Category: İdman

  • Azərbaycan güləşçisi Rusiyadakı turnirdə medal qazanıb

    Rusiya Federasiyasının Xantı-Mansiysk regionunda sərbəst güləşçilərin mübarizə apardığı Vladimir Semyonov kuboku uğrunda beynəlxalq turnir baş tutub.

    14 ölkə idmançılarının qatıldığı bu mötəbər yarışda yığmamızın təmsilçisi, 79 kq çəki dərəcəsində güləşən Ramiz Həsənov da qüvvəsini sınayıb.

    Azərbaycanlı güləşçi yarışın yekununda fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala sahib çıxıb.

  • UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir

    Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində daha dörd qarşılaşma keçiriləcək.

    Günün ilk matçında “Atletiko Madrid” “Brügge” klubu ilə qarşılaşacaq.

    Gecənin digər oyunlarında “Nyukasl Yunayted” “Qarabağ”la, “İnter” “Budyo Qlimt”lə, “Bayer Leverkuzen” isə “Olimpiakos”la qarşılaşacaq.

    UEFA Çempionlar Liqası

    Pley-off mərhələsi

    24 fevral

    Saat 21:45, “Atletiko Madrid” – “Brügge”.

    25 fevral

    Saat 00:00, “İnter” – “Budyo Qlimt”;

    Saat 00:00, “Nyukasl Yunayted” – “Qarabağ”;

    Saat 00:00, “Bayer Leverkuzen” – “Olimpiakos”.

  • UEFA “Benfika”nın futbolçusunu irqçiliyə görə cəzalandırdı

    UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi “Benfika” futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda “Real Madrid” klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.

    Bu barədə komitənin bəyanatında deyilir.

    “Komitə UEFA-nın intizam reqlamentinin diskriminasiya xarakterli davranışla bağlı maddəsini pozduğuna görə Prestianninin UEFA-nın növbəti klub turniri matçında iştirakını qadağan etmək qərarına gəlib. Bu, hazırkı araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanlarının qəbul edə biləcəyi hər hansı növbəti qərarlara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat müvafiq vaxtda təqdim olunacaq”, – deyə komitənin bəyanatında bildirilir.

    Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real Madrid” və “Benfika” arasında insident baş vermişdi. Həmin vaxt “kral klubu”nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi.

  • “Qarabağ”ın istədiyi futbolçular bilindi

    “Qarabağ” Futbol Akademiyasına baxışa gələcək iki nigeriyalı futbolçunun adı bəlli olub.
     
    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.
     
    O, hər iki oyunçunun 2008-ci il təvəllüdlü olduğunu bildirib:
     
    “Bunlar Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodur. Biri hücumçu, digəri isə müdafiəçidir. Onların hansı tarixdə Azərbaycana gələcəkləri bəlli deyil”.
     
    Həmin oyunçular “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf ediliblər.

  • “Real”ın müdafiəçisi çinlilərdən üzr istədi

    “Real Madrid” klubunun və Niderland millisinin müdafiəçisi Din Xeysen sosial şəbəkədə irqçi məzmunlu memi paylaşdığı üçün Çin vətəndaşlarından üzr istəyib.

    Bu barədə “EFE” agentliyi məlumat yayıb.

    Futbolçu profilində bir şəxslə bağlı video repost edib. Həmin videoya istifadəçilər tərəfindən “hətta çinlilər də onu çinli adlandırır” və “onun gözlərini diş sapı ilə bağlamaq olar” kimi təhqiramiz şərhlər yazılıb.

    20 yaşlı oyunçu videonu paylaşdıqdan sonra məsələ ictimailəşib və o, Çin vətəndaşlarından üzr istədiyini bildirib.

    “Çinli dostlarımdan səmimi qəlbdən üzr istəyirəm. Daha əvvəl bilmədən təhqiramiz məzmun paylaşmışam”, – deyə futbolçu qeyd edib.
    //Baku.ws

  • Tanınmış futbolçumuzun Azərbaycandan çıxışına “stop” qoyuldu

    Tanınmış futbolçu, “Turan Tovuz” komandasının formasını geyinən Rəhim Sadıxovun ölkədən çıxışı məhdudlaşdırılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Əbülfəz Məmmədli qətnamə çıxarıb.

    İş matertiallarından məlum olur ki, Rəhim Sadıxovun dövlət büdcəsinə borcu var. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək Rəhim Sadıxovun ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə də idarənin ərizəsini təmin edib.

    Qeyd edək ki, Rəhim Sadıxov 18 iyul 1996-cı ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, Rusiyada “Solyaris Moskva” və “Torpedo Moskva” klublarında oynayıb. 2019-cu ildə Azərbaycana gəlib və “Sumqayıt” klubuna keçib. Sonrakı illərdə “Zirə”də və yenidən “Sumqayıt”da oynayıb, 2025-ci ildə “Turan Tovuz”a keçib. O, cari mövsümdə Tovuz klubunun heyətində 23 oyuna çıxıb və bir qol vurub.

    29 yaşlı yarımmüdafiəçi 2012-ci ildə Azərbaycanın U-17, 2013-cü ildə U-19 millilərinə cəlb olunub. 2020-ci ildə dəvət almağa başladığı A milli komandamızda 9 oyuna çıxıb.

  • Azərbaycan boksçusu dünya yığmasına çağırıldı

    Rusiya paytaxtı Moskvada bu gün boks üzrə dünya yığması ilə yerli “Dinamo” komandası arasında görüş keçiriləcək.

    Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, qarşılaşmada ölkəmizin milli komandasının üzvü Səidcəmşid Cəfərov da iştirak edəcək.

    Dünya komandasını təmsil edəcək boksçumuz 75 kq çəki dərəcəsində Moskva klubunun idmançısı Yeqor Şapoçanski ilə mübarizə aparacaq.

  • Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək

    18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxacaq.

    Millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

    Matç Belarusun paytaxtı Minskdə yerli futbol federasiyasının məşq meydanında, Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.

    Xatırladaq ki, U-18 millisi bundan əvvəlki oyunlarda Rusiyaya 1:7, Özbəkistana isə 1:3 hesabı ilə uduzub, lakin Belarus yığmasını 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

  • Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında

    Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsində azərbaycanlı idmançılar final mərhələsinə adlayıblar.

    Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib ki, kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə qazanıblar.

    Qeyd edək ki, onlar bacı-qardaşdır.

  • İtaliya A Seriyası: “Yuventus” “Komo”ya məğlub oldu – VİDEO

    İtaliya A Seriyasının 26-cı turunda “Yuventus” fubol klubu “Komo”nu qəbul edib.

    Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.

    Qolları 12-ci dəqiqədə Voyvoda, 61-ci dəqiqədə Maksans Kakere vurublar.

    Bu görüşdən sonra “Yuventus” 26 oyundan sonra 46 xalla A Seriyasında beşinci, “Komo” isə 45 xalla altıncı yerdədir.