Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Median.Az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.
Category: İdman
-
Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu
-
Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
Median.Az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra ötənilki yarışın yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub.Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkədə şahmatın kütləviliyinin artırıldığını və gənc istedadların üzə çıxarılması üçün bu cür daxili çempionatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin bildirib ki, builki çempionat həm təşkilatçılıq, həm də rəqabət baxımından əvvəlkilərdən fərqlənəcək.Sonra turnirin tanıtım çarxı nümayiş olunub.Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan çempionatlarının səviyyəsinin artdığını deyib. Nazir Azərbaycan Şahmat Federasiyasında yaxşı işlərin görüldüyünü, bu səbəbdən şahmatla məşğul olan gənclərin sayının çox olduğunu söyləyib.Azərbaycan çempionatının iştirakçıları təqdim olunduqdan sonra püşk atılıb. Bununla da yarış açıq elan olunub.Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.Turnirə fevralın 22-də yekun vurulacaq. -
Bu klublar cərimələndi
Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”, “Kəpəz” və “Turan Tovuz” klubları cərimələnib.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.“Karvan-Yevlax” 1000 manat ödəyəcək. Yevlax təmsilçisi XVIII turda, “Sumqayıt”la oyunda əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğu üçün ziyana düşüb.
“Kəpəz” də “Şamaxı” ilə qarşılaşmaya görə eyni səbəbdən 1000 manat cərimələnib. Gəncə klubu əlavə 5000 manat da ödəməli olacaq. Sözügedən qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olub və bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.
“Turan Tovuz” isə “Qarabağ”la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
-
Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da oyunlar rəsmən açıq elan olunacaq.
Olimpiada tarixində ilk dəfə iki Olimpiya məşəli alovlandırılacaq. Biri Milanda, şəhərin ikonik abidəsi olan Sülh Tağının yaxınlığında, digəri isə Kortina d’Ampetsoda, Piatsa Dibona meydanında yerləşəcək.
Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.
Azərbaycanı Qış Olimpiadasında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edəcək. Ölkəmiz indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.
Sonuncu dəfə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan 2 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda Vladimir Litvintsev 18-ci, Yekaterina Ryabova isə 15-ci pillədə qərarlaşıb.
Azərbaycan Qış Paralimpiya Oyunlarına ilk lisenziyanı isə 2022-ci ilin fevralında qazanıb. Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında Pekin Paralimpiadasında iştirak hüququ əldə etsə də, yarışın açılışına az qalmış məşq zamanı ağır zədə aldığı üçün rəsmi debüt baş tutmayıb.
Qeyd edək ki, “Milano-Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.
-
Qurban Qurbanov “Neftçi”nin imtinasından danışdı
“Qarabağ”ın bş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXI turunda “Neftçi” ilə oyunun təxirə salınmamasında hansı problem görmədiyini söyləyib. Mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, sosial şəbəkələrdə məsələnin müzakirə olunmasına toxunub:“Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarılası mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) “Neftçi” ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqib “Neftçi” və digər kollektiv də ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki PFL-də belə reqlament var. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq.
Q.Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya uduzduqları (1:2) oyuna da toxunub:
“İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində bizləri tək qoymadılar. Kubokda ilk matçımız idi. Bizim üçün ciddi nəticə oldu. Cavab qarşılaşmasına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”.
Qeyd edək ki, “Neftçi” klubu “Qarabağ”la çempionat görüşünün təxirə salınmasını istəməyib.//Report
-
ABŞ-nin Bakıdakı səfirliyindən azərbaycanlılara viza ilə bağlı müraciət – FOTO
ABŞ-nin Bakıdakı səfirliyi futbol üzrə dünya çempionatına bileti olan şəxslər üçün viza proseduru ilə bağlı görüş təşkil edəcək.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.“FIFA Dünya Kuboku 2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz”, – səfirliyin məlumatında bildirilib.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
FIFA Dünya Kuboku 2026™ oyunlarını izləmək üçün bu il ABŞ-yə səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik!
Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz. https://t.co/brGT8FJVUF
— U.S. Embassy Baku (@USEmbassyBaku) February 5, 2026
-
Zabit Səmədov: “Facebook” mesajları məni rinqə qaytardı”
“Əslində, 2014-cü ildə karyeramı bitirmişdim və bir il rinqə çıxmadım. Lakin “Facebook”da xalqımın məni ruhlandıran mesajlarını oxuduqdan sonra yenidən idmana qayıtdım. 2022-ci ildə son döyüşüm Bakıda oldu və bununla da karyeramı tamamladım”.
Bu sözləri Baku TV-yə müsahibəsində sabiq kikboksçu Zabit Səmədov deyib.
İdmançının sözlərinə görə, böyük nəticələr əldə etmək üçün əziyyət çəkmək, fiziki gücə və möhkəm xarakterə sahib olmaq, ən əsası isə sona qədər mübarizə aparmaq lazımdır:
“Bəzən istədiyin nəticəni əldə etməyə bilərsən, amma sona qədər getmək vacibdir. İdmanda qayda belədir. Mən hər bir qələbəmi zəhmətimlə qazanmışam. Hər bir döyüşçü həyəcan keçirir, çünki artıq tək deyilsən. Arxanda ilk növbədə ölkən, bayrağın, ailən və dostların dayanır. Onların döyüş anında keçirdiyi narahatlıq səni də həyəcanlandırır. Ancaq rinqə ayaq basan kimi bütün bunlar geridə qalır. O anda yalnız qalib gəlməyi düşünürsən”.
-
“Arsenal”ın oyunu təxirə salınacaq
“Arsenal” klubunun İngiltərə Premyer Liqasındakı oyunu təxirə salınacaq.
Buna London təmsilçisinin İngiltərə Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.
Liqa Kubokunun final qarşılaşmasının martın 22-də baş tutacağına görə, martın 21-də keçirilməsi nəzərdə tutulan XXXI turun “Vulverhempton” – “Arsenal” matçı təxirə salınıb.
Qeyd edək ki, bu gün keçirilən “Mançester Siti” – “Nyukasl Yunayted” görüşündən sonra “Arsenal”ın finaldakı rəqibi bəlli olacaq.
-
Kriştianu Ronaldu “Ən-Nəsr”in məşqində iştirak etməyib
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu “Ən-Nəsr” klubunun məşqində iştirak etməyib.
Bu barədə jurnalist Əbdüləziz Əl-Oseymi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.Onun sözlərinə görə, fevralın 3-ü səhər saatlarında “Ən-Nəsr” Səudiyyə Pro Liqasının 20-ci turu çərçivəsində “Ər-Riyad”a qarşı keçirilmiş oyunda (0:1) iştirak etməyən futbolçular üçün məşq keçirib. Lakin həmin görüşdə oynamayan komandanın kapitanı Ronaldu məşqdə iştirak etməyib.
Daha əvvəl mətbuatda 40 yaşlı hücumçunun yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Ronaldu 2023-cü ildən “Ən-Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
-
Azarkeşlərə səfər qadağası qoyuldu
İtaliya A Seriyasının lideri “İnter”in azarkeşləri cəzalandırılıb.
“Reuters”in məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi Milan klubunun fanatlarına martın 23-nə qədər səfər oyunlarına getməyi qadağan edib.Bu sərt qərara səbəb bazar günü “Kremoneze” ilə matçda qonaq sektorundan qapıçı Emil Auderoya tərəf yandırıcı maddənin (fayer) atılması olub.
Qərara əsasən, Lombardiya bölgəsində yaşayan azarkeşlərə “Sassuolo”, “Leççe” və “Fiorentina” ilə səfər oyunları üçün bilet satışı dayandırılıb. Ancaq martın 8-də əzəli rəqib “Milan”la keçiriləcək derbi matçı bu qadağaya şamil edilməyib. Nazirlik bunu oyunun eyni şəhərdə keçirilməsi və azarkeşlərin səfər etməsinə ehtiyac olmaması ilə əsaslandırıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən “İnter” ən yaxın izləyicisini 8 xal qabaqlayır. Komanda bu bazar günü “Sassuolo”nun qonağı olacaq.








