Category: İdman

  • Tarixdə ilk dəfə xizək alpinizmi üzrə Olimpiya çempionu müəyyənləşdi

    İsveçrəli xizək alpinisti Marianna Fatton İtaliyada keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında sprint yarışında Olimpiya çempionu olub.

    Median.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.

    O, 2:59.77 dəqiqəlik nəticə göstərərək, Olimpiya Oyunlarında bu idman növü üzrə ilk qızıl medalı qazanıb.

    Fransalı Emili Arrop ikinci olub, bürüncü mükafatı isə ispaniyalı Ana Alonso Rodriges əldə edib.

  • Nəriman Axundzadənin komandası yeni mövsüm üçün məşqçilər heyətini açıqladı

    Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin karyerasını davam etdirəcəyi ABŞ-nin “Kolambus Kryu” klubu növbəti mövsüm üçün əsas komandanı çalışdıracaq mütəxəssislərin adlarını açıqlayıb.

    Baş məşqçi postunda Henrik Ridström qərarlaşıb. Onun rəhbərlik etdiyi texniki korpusda köməkçi məşqçi funksiyalarını Teodor Olsson, Loran Kurtua və Coş Vilyams yerinə yetirəcəklər.

    Komandanın qapıçıları ilə iş üzrə məsuliyyəti Fil Berger daşıyacaq. Video və məlumat təhlili departamentinə Mark Onil rəhbərlik edəcək, Mak Pakhay isə əsas heyətin analitiki kimi fəaliyyət göstərəcək.

    Xatırladaq ki, Nəriman Axundzadə ilə “Kolambus Kryu” arasında imzalanmış müqavilənin müddəti 2029-cu ilin yay aylarına qədər nəzərdə tutulub.

  • Qış Olimpiya Oyunlarında xizək yarışı təxirə salınıb

    “Milan-Kortina-2026” Qış Olimpiya Oyunları çərçivəsində nəzərdə tutulan kişilər arasında sərbəst xizək sürmə yarışı müvəqqəti olaraq təxirə salınıb.

    Bu addımın atılmasına səbəb hava şəraitinin yarış üçün əlverişsiz olmasıdır.

    Müsabiqənin yeni başlama vaxtı barədə daha sonra məlumat veriləcəyi bildirilir.

    Xatırladaq ki, Qış Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 22-də keçiriləcək.

  • “Qarabağ” “Nyukasl”a qarşı: Oyunda dördüncü qol vuruldu

    Matçda dördüncü qol vurulub.

    Qonaqların heyətində Entoni Qordon özünün üçüncü, komandasının dördüncü qolunu qapıdan keçirib – 0:4.

  • “Qarabağ”- “Nyukasl” oyununda ikinci qol vurulub

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında ikinci qol vurulub.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar – 2:0.

    9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

  • “Qarabağ”- “Nyukasl” oyunu başladı

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçı start götürüb.

    Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

    Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

  • “Qarabağ”ın “Nyukasl”la oyunu hansı kanalda yayımlanacaq?

    Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək.

    Gecənin ilk qarşılaşmasında “Qarabağ” Bakıda İngiltərənin “Nyukasl Yunayted” klubunu qəbul edəcək.

    İzləyicilər “Qarabağ” – “Nyukasl Yunayted” oyununu “CBC Sport” TV-də izləyə biləcəklər.

    Günün digər maraqlı qarşılaşmalarında isə “Budyo Qlimt” “İnter” ilə, “Brügge” “Atletiko Madrid” ilə üz-üzə gələcəklər. “Brügge” – “Atletiko Madrid” qarşılaşması “CBC Sport” TV-də, “Budyo Qlimt” – “İnter” qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.

    UEFA Çempionlar Liqası

    Pley-off mərhələsi

    18 fevral

    Saat 21:45, “Qarabağ” – “Nyukasl Yunayted” (“CBC Sport” TV).

    19 fevral

    Saat 00:00, “Budyo Qlimt” – “İnter” (İctimai TV);

    Saat 00:00, “Brügge” – “Atletiko Madrid” (“CBC Sport”TV).

  • Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

    Azərbaycanı təmsil edən Anastasiya Papatoma İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları çərçivəsində bu gün çıxışına başlayacaq.

    17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d’Ampetsoda keçiriləcək.

    Xatırladaq ki, bundan öncə ölkəmizin fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayıb. O, 29 iştirakçı arasında sonuncu pillədə qərarlaşaraq mübarizəni dayandırıb.

    Məlumat üçün bildirək ki, Azərbaycanın iki atletlə qatıldığı “Milan-Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

  • Entoni Elanqa: “”Qarabağ” müsbət mənada qeyri-adi komandadır”

    “Üzərimdə təzyiq hiss etmirəm, matça fokuslanmışam”.

    Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunundan əvvəl mətbuat konfransında İngiltərə təmsilçisinin futbolçusu Entoni Elanqa deyib.

    O bildirib ki, komandası üçün əsas olan komanda şəklində oynamaqdır:

    “İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. “Qarabağ” müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər. Bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Onların da ambisiyalarının yüksək olduğunu bilirik. Maksimum dərəcədə mərhələ adlamaq istəyirik”.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofıq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu sabah saat 21:45-də start götürəcək.

  • “Sabah”ın baş məşqçisi: “Qəbələ” bu gün bir xala layiq idi”

    “Misli Premyer Liqasının XX turunda “Sabah”la qarşılaşan “Qəbələ” 1 xala layiq idi”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra mətbuat konfransında deyib.

    Litvalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

    “Yaxşı oyuna görə hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” həqiqətən də çox yaxşı komandadır və onların çıxışında məşqçi əməyi aydın hiss olunur. Düşünürəm ki, bu kollektiv turnir cədvəlində daha yüksək pillələrə layiqdir. Matça istədiyimiz tempdə başlamaq və planlaşdırdıqlarımızı meydanda həyata keçirmək üçün bizə 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiə xəttini yarmaq asan deyildi. Birinci hissədə əsasən bir real qol imkanımız oldu. Fasilədən sonra müəyyən taktiki düzəlişlər etdik və xüsusilə ikinci yarının əvvəlində daha yaxşı oynadıq. Bunun nəticəsində hesabı açdıq. Hətta ikinci qolu vurmaq üçün də imkanımız vardı.

    Görüşün son dəqiqələri isə bizim üçün gərgin keçdi. “Qəbələ” son 10 dəqiqədə tam heyətlə hücuma atıldı və ciddi təzyiq yaratdı. Açığı, bəlkə də bu gün bir xala layiq idilər. Qapıçımızın möhtəşəm qurtarışı komandamızı xilas etdi. Sonda 3 xalı qazanan tərəf biz olduq. Futbolçularımı əzmkar mübarizəyə görə təbrik edirəm. İndi isə diqqətimizi qarşıdakı “Kəpəz”lə oyuna yönəltməliyik”.

    Qeyd edək ki, “Qəbələ” – “Sabah” matçı qonaq komandanın 0:1 hesablı qələbəsi ilə bitib.