Category: İdman

  • “Qarabağ”ın legionerləri Polşa və Monteneqro millilərinə dəvət aldılar

    “Qarabağ”ın iki legioneri ölkələrinin milli komandalarına dəvət alıblar.

    Bu barədə Ağdamı təmsil edən klubun sosial şəbəkə hesabında paylaşım edilib.

    Məlumata görə, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro, qapıçı Mateuş Koxalski isə Polşa yığmasından dəvət alıblar.

  • Qətərdəki dünya çempionatı ləğv edildi

    Aprelin 15-dən 18-dək Qətərdə keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatı ləğv edilib. Bu qərar yarış üçün nəzərdə tutulan cihaz və avadanlıqların çatdırılmasında yaranan logistik çətinliklərlə bağlı qəbul olunub.

    Bu barədə Beynəlxalq Gimnastika Federasiyası məlumat yayıb.
    Qeyd olunur ki, yarışın təxirə salınması beynəlxalq yarış təqviminə, o cümlədən Afrika, Avropa və Asiya qitə çempionatlarına, həmçinin bu il Niderlandda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya çempionatına mənfi təsir göstərə bilər.
     
    “Unikal” 

  • Bu gün “Qarabağ” və “Neftçi”nin oyunları var

    Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

    İlk olaraq “Qarabağ” “Kəpəz”in qonağı olacaq.

    Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. “Qarabağ” 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

    Günün ikinci görüşündə “Neftçi” “İmişli”ni qəbul edəcək. Matç “Palm Sports Arena”da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla 6-cıdır. Bölgə təmsilçisi 22 xalla 9-cu pillədə qərarlaşıb.

    Xatırladaq ki, “Kəpəz” və “Qarabağ” komandalarının son duelində qərb təmsilçisi qalib gəlib, “Neftçi” – “İmişli” qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada, favorit komandalar sonuncu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

    Misli Premyer Liqası

    III dövrə, XXV tur

    20 mart

    15:00. “Kəpəz” – “Qarabağ”

    Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

    VAR: Rauf Cabarov

    AVAR: Namiq Hüseynov

    Hakim-inspektor: Feyzulla Feyzullayev

    AFFA nümayəndəsi: Elman Musayev

    Yevlax şəhər stadionu

    19:15. “Neftçi” – “İmişli”

    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov

    VAR: İnqilab Məmmədov

    AVAR: Kamran Bayramov

    Hakim-inspektor: Rəhim Həsənov

    AFFA nümayəndəsi: Elgiz Abbasov

    “Palms Sports Arena”

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Şamaxı”nı (1:0), “Zirə” “Karvan-Yevlax”ı (1:0), “Sabah” isə “Sumqayıt”ı (3:1) məğlub edib.

  • Avropa Liqasında 1/8 finala yekun vuruldu – Nəticələr

    UEFA Avropa Liqasında bu gün 1/4 finala yüksələn bütün komandalar müəyyənləşib.

    1/8 final mərhələsində 7 qarşılaşma baş tutub.

    UEFA Avropa Liqası

    1/8 final, cavab görüşləri

    19 mart

    21:45. “Frayburq” (Almaniya) – “Genk” (Belçika) – 5:1

    İlk oyun – 0:1

    21:45. “Lion” (Fransa) – “Selta” (İspaniya)

    İlk oyun – 1:1

    21:45. “Midtyullann” (Danimarka) – “Nottinqem Forest” (İngiltərə) – 1:2

    İlk oyun – 1:0

    00:00. “Betis” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 4:0

    İlk oyun – 0:1

    00:00. “Portu” (Portuqaliya) – “Ştutqart” (Almaniya) – 2:0

    İlk oyun – 2:1

    00:00. “Roma” (İtaliya) – “Bolonya” (İtaliya) – 4:3

    İlk oyun – 1:1

    00:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) – 2:0

    İlk oyun – 1:0

    Xatırladaq ki, martın 18-də gün baş tutan matçda Portuqaliyanın “Braqa” klubu Macarıstan təmsilçisi “Ferentsvaroş”u iki oyunun nəticəsinə (0:2, 4:0) üstələyərək 1/4 finala yüksəlib.

  • “Neftçi” “İmişli” ilə matça itki ilə çıxacaq

    “Neftçi” Misli Premyer Liqasının 25-ci turu çərçivəsində “İmişli” ilə baş tutacaq matçın hazırlığını yekunlaşdırıb.

    Komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyundan öncə son məşqə çıxıblar.

    Klubun müdafiəçisi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.

    Qeyd edək ki, martın 20-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “İmişli” matçı saat 19:15-də start götürəcək.

  • “Qalatasaray”ın “Liverpul”la oyunu hansı kanalda yayımlanacaq?

    Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçiriləcək.

    Gecənin ilk qarşılaşmasında “Barselona” İspaniyada İngiltərənin “Nyukasl Yunayted” klubunu qəbul edəcək.

    İzləyicilər “Barselona” – “Nyukasl Yunayted” oyununu İctimai TV-də izləyə biləcəklər.

    Günün digər əsas qarşılaşmasında isə “Liverpul” “Qalatasaray” ilə üz-üzə gələcək. “Liverpul” – “Qalatasaray” oyunu “CBC Sport” TV-də yayımlanacaq.

    UEFA Çempionlar Liqası

    1/8 final mərhələsi

    18 mart

    Saat 21:45, “Barselona” – “Nyukasl Yunayted” (ilk oyun 1:1) (İctimai TV).

    19 mart

    Saat 00:00, “Liverpul” – “Qalatasaray” (ilk oyun 0:1) (“CBC Sport” TV).

  • Azərbaycan çempionatında növbəti üç turun oyun cədvəli

    Misli Premyer Liqasında XXVII, XXVIII və XIX turların oyun cədvəli müəyyənləşib.

    Bu barədə  Peşəkar Futbol Liqasından məlumat verilib.

    XXVII
    10 aprel
    15:30. “Karvan-Yevlax” – “Kəpəz”
    Yevlax şəhər stadionu

    11 aprel
    15:30. “Şamaxı” – “Qarabağ”
    Şamaxı şəhər stadionu
    18:00. “Sabah” – “Zirə”
    “Bank Respublika Arena”
    20:00. “Neftçi” – “Araz-Naxçıvan”
    “Palms Sports Arena
    12 aprel
    15:30. “Qəbələ” – “İmişli”
    Qəbələ şəhər stadionu
    18:00. “Turan Tovuz” – “Sumqayıt”
    Tovuz şəhər stadionu
    Qeyd: Tovuz şəhər stadionu Peşəkar Futbol Liqası tərəfindən oyundan 10 gün əvvəl təftiş olunacaq. Təftişin nəticələrinə uyğun olaraq “Turan Tovuz” klubunun Tovuz şəhər stadionuna qayıdıb-qayıtmayacağına dair qərar veriləcək.

    XXVIII
    18:00. “Turan Tovuz” – “Sumqayıt”
    Tovuz şəhər stadionu
    17 aprel
    17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
    “SOCAR Polymer Arena”
    19:30. “Zirə” – “Neftçi”
    Zirə İdman Kompleksinin stadionu
    18 aprel
    15:30. “Karvan-Yevlax” – “Şamaxı”
    Yevlax şəhər stadionu
    19:30. “Qarabağ” – “Sabah”
    Tofiq Bəhramov adına Respublika Stadionu
    19 aprel
    15:30. “Kəpəz” – “İmişli”
    Yevlax şəhər stadionu
    18:00. “Sumqayıt” – “Qəbələ”
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    XIX tur
    25 aprel
    16:00. “İmişli” – “Sumqayıt”
    Quba OİK stadionu
    18:30. “Qəbələ” – “Araz-Naxçıvan”
    Qəbələ şəhər stadionu
    26 aprel
    16:00. “Şamaxı” – “Kəpəz”
    Şamaxı şəhər stadionu
    19:00. “Neftçi” – “Qarabağ”
    “Palms Sports Arena”
    27 aprel
    18:00. “Turan Tovuz” – “Zirə”
    Tovuz şəhər stadionu
    20:00. “Sabah” – “Karvan-Yevlax”
    “Bank Respublika Arena”.

  • Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

    Gənclər və İdman Nazirliyinin 17 mart tarixli Kollegiya iclasında 2027-ci il üçün “İdman Paytaxtı” müəyyənləşib.

    Namizəd şəhərlərin təqdimatlarından sonra keçirilən səsvermənin nəticələrinə əsasən, Yevlax şəhəri gələn il üçün ölkənin “İdman Paytaxtı” seçilib.

    Qeyd edək ki, bu status çərçivəsində il ərzində şəhərdə müxtəlif idman tədbirlərinin təşkili nəzərdə tutulur.

  • Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında 16 medal qazanıblar

    Azərbaycan güləşçiləri Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında 16 medal qazanıblar.

    Median.Az “Report”a istinadən bildirir ki, medallardan 3-ü qızıl, 7-si gümüş, 6-sı isə bürünc olub.

    “Sərbəstlər” yarışı 8, yunan-Roma güləşçiləri 5, qadınlar isə turniri 3 medalla başa vurublar.

    Ali Tsokayev (92 kq), Günay Qurbanova (59 kq) və Elmin Əliyev (82 kq) Avropa çempionu olublar. Gültəkin Şirinova, Fərid Sadıxlı (hər ikisi 55 kq), Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ruzanna Məmmədova (62 kq), Səbuhi Əmiraslanov (79) və Yusif Dursunov (125 kq) gümüş medala sahib çıxıblar. İlkin Qurbanov (63 kq), Musa Ağayev (65 kq), Fərid Xəlilov (67), Ramik Heybətov (70 kq), Fərahim Mustafayev (72 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə ediblər.

    Qeyd edək ki, Avropa çempionatı 9-15 mart aralığında keçirilib.

  • “Qarabağ” “Zirə”ni məğlub etdi

    Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

    Median.Az xəbər verir ki, günün ikinci matçında “Zirə” “Qarabağ”ı qəbul edib.

    Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:1.

    “Köhlən atlar”ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. “Qartallar”dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.

    Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncü sıradadır.

    Günün ilk görüşündə “Sabah” səfərdə “İmişli”ni beş cavabsız qolla üstələyib.

    Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (1:0) məğlub edib.