Category: İdman

  • “Qarabağ” klubunun azərbaycanlı futbolçularına maraq çoxdur

    “Qarabağ” klubunun azərbaycanlı futbolçularına maraq çoxdur.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis təkliflər barədə danışıb:

    “Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də azərbaycanlı futbolçulara maraq daha çoxdur”.

    O, futbolçu transferinə daha çox vaxt ayırdıqlarını söyləyib:

    “Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik”

    Qeyd edək ki, “Qarabağ” 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı keçirəcək.

  • Şəhriyar və Teymur milyonlar qazanıb – siyahı

    Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən siyahıda azərbaycanlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.

    Siyahının 21-ci sırasında olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.

    Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.

    Sözügedən cədvəlin ilk pilləsində norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.

  • Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin edildi

    Bu gün Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

    Median.Az xəbər verir ki, tədbir zamanı atletika üzrə milli komandanın yeni baş məşqçisinin adı açıqlanıb.

    Federasiya rəhbərliyinin qərarı ilə təcrübəli mütəxəssis, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Əliyev bu vəzifəyə təyin olunub.

  • Qardaşların duelində qalib müəyyənləşdi

    Güləş üzrə Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub.

    Median.Az xəbər verir ki, “Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları finalda üz-üzə gəliblər.

    Qarşılaşma Murad Əhmədiyevin qələbəsi ilə başa çatıb. 3:1 hesabı ilə qələbə qazanan Murad Əhmədiyev qızıl medalın sahibi olub.

    Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.

  • Əfsanəvi hokkeyçi Qlenn Holl vəfat edib

    Əfsanəvi kanadalı hokkey qapıçısı və “kəpənək” üslubunun yaradıcısı Qlenn Holl 94 yaşında vəfat edib.

    Bu barədə Milli Hokkey Liqasının rəsmi saytında məlumat verib.

    “Cənab qapıçı” ləqəbli idmançı Alberta bölgəsindəki Stouni-Pleyn Xəstəxanasında ölüb.

    “Qlenn Holl bütün hokkey qapıçılarının can atdığı səviyyənin təcəssümü idi. Layiqli olaraq “Cənab qapıçı” ləqəbi verdiyimiz Qlenn möhkəm, etibarlı və inanılmaz dərəcədə istedadlı oyunçu idi”, – deyə Milli Hokkey Liqasının komissarı Qeri Bettmen bildirib.

    Qlenn Holl Milli Hokkey Liqasında debütünü 1952-53 mövsümündə “Red Uinqz”də qısa müddət oynadıqdan sonra edib. O vaxtlar qapıçılar ayaq üstə oyun üsulundan istifadə edirdilər: əlcəklər, hokkey çubuqları və ya konkilərlə şaybaları yayındıraraq, buz üzərinə yalnız zəruri hallarda uzanırdılar.

    Holl isə diz çökürdü və qapının künclərini örtmək üçün qalxanları V formasında geniş şəkildə açırdı, tez ayağa qalxmaq üçün beli hər zaman düz vəziyyətdə qalırdı, hokkey çubuğu isə elə yerləşirdi ki, şayba ayaqlarının arasından keçməsin. Daha sonra bu stil “kəpənək” adlandırıldı və hokkeydə geniş istifadə edilməyə başlanıldı.

    Qlenn Holl, həmçinin yeganə qapıçı idi ki, rekord sayda – 502 oyunu maskasız keçirmiş və ona 300 tikiş qoyulmuşdu.

  • Zinəddin Zidanın oğlu yığmada unikal nailiyyətə imza atıb

    Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisində unikal nailiyyətə imza atıb.

    “Report”un “Stats Foot”a istinadən məlumatına görə, 27 yaşlı qapıçı Əlcəzair yığmasında meydana çıxdığı ilk üç matçda qol buraxmayan yeganə qolkiper olub.

    Bu, komandanın Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo millisini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə reallaşıb.

    Buna qədər Luka Zidan qrup mərhələsində Sudan (3:0) və Burkina-Faso (1:0) yığmaları ilə matçlarda da qapısını toxunulmaz saxlamışdı. III turda baş tutan Ekvatorial Qvineya (3:1) ilə matçda isə Əlcəzair yığmasının qapısını Antoni Mandrea qorumuşdu.

    Qeyd edək ki, Əlcəzair millisi 1/4 finalda Nigeriya ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 10-da keçiriləcək.

  • Azərbaycanlı idmançı üç il müddətinə yarışlardan kənarlaşdırıldı

    Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

    Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.

    Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.

  • Neymarla müqavilə uzadıldı – RƏSMİ

    “Santos” klubu Neymarın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Ulduz futbolçunun yeni müqaviləsi mövsümün sonuna – 2026-cı ilin dekabrın 31-nə qədərdir.

    Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2009-cu ildən 2013-cü ilədək əsas komandada çıxış edib.

    İspaniyada “Barselona” və Fransada PSJ-nin formasını geyinən forvard 2025-ci ilin əvvəlində Braziliya klubuna qayıdıb. 33 yaşlı ulduz futbolçu mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qol vurub.

  • Tanınmış boksçu “İlin hakimi” seçilib

    Azərbaycanın tanınmış boksçusu və Beynəlxalq Boks Assosiasiyasının (İBA) beynəlxalq dərəcəli referesi Fuad Aslanov “İlin hakimi” seçilib.

    Qaynarinfo xəbər verir ki, “İlin hakimi” Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının idman azarkeşləri və mütəxəssislər arasında keçirdiyi rəy sorğusuna əsasən müəyyənləşib.

    Fuad Aslanov 28 iyun 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 2004-cü ildə Yunanıstanln paytaxtı Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında boks üzrə bürünc medala sahib olub.

    Boksçu bu uğuruna görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

    Fuad Aslanov hazırda “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGŞM) direktorudur.

  • 2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək

    2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək.

    Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Hər üç yarış Bakı Boks Mərkəzində təşkil olunacaq.

    Aprelin 2-8-i aralığında “Böyük İpək Yolu” turniri (böyüklər) baş tutacaq.

    Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir keçiriləcək.
    //report