Category: İdman

  • “Liverpul” – “Qarabağ” oyununun hakim təyinatları AÇIQLANDI

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

    Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq görüşə Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

    Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

    VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq əyləşəcəklər.

    Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

  • Qurban Qurbanov: “Bəhlula Çin klublarından təkliflər var”

    “Bəhlulla maraqlananlar var. Tək onunla yox, bir neçə futbolçu ilə maraqlananlar var. Danışıqlar gedir. Hələ ki, fikrimizi “Liverpul”la oyuna kökləmişik”.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

    Mütəxəssis Bəhlul Mustafazadəyə Çin klublarından təklif olunması ilə bağlı iddiaları təsdiqləyib. Qurbanov Elvin Cəfərquliyevə hər hansı təklifin olmadığını da qeyd edib.

    O, məğlubiyyəti belə şərh edib: “Rəqib yaxşı mübarizə apardı və layiqli qələbə qazandılar. Deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionatın ikinci yarısına belə başlamaq istəməzdik. Buradan bəllidir ki, bizim üçün çətin olacaq. Bədavinin zədəsi ciddidir. Pis oldum”.

    Baş məşqçi yeni transferlərlə bağlı danışıqların davam etdiyini qeyd edib: “Transferlərlə bağlı danışıqlar gedir. Mütləq şəkildə heyəti gücləndirmək lazımdır”.

  • “Qarabağ” “Kəpəz”ə uduzdu

    Misli Premyer Liqasında 17-ci tur davam edir.

    Son Azərbaycan çempionu “Qarabağ” “Kəpəz”lə qarşılaşıb.

    Matç “Kəpəz”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Güləş üzrə Azərbaycan çempionatları bu şəhərdə keçiriləcək

    Fevralın 3-dən 13-dək Gəncədə növbəti güləş festivalı baş tutacaq.

    3-7 fevralda yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı Gəncə İdman Sarayında keçiriləcək.

    11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun təşkil ediləcək. Görüşləri yerli (beynəlxalq və milli dərəcəli) hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş ən ali (I-S) kateqoriyaya sahib referilər idarə edəcək.

    Çempionatlarda ilk “3-lük”də yer alan güləşçilər müvafiq milli komandaların tərkibini formalaşdıracaq. U-20 Azərbaycan çempionatının açılış mərasimi 3 fevral 17:00-da, U-17 yaş qrupunda analoji yarışın açılış mərasimi isə 9 fevral 17:00-da başlayacaq. Azarkeşləri maraqlı sürprizlərin gözlədiyi yarışlarda gündüz seansı 10:00-da, həlledici qarşılaşmaların keçiriləcəyi axşam seansı isə 17:00-da start götürəcək.

    Xatırladaq ki, Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.

  • “Qəbələ” “Şamaxı”nı məğlub edib

    Misli Premyer Liqasında 17-ci tur davam edir.

    “Şamaxı” “Qəbələ”ni qəbul edib.

    Görüş “Qəbələ”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Jalə Əhmədovaya vəzfə verildi

    Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.

    Median.Az xəbər verir ki, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan federasiyanın prezidenti Zaur Əliyev ötən ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib.

    Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək federasiyanın fəaliyyətini təqdirəlayiq qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

    ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər barədə hesabat təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi qəbul olunub. Həmçinin səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib. Hazırda federasiyanın 4 vitse-prezidenti var; – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. Bundan başqa, İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov da təmsil olunurlar.

  • Nazir onu vəzifəsindən azad etdi- FOTO

    Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.
     
    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.
     
    Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.

    Qeyd edək ki, Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.
     
    Onu da bildirək ki, Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.

  • Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü

    AFFA-nın prezidenti Rövşən Nəcəfin FIFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib.

    AFFA-dan verilən məlumata görə, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.

    Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin AFFA ilə FIFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

    Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.//azxeber.com

  • Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

    Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

    Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qələbəsi (3:2) sayəsində mümkün olub.

    Qalibiyyətə görə ölkənin xal hesabına 0.500 əmsal əlavə olunub. Azərbaycan bu əmsal sayəsində 22.750 xalla bir pillə irəliləyərək 27-ci sıraya yüksəlib.

    Azərbaycanın bu xalla Slovakiyanı (22.375) qabaqlayır. 26-cı pillədə isə 22.843 xalla Sloveniya qərarlaşıb.

    Qeyd edək ki, cədvələ 104.991 xalla İngiltərə başçılıq edir.

  • Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

    Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

    Median.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.

    Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

    Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.