Category: İdman

  • Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib

    Azərbaycanın I Liqasında çıxış edən “Şahdağ Qusar” heyətini anqolalı futbolçu ilə gücləndirib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesse ilə 5 ay+1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, o, karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb.

  • “Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı

    “Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı açıqlanıb.

    Median.Az Matc.az-a istinadən xəbər verir ki, futbolçu yaxın dostu və iki xanım tanışı ilə birlikdə gecəni restoranlardan birində keçirib. Daha sonra tərəflər səhər saatlarında xanımları evlərinə yola salarkən Müseyib Bağırov küçəsində insident baş verib.

    Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.

    Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

    Futbolçu Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

  • “Kəpəz”in bıçaqlanan futbolçusunun xəsarətləri məlum oldu

    Gəncədə bıçaqlanan, “Kəpəz” futbol klubunun oyunçusu, 2002-ci il təvəllüdlü Veysəl Rzayevə təyin olunan diaqnoz açıqlanıb.

    Bu barədə Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, fevralın 3-ü saat 05:10-da 2002-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

  • “Qarabağ” fransalı futbolçunun transferini elan etdi

    “Qarabağ” heyətinə yeni futbolçu qatıb.

    Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.

    Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək

  • “Barselona”nın hücumçusu zədələndi: Kubok oyununda olmayacaq

    “Barselona”nın hücumçusu zədələnib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, komandanın 29 yaşlı hücumçusu Rafinyanın sağ budunun əzələsi dartılıb. Futbolçu zədə səbəbindən bir həftə yaşıl meydanlardan uzaq qalacaq.

    Bu da o deməkdir ki, braziliyalı futbolçu İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Albasete”yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

    Qeyd edək ki, “Barselona”nın əsas heyət oyunçusu Rafinya bu mövsüm 22 oyunda iştirak edib və 13 qol vurub.

  • “Kəpəz” “Şamaxı”ya uduzdu

    Misli Premyer Liqasının XVIII turunda “Kəpəz” “Şamaxı”ya məğlub olub.

    Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.

    “Şamaxı”nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.

    Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. “Kəpəz” isə 12 xalla 11-ci pillədə yer alıb.

    Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.

  • “Şamaxı” futbolçusu ilə yollarını ayırıb

    “Şamaxı” futbolçusu Antonio Lara ilə yollarını ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    27 yaşlı mərkəz müdafiəçisinin müüqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

  • Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

    Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

    “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində son matçda “Liverpul”a 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

    Aktivində 22.937 xal olan Azərbaycan bu siyahıda Sloveniyanı (22.843) qabaqlayıb. 25-ci yerdə olan Ukraynanın isə 24.412 xalı var.

    Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.

  • Ölkəmizdə bir sıra klublarda çıxış etmiş iranlı futbolçu həbs olundu

    İranlı futbolçu Peyman Keşavarzi Təbrizdə həbs edilib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, hazırda İranın KIA klubunun futbolçusu olan Keşavarzi Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

    Bildirilib ki, futbolçu həbs olunduqdan sonra ailəsinə yalnız bir dəfə qısa telefon zəngi edib.

    Qeyd edək ki, 29 yaşlı futbolçu ölkəmizdə “Sumqayıt”, “Kəpəz”, “Səbail”, “Karvan-Yevlax” klublarında çıxış edib.

  • Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşir

    Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

    Bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

    Liqa mərhələsini 22-ci pillədə başa vuran təmsilçimiz “səpələnməmişlər” səbətində yer alacaq. “Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri Fransanın PSJ və İngiltərənin “Nyukasl Yunayted” klublarıdır.

    Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. “Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

    Qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran “Barselona” və ya altıncı yerin sahibi “Çelsi” ilə üz-üzə gələcək.