer və Ueston Makkenni vurublar.

    Xallarını 57-yə çatdıran “Yuventus” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Cenoa” isə 33 xalla 14-cü yerdədir. Turnir cədvəlinin lideri isə 72 xalla “İnter”dir.

  • “Qarabağ” “Karvan-Yevlax”ı darmadağın etdi

    Misli Premyer Liqasında 26-cı tur davam edir.

    “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Karvan-Yevlax”ı qəbul edib.

    Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun yetirmələri cari mövsümün ən böyük hesablı qələbəsini qazanıb.

    Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb.

    6 aprel (bazar ertəsi)

    19:00. “Qarabağ” – “Karvan-Yevlax” – 7:0

    Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64

  • “Liverpul”un baş məşqçisi bunu edə bilməsə, qovulacaq

    İngiltərənin “Liverpul” klubunda fövqəladə iclas keçirilib.

    Median.Az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, toplantı İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Siti”yə 0:4 hesablı məğlubiyyətdən sonra baş tutub. İclasda komandanın baş məşqçisi Arne Slotun gələcəyi müzakirə olunub.

    Məlumata görə, “Liverpul”un növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanması əsas şərt kimi qoyulub. Əks halda, niderlandlı mütəxəssis vəzifəsini itirə bilər.

    “Mançester Siti” ilə qarşılaşmada alınan məğlubiyyət “Liverpul”un cari mövsümdə 15-ci uğursuz nəticəsi olub. Bu, eyni zamanda Mersisayd təmsilçisinin 2015-ci ildən bəri ən böyükhesablı məğlubiyyəti kimi qeydə alınıb.

    Qeyd edək ki, Arne Slot 2024-cü ildən “Liverpul”a rəhbərlik edir və komanda ilə 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. Hazırda “qırmızılar” 49 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Bundan əlavə, komanda UEFA Çempionlar Liqasında da mübarizəni davam etdirir.

  • “Qarabağ”ın rəqibinə 4 cavabsız qol vuruldu

    İngiltərə Kubokunun dörddəbir final mərhələsində “Mançester Siti” ilə çempion “Liverpul” qarşılaşıb.

    “Mançester Siti” 4:0 hesabı ilə qalib gəlib.

    Norveçli hücumçu Erlinq Haland het-trik edib. Qanalı hücumçu Antuan Semeno da fərqlənib.

    Bununla da “Mançester Siti” yarımfinala yüksəlib.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul” “Qarabağ”ın rəqibi olub. Ev sahibləri klubumuza 6 cavabsız qol vurub.//unikal.az

  • Bakıda 50 min dollarlıq şahmat yarışı keçiriləcək

    Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Baku Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

    Mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.

    Festival üç qrupda (A, B, C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.

    “Baku Open”in mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.

  • Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb

    Türkiyənin Antalya şəhərində keçirilən TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası final qarşılaşmasında türkiyəli həmkarlarına uduzub.

    Median.Az report-a istinadən xəbər verir ki, xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.

    Azərbaycan komandası isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 49-cu dəqiqədə Fərid Məmmədquluzadə fərqlənib.

    Azərbaycanlı deputat Kamran Bayramov matçda zədələnərək oyundan çıxıb.

    Turnirdə birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğıstan parlament komandaları tutub.

    Qeyd edək ki, bu turnir ilk dəfə keçirilir. Yarışda 6 komanda mübarizə aparır.

    Azərbaycan komandası əvvəlcə Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, daha sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələrək qrup birincisi kimi finala yüksəlib.