Category: İdman

  • “Qarabağ” – “Ayntraxt” oyununda VAR sistemi işləyib

    “Qarabağ” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda videoköməkçi hakim (VAR) sistemi işləyib”.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.

    Onun sözlərinə görə, sadəcə, qarşılaşmanın əvvəlində baş hakimlə VAR otağı arasında rabitə problemi yaranıb:

    “Bu isə tezliklə həll edilib və matç başlayıb. Oyunda VAR sistemi olub”.

    Qeyd edək ki, “Qarabağ” “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib. Matçın baş hakimi isveçərli Sandro Şerer olub.

  • Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı

    Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan – Ukrayna oyununa təyinat alıb.

    Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

    Bildirilib ki, o, görüşün taymkiperi kimi hakimlər briqadasına kömək edəcək.

    Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.

  • “Qarabağ” – “Ayntraxt” oyununda ilk hissə yekunlaşdı

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununda ilk hissə başa çatıb.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

    Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

  • “Qarabağ” “Ayntraxt Frankfurt”a qarşı: Oyunda hesab açıldı – Video

    Oyunda hesab açılıb.

    Matçın 4-cü dəqiqəsində Kamilo Duran fərqlənib – 1:0.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt Frankfurt”la qarşılaşır

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

    Təmsilçimiz Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə üz-üzə gələcək.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

    Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Şarer olacaq. FIFA referisinə Stefan de Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix yer alacaq.

    Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 29-da səfərdə “Liverpul” klubuna qarşı keçirəcək.

    Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin altı turunda iki qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.

    21 yanvar

    UEFA Çempionlar Liqası

    VII tur

    Saat 21:45, “Qarabağ” – “Ayntraxt Frankfurt”.

  • Əliyar Ağayev Avroluqa oyununa təyinat aldı

    Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

    O, UEFA Avropa Liqasının əsas mərhələsində yanvarın 22-də İsveçrədə “Yanq Boyz” və Fransanın “Lion” komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq.

    Ə.Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

  • “Qarabağ”dan yeni transfer – Qurban Qurbanov açıqladı

    “Qarabağ” qış transfer dönəmində heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

    Bunu Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərfivəsində sabah Bakıda “Ayntraxt”ı qəbul edəcək Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında deyib.

    53 taşlı mütəxəssis sualı belə cavablandırıb:

    “Hər hansı maneə olmasa, qışda transfer alınmalıdır. Danışıqlarımız davam edir. Ən azı bir transferimizin olacağı gözlənilir”.

  • Ermənistanda federasiya prezidenti Azərbaycanla bağlı qalmaqaldan sonra istefa verdi

    Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti Qagik Sarqsyan İtaliyada keçirilən nüfuzlu “Tour de Ski” yarışında xizəkçi Mikael Mikaelyanla bağlı baş verən insidentdən sonra istefa verdiyini açıqlayıb.

    O, bu barədə sosial şəbəkə hesabında bildirib.

    “Həyatımın 21 ilini xizək idmanına həsr etmişəm. 2005-ci ildə federasiyanın baş katibi seçildim, 2021-ci ildə isə qurumun prezidenti oldum. İndi Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu mənim üçün son dərəcə çətin və mürəkkəb bir qərardır. Bu barədə uzun-uzadı düşündüm və bu nəticədən qaçmağa çalışdım, amma bildiyimiz kimi, başlanğıcı olan hər şeyin sonu var”, – deyə Mikaelyan bildirib.

    Federasiya rəhbəri artıq prezident kimi işini davam etdirmək üçün heç bir perspektiv görmədiyini bildirib və istefasının əsas səbəbləri kimi işinin təşkilindəki sistemli problemləri və dövlət qurumlarının dəstəyinin olmamasını göstərib.

    Xatırladaq ki, yanvarın əvvəlində erməni xizəkçi Mikael Mikaelyan İtaliyada keçirilən nüfuzlu “Tour de Ski” yarışında öz formasında “Azərbaycan” yazısının üstünü bağlayıb. Buna görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

    Hadisədən sonra erməni idmançı və onu dəstəkləyən Sarqsyan bu əmələ haqq qazandırmağa çalışıblar.

  • Tofiq Bəhramovun nəvəsinə babasının adını daşıyan stadionda vəzifə verildi

    Tofiq Bəhramovun nəvəsi yeni vəzifəyə təyin olunub.

    Bakupost.az xəbər verir ki, o, babasının adını daşıyan Tofiq Bəhramov adına Respublika Stadionuna direktor müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, T. Bayramov Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

    Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.

  • UEFA milyonlar itirdi

    UEFA 47 milyon avro məbləğində gəlir itkisi ilə üzləşib.
     
    Qurum bunu ABŞ dollarının məzənnəsinin dəyişməsi ilə izah edib
     
    “Son bir neçə il ərzində UEFA güclü ABŞ dollarından faydalanırdı ki, bu da xarici valyuta əməliyyatlarından əhəmiyyətli mənfəət əldə olunmasına səbəb olmuşdu. Lakin 2025-ci ilin martında vəziyyət dəyişdi və ABŞ dolları təxminən 9 faiz kəskin ucuzlaşdı. Bu isə 47 milyon avro həcmində valyuta itkisinə gətirib çıxardı.
     
    Xarici valyuta üzrə mənfəət bir neçə il ardıcıl olaraq müsbət olmuşdu, lakin təəssüf ki, 2025-ci ilin yazında vəziyyət dəyişdi. ABŞ dolları iqtisadi, bazar və geosiyasi dinamika da daxil olmaqla müxtəlif səbəblərdən qəfil zəiflədi”, – deyə UEFA-nın maliyyə hesabatında qeyd olunub.