Category: İdman

  • Millimiz FIBA Çempionlar Kubokunda növbəti matça çıxdı

    Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.

    B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gəlib.

    Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb.

    Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.

    Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

  • Murad Dadaşov xəstəxanaya yerləşdirildi – FOTO

    Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov xəstəxanaya yerləşdirilib.

    Bununla bağlı Murad Dadaşov özü sosial şəbəkədə paylaşım edib.

    M.Dadaşov paylaşımına “Hamı sağlam olsun” qısa şərhini yazıb.

  • Məğlubedilməz Hamzat Çimayevin rəqibi bəlli oldu

    UFC-də növbəti maraqla gözlənilən döyüşlərin təqvimi açıqlanıb.

    Hamzat Çimayev mayın 9-da öz çempionluq kəmərini müdafiə etmək üçün yenidən səhnəyə çıxacaq.

    O, “UFC 328” tədbiri çərçivəsində təşkil olunacaq həlledici döyüşdə Şon Striklendlə üz-üzə gələcək.

    Bu gərgin qarşılaşma Hamzatın orta çəki dərəcəsində kəmərini qoruyacağı ilk böyük sınaq olacaq.

    Xatırladaq ki, idmançı indiyədək peşəkar MMA karyerasında məğlubiyyət yaşamayıb və rekordunu qorumağa davam edir. Onun rəqibi Ş.Striklend isə ötən ay oktaqona çıxaraq, Entoni Ernandes üzərində texniki nokautla inamlı qələbə qazanıb.

  • UEFA Avropa Liqası: 1/8 final mərhələsinə start verilir

    Bu axşam UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunları keçiriləcək.

    Turun maraqlı görüşləri arasında “Bolonya” – “Roma”, “Lill” – “Aston Villa”, “Selta Viqo” – “Lion” matçları yer alır

    UEFA Avropa Liqası

    1/8 final mərhələsi

    12 mart

    21:45. “Bolonya” (İtaliya) – “Roma” (İtaliya);

    21:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə);

    21:45. “Panatinaikos” (Yunanıstan) – “Real Betis” (İspaniya);

    21:45. “Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya).

    13 mart

    00:00. “Selta Viqo” (İspaniya) – “Lion” (Fransa);

    00:00. “Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya);

    00:00. “Genk” (Belçika) – “Frayburq” (Almaniya);

    00:00. “Nottingem Forest” (İngiltərə) – “Midtyulland” (Danimarka).

  • “Neftçi” 23 min manat cərimələndi

    AFFA İntizam Komitəsi “Neftçi”ni 23000 manat cərimələyib.

    Bu barədə qərar qurumun iclasında qəbul edilib.

    Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda Bakı klubunun azarkeşlərinin təhqiredici pankart açmasına görə klub 15000 manat cərimələnib. Bundan əlavə, həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8000 manat cərimə olunub.

    Bundan başqa, “Şamaxı” – “İmişli” oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb. Eyni aqibəti “Kəpəz” komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu “Zirə” ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

  • Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı

    AFFA İntizam Komitəsi Milsi Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən dava ilə bağlı cəzaları açıqlayıb.

    Federasiya “Qarabağ”ın 2 məşqçisi – Müşfiq Hüseynov və Zaur Tağızadəyə 6 oyunluq cəza verib.

    Həmçinin Ağdam klubu 12 min manat cərimə olunub.

    “Sabah”ın qeyri-etik jest edən məşqçisi Valerio Zuddasa isə 7 oyunluq cəza verilib. Klubu isə 15 min manat cərimə edilib.

  • Azarkeşlər “Neftçi”ni 23 min manat ziyana saldılar

    AFFA İntizam Komitəsi paytaxtın “Neftçi” klubuna qarşı 23 000 manat məbləğində ağır cərimə tətbiq edib.

    Bu qərar qurumun keçirdiyi sonuncu iclasda qəbul olunub.

    Misli Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan “Neftçi” – “Turan Tovuz” qarşılaşması Bakı təmsilçisi üçün ciddi maliyyə itkisi ilə nəticələnib. Belə ki, azarkeşlərin tribunada təhqiredici pankart açması kluba 15000 manata başa gəlib. Bununla yanaşı, matç ərzində ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu xoşagəlməz halın cari mövsümdə artıq 5-ci dəfə qeydə alınması səbəbindən klub əlavə olaraq 8000 manat cəriməyə məruz qalıb.

    Eyni zamanda həmin tur çərçivəsində “Şamaxı” – “İmişli” görüşündə qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması “İmişli”ni 700 manat ziyana salıb.

    Analoji vəziyyətlə “Kəpəz” komandası da üzləşib. Gəncə təmsilçisinin “Zirə”yə qarşı keçirdiyi matçda 4 oyunçusunun sarı vərəqə alması kluba 700 manatlıq cərimə bahasına oturub.

  • Güləşçimiz erməni rəqibinə qalib gəlib medal qazandı

    Serbiyanın Zrenyanin şəhərində güləş üzrə keçirilən U-23 Avropa çempionatı zamanı Azərbaycan təmsilçisi Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edib.

    Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

    Bildirilib ki, o, 6:4 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

  • “Sabah” öz meydanında böyükhesablı qələbə qazandı

    Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

    Son oyun günündə bir qarşılaşma keçirilib. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.

    Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Sabah” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Qəbələ” isə 11-ci sırada qərarlaşıb.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli” ilə qolsuz, “Karvan-Yevlax” “Sumqayıt”la 1:1, “Zirə” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” “Araz-Naxçıvan”ı 6, “Turan Tovuz” isə “Neftçi”ni 1 cavabsız qolla üstələyib.

  • “Qarabağ”ın futbolçusu Kolumbiya millisində – İlk dəfə

    “Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

    24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

    İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.

    Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.