Category: İdman

  • Şahruddindən maraqlı paylaşım — FOTO

    “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev yeni paylaşımı ilə diqqət çəkib.
     
    Median.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 8-ci turunda keçirilən “Liverpul” – “Qarabağ” qarşılaşmasından sonra Ağdam təmsilçisinin futbolçusu “Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekkerlə xatirə şəkli çəkdirib.
     
    Təcrübəli qolkiper həmin fotonu sosial media hesabında paylaşıb.
     
    Xatırladaq ki, “Enfild” stadionunda keçirilən matç “Liverpul”un 6:0 hesablı qələbəsi ilə başa çatıb.( mənbə: demokrat.az)

  • AFFA iki komandaya texniki məğlubiyyət verib

    AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    AFFA Region Liqasında keçirilməli olan “Bakı” TFK – “Xan Çinar” qarşılaşması birincilərin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA U-14 Liqasında baş tutan “Qaradağ Lökbatan” – MOİK PFK oyununda isə meydan sahiblərinin heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

  • UEFA Çempionlar Liqası: “Liverpul” – “Qarabağ” – CANLI

    “Qarabağ” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxır.

    Təmsilçimiz sonuncu – VIII turda İngiltərədə “Liverpul” komandası ilə qarşılaşır.

    Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz:

  • “Qarabağ”la “Qalatasaray” meydana çıxır: Hansı kanallar yayımlayacaq?

    Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VIII turunun oyunları keçiriləcək.

    Azərbaycan çempionu “Qarabağ” və Türkiyə Super Liqasının qalibi “Qalatasaray” da meydana çıxacaq.

    Maraqlıdır ki, hər iki komanda İngiltərədə oynayacaq və bu ölkənin nəhəng klubları ilə qarşılaşacaq. Belə ki, “Qarabağ” “Liverpul”un, “Qalatasaray” “Mançester Siti”nin qonağı olacaq.

    “Liverpul” – “Qarabağ” görüşünü Azərbaycanda azarkeşlərə “İctimai TV” təqdim edəcək. “Mançester Siti” – “Qalatasaray” matçını isə “CBC Sport” yayımlayacaq.

    Qeyd edək ki, son turun bütün oyunları eyni gündə keçiriləcək və eyni saatda – Bakı vaxtı ilə 00.00-da başlayacaq.

  • Rəsul Çunayevə vəzifə verildi

    Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.

    O, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.

    Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib: “Yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam.

    Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.

    O, işinin nədən ibarət olacağını da bildirib: “İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”.

    Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar. //Prosport.az

  • “Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu I Liqa klubuna keçib

    “Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir”ə keçib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

    Qabil Əlizadə karyerası ərzində “Karvan-Yevlax”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.

    Qeyd edək ki, “Mingəçevir” hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.

  • Rəsul Çunayevə vəzifə verildi

    Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.
     
    Median.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.
     
    Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib: “Yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam.
     
    Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.
     
    O, işinin nədən ibarət olacağını da bildirib: “İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”.
     
    Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar. (“Prosport”)

  • “Turan Tovuz” futbolçusu ilə vidalaşdı

    “Turan Tovuz” klubu futbolçusu Abdulla Rzayevlə yollarını ayırıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

    İcarə əsasında komandada çıxış edən Abdulla Rzayev müqavilə ilə məxsus olduğu “Sabah” klubuna qayıdıb.

  • “Latsio”nun qapıçısı İPL klubunda

    “Latsio”nun qapıçısı Xristos Mandas karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirəcək.

    24 yaşlı qolkiper “Bornmut”un formasını geyinəcək.

    Məlumatı “albalılar”ın rəsmi saytı yayıb. O, müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsinə imza atıb.

    Cari mövsüm “Latsio”nun heyətində bir oyunda forma şansı qazanan Mandas qol buraxmayıb. Onun Roma klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

    “Transfermarkt” portalı sözügedən futbolçunun transfer qiymətini 5 milyon avro ilə qiymətləndirir.

    23 tura 30 xal toplayan “Bornmut” İPL-in turnir cədvəlində 13-cü pillədə mövqe tutub.

  • AFFA rəsmisi UEFA-dan təyinat alıb

    AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

    O, UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

    Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.