Category: İdman

  • “Formula 1” tarixində ən zəngin pilot müəyyənləşib

    “Formula 1” tarixində ən zəngin pilot müəyyənləşib.

    Bu barədə “GQ Sports” nəşri siyahı açıqlayıb.

    Siyahıya Mixael Şumaxer başçılıq edir. Almaniyalı pilotun sərvəti 790 milyon dollar olaraq qiymətləndirilib. Lyuis Hamilton (304 milyon dollar) ikinci, Fernando Alonso isə (264 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

    Qeyd edək ki, ilk “5-lik”də həmçinin Kimi Raykkonen (254 milyon) və Niki Lauda (203 milyon) yer alıb.

  • Bu klublar cərimələndi

    Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Buna çempionatın XVI turunda yaşananlar səbəb olub.

    “Kəpəz” “Turan Tovuz”la oyunda meydana kənar şəxslərin daxil olmasına görə 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 7000 manat cərimələnib.

    “Karvan-Yevlax” isə “Neftçi” ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. Həmin matçdan sonra meydana kənar şəxslərin daxil olması ucbatından bölgə klubu 5000 manat cərimə edilib. “Neftçi” azarkeşləri ilə oyunun sonlarında meydana kənar əşya atıblar və “ağ-qaralar”ı 4000 manat ziyana salıblar. Paytaxt komandasının tərəfdarları qarşılaşma bitəndən sonra isə rəqibin avtobusuna zərər vurublar və dəymiz zərər rəqib tərəfindən qarşılanacaq.

    “Araz-Naxçıvan” isə 2000 manat cərimələnib. Buna “Şamaxı” ilə dueldə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəlməsi səbəb olub.

    “Sumqayıt” isə “Sabah”la matçda beş futbolçusu sarı vərə ilə cəzalandığı üçün 700 manat ödəcəyəcək.

  • Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldı

    Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Region Liqasında iştirak edən “Bakı” TFK komandasının rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

    Eyni turnirdəki “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

    Bundan əlavə, “Bakı” TFK-nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.

  • Futbolçu olmaq istəyənlərin NƏZƏRİNƏ: Seçimlər başlayır

    “Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.

    Median.Az xəbər verir ki, bu barədə “Kəpəz” futbol klubu məlumat yayıb.

    Qeyd edilib ki, 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızlar seleksiya məşqlərinə dəvət olunurlar.

    Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

    Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

    Qeydiyyat üçün 051-872-13-15 nömrəsi ilə əlaqə saxlamaq olar.

  • “Karvan-Yevlax” futbolçusu ilə yollarını ayırıb

    Karvan-Yevlax” klubu futbolçusu Səid İranxanla yollarını ayırıb.

    Bu barədə Yevlax təmsilçisindən məlumat verilib.

    Bildirilib ki, iranlı oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

    Qeyd edək ki, mövsümün əvvəlində bölgə klubuna keçən Səid İranxan 10 oyunda 1 qolun müəllifi olub.

  • Dünyanın ən bahalı futbol komandaları açıqlandı

    “Transfermarkt” dünyanın ən bahalı heyətə malik futbol klublarının reytinqini yeniləyib.

    Siyahıya “Real Madrid” (1,38 milyard avro) başçılıq edir.

    İlk üçlükdə həmçinin “Arsenal” (1,29 milyard avro) və “Mançester Siti” (1,19 milyard avro) yer alıb.

    Reytinqdə İngiltərə Premyer Liqası klubları üstünlük təşkil edir. Maraqlıdır ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdə olan “Nottinqem Forest” (620 milyon avro) klubu da siyahıda təmsil olunub. Komanda 13-cü yerdə qərarlaşıb.

    Beləliklə də, ən bahalı heyətə malik futbol klublarının ilk 20-liyi aşağıdakı kimidir:

    1. “Real Madrid” (1,38 milyard avro);

    2. “Arsenal” (1,29 milyard avro);

    3. “Mançester Siti” (1,19 milyard avro);

    4. PSJ (1,19 milyard avro);

    5. “Çelsi” (1,18 milyard avro);

    6. “Barselona” (1,12 milyard avro);

    7. “Liverpul” (1,04 milyard avro);

    8. “Bavariya” (981 milyon avro);

    9. “Tottenhem” (879 milyon avro);

    10. “Mançester Yunayted” (719 milyon avro);

    11. “Nyukasl” (713 milyon avro);

    12. “İnter” (670 milyon avro);

    13. “Nottinqem Forest” (620 milyon avro);

    14. “Atletiko Madrid” (589 milyon avro);

    15. “Yuventus” (552 milyon avro);

    16. “Brayton” (520 milyon avro);

    17. “Aston Villa” (520 milyon avro);

    18. “Borussiya Dortmund” (511 milyon avro);

    19. “Kristal Pelas” (502 milyon avro);

    20. “Milan” (486 milyon avro).

  • Havaya görə futbol matçları təxirə salındı

    İranın paytaxtı Tehranda havanın çirklənməsi səbəbindən futbol oyunları təxirə salınıb.

    Bu haqda İran dövlət televiziyası Tehran Dövlət Futbol Federasiyasının Səhiyyə Komitəsinin mövzu ilə bağlı yazılı açıqlamasını yayıb.

    Açıqlamada bu gün keçirilməsi planlaşdırılan bütün futbol matçlarının Tehranda havanın çirklənməsi səviyyəsinin artması səbəbindən təxirə salındığı bildirilib.

    Havanın Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 149 mikroqram olub.

  • “Atletik” klubu azarkeşlərin davranışına görə cəzalandırıldı

    İspaniyanın “Atletik” klubu “Qarabağ”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib.

    Avropa futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

    Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

    “Atletik” “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) ucbatından cəza ilə üzləşib.

    Xatırladaq ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

  • Messinin bacısı qəzada xəsarət aldı, toyu təxirə düşdü

    Dünya Kubokunun qalibi olan Argentina milli komandasının 38 yaşlı kapitanı, “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin ailəsi bədbəxt qəza ilə üzləşib.

    Bu barədə xarici KİV yazıb.

    Futbolçunun kiçik bacısı avtomobil qəzasına düşüb.

    Bildirilir ki, Mariya Mol Messi maşın sürərkən səhhəti pisləşib, nəticədə qız idarəetməni itirərək divara çırpılıb. Qəza nəticəsində Messinin bacısı iki qabırğasını sındırıb, biləyini zədələyib və bir sıra digər xəsarətlər alıb.

    Mariya Sol Messi zədə səbəbindən “İnter Mayami”nin 19 yaşadək futbolçulardan ibarət komandasının məşqçisi Julian Arellano ilə toyunu təxirə salıb. Cütlüyün toyu yanvarın 3-nə planlaşdırılırdı.
    //unikal.az

  • Rafinya karyerasını bitirdi

    “Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

    Bu barədə 32 yaşlı yarımmüdafiəçi özü məlumat yayıb. O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib.

    Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/15 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Həmçinin 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

    Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.