Category: İdman

  • “Kəpəz”in sabiq kapitanı Qazaxıstanda klubunu dəyişdi

    “Kəpəz”in keçmiş kapitanı və müdafiəçisi olan Yeqor Xvalko Qazaxıstanda klubunu dəyişib.

    “Tobol”dan ayrılan belaruslu oyunçu karyerasını Qazaxıstanın digər təmsilçisi “Atırau”da davam etdirəcək.

    Artıq 28 yaşlı mərkəz müdafiəçisi ilə yeni klubu arasında 2026-cı ilin yekununa qədər qüvvədə olacaq rəsmi sözləşmə imzalanıb.

    Xatırladaq ki, Yeqor Xvalko 2022-2025-ci illər aralığında “Kəpəz”in şərəfini qoruyub. O, Azərbaycan klubundan ayrıldıqdan sonra “Tobol”a transfer olunmuşdu.

  • “Qarabağ”ın rəqibi Bakıya ciddi itkilərlə gəlir

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl Yunayted” Bakı səfərinə heyətində ciddi itkilərlə yollanacaq.

    İngiltərə Premyer Liqasının son turunda zədələnən komandanın kapitanı Bruno Gimarayeşin təxminən iki ay meydanlardan kənar qalacağı təsdiqlənib.

    Bundan əlavə, müdafiə xəttində yer alan Tino Livramento və Emil Kraft, eləcə də yarımmüdafiəçi Lyuis Mayli Azərbaycan çempionuna qarşı oyunlarda iştirak edə bilməyəcəklər. Hazırda Kraft və Mayli bərpa prosesi keçirlər, Livramentonun isə mart ayından tez sıraya dönməsi gözlənilmir.

    İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau bu itkilərin fonunda braziliyalı yarımmüdafiəçi Joelintonun məşqlərə qayıtmasını xüsusi qeyd edib:

    “Joelinton yanvar ayında qasıq nahiyəsindən xəsarət almışdı. Hazırda vəziyyəti yaxşıdır və yenidən formaya düşmək üçün səylə çalışır. Bu, bizim üçün sevindirici haldır. Joelinton özünü gümrah hiss edir və əhvali-ruhiyyəsi yüksəkdir”.

    Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində “Qarabağ” Bakıda “Nyukasl Yunayted”ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

  • Rəşad Sadıqovun 100-cü qələbəsi

    “Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini əldə edib.

    Bu “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.

    Komanda Misli Premyer Liqasının 20-ci turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib.

    Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağa çıxan paytaxt təmsilçisi 100-cü dəfə qələbəsinə sevinib. Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.

    Qeyd edək ki, R.Sadıqov 2020-ci ildən “Zirə”ni çalışdırır.

  • Gənc boksçu faciəvi şəkildə öldü

    III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

    “Unikal”ın məlumatına görə, gənc boksçu məşqçi atasının yetirmələrinin yarışını izləmək üçün paytaxta gəlibmiş və orada ölüb.

    2010-cu il təvıllüdlü Əli Fazil oğlu Ruşanov dəfələrlə ölkə və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalıb.

    Təcrübəli məşqçi olan atası Fazil Ruşanovun yetirmələrinin çıxışlarını izləmək niyyətində olub. İlkin məlumata görə, yıxılaraq xəsarət alan gənc boksçu Bakıda dünyasını dəyişib.

  • Azərbaycan Premyer Liqası: “Zirə” “Karvan-Yevlax” üzərində qələbə qazandı

    Misli Premyer Liqasının XX turunda “Zirə” “Karvan-Yevlax” üzərində qələbə qazanıb.

    Zirə İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

    Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov rəqib qapısından keçirib.

    Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu – 12-ci yerdədir.

    Qeyd edək ki, turun açılış matçında “Qarabağ” səfərdə “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. XX tura fevralın 16-da yekun vurulacaq.

  • Qurban Qurbanov: “İmişli” ilə oyunda vacib qələbə qazandıq”

    “Qarabağ” Misli Premyer Liqasının XX turunda “İmişli” ilə matçda (1:0) vacib qələbə qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında bildirib.

    “Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə əldə etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər. Qubalılara da təşəkkür edirəm ki, komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. “İmişli” komandasına uğurlar arzulayıram”.

    Mütəxəssis Qubadakı stadionun meydanının durumu barədə də danışıb:

    “Meydan yox kimi idi. Alamıram, belə meydanda futbol oynamağa necə icazə verilə bilər? Belə meydanda neçə oyun keçiriblər. Çox danışanda, irad bildirəndə bunu yaxşı qarşılamırlar. Amma bu meydançanın durumundan xəbərdar olmaq üçün nə Qurban Qurbanovun, nə də başqa məşqçinin açıqlamasına ehtiyac var. Belə olmaz, futbolçular zədələnə bilər. Dərindən düşünsək hər şey üçün çıxış yolu tapmaq olar. “Nyukasl”la oyuna hazırlaşırıq. Amma nə temp, nə də normal meydan var. Futbolçuların zədə alacağından qorxursan. Belə vəziyyətdən sonra “Nyukasl”la oyuna necə hazırlaşmaq olar? 3-4 gün futbolçuları bərpa etmək lazımdır. Müzakirə olunmalı mövzudur. Düşünürəm ki, təkcə biz yox, burada oynayan bütün komandalar, futbolçular, məşqçilər də şikayət edir. Futboldan başqa hər şey vardı”.

  • “Neftçi” 3 futbolçu transfer etdi

    “Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

    Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
    Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.
    Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

  • Elvin üçün “Qarabağ”a 3 milyon avroluq təklif gəlib?

    Nəriman Axundzadəni «Kolumbus Kru»ya satan «Qarabağ»ın daha bir oyunçusuna yeni təklif gəlib. Daha dəqiq desək, təkliflər.

    Median.Az Sportinfo-ya istinadla xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır.

    Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri «köhlən atlar»a bu qədər təzminat ödəməyə hazırdır.

    Sol cinah oyunçusunun «Qarabağ»la kontraktı gələn ilin yayında başa çatacaq. 2017-ci ildən burada çıxış edən 25 yaşlı Cəfərquliyev istəsəydi, əslində, çoxdan səsi «köhnə dünya»dan gələrdi.

    İndiyədək ona o qədər çağırış gəlib ki! Heç birini dəyərləndirməyib.

    Leandro Andrade də Asiyadan çox sərfəli təklif alıb. Kabo-Verde yığmasının üzvünün son vaxtlar zəif təsir bağışlamasının səbəbi də budur.

    «Çelsi» ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir

  • Paralimpiyaçımız İtaliyada mübarizəyə qoşulur

    İtaliyanın Pila kurortunda bu gün paradağ xizəyi idman növü üzrə beynəlxalq turnirə start veriləcək.

    Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

    İki gün ərzində yekunlaşacaq yarışlarda ölkəmizi paralimpiyaçı Polad Rzayev təmsil edəcək.

    Təmsilçimiz turnirdə LW3 kateqoriyasında qüvvəsini sınayacaq.

  • Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyun təqvimi açıqlandı

    Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi qarşılaşmaların vaxtı məlum olub.

    Median.Az UEFA-nın rəsmi internet səhifəsində yer alan məlumata əsasən bildirir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda D Liqasındakı çıxışına sentyabrın 27-də Litva ilə səfər oyunu ilə start verəcək.

    Yığmamızın 2-ci qrupdakı son oyunu isə Lixtenşteynə qarşı səfərdə baş tutacaq.

    UEFA Millətlər Liqası

    D Liqası, 2-ci qrup

    27 sentyabr

    18:00. Litva – Azərbaycan

    1 oktyabr

    21:00. Azərbaycan – Lixtenşteyn

    4 oktyabr

    18:00. Azərbaycan – Litva

    13 noyabr

    23:45. Lixtenşteyn – Azərbaycan