Category: İdman

  • İngiltərə Premyer Liqasında 2025-ci ilin rəmzi komandası açıqlanıb

    İngiltərədə azarkeşlərin səsverməsinə əsasən Premyer Liqada 2025-ci ilin rəmzi komandası açıqlanıb.

    Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

    “İlin komandası”nda ən çox “Arsenal”ın futbolçuları yer alıblar. Premyer Liqanın 2024/2025 mövsümünün qalibi “Liverpul”dan heç kim siyahıya düşməyib.

    Qapıçı: David Raya (“Arsenal”);

    Müdafiəçilər: Yurrien Timber, Qabriel Maqalyayns (hər ikisi “Arsenal”), Mark Qehi, Daniel Munyos (hər ikisi “Kristal Pelas”), Ris Ceyms (“Çelsi”);

    Yarımmüdafiəçilər: Morqan Rocers (“Aston Villa”), Deklan Rays (“Arsenal”), Brunu Fernandeş (“Mançester Yunayted”);

    Hücumçular: Erlinq Holann (“Mançester Siti”), Antuan Semenyo (“Bornmut”).

  • Azərbaycan klubu futbolçusunu Çinə 350 min dollara satdı

    Aleks de Souzanın Azərbaycan macərası başa çatıb. “Turan Tovuz” braziliyalı hücumçunu satıb.

    24 yaşlı “sambaçı” karyerasını bundan sonra Çində davam etdirəcək. Qərb təmsilçisi bu sövdələşmədən pul qazanıb. 

    “Turan Tovuz” hələlik adı gizli saxlanılan Asiya klubundan öncə 500 min dollar təzminat tələb edib. Sonda tərəflər 350 min dollar qarşılığında keçidə razılaşıb.

    Maraq üçün bildirək ki, cənubi amerikalı ölkəmizə 2024-cü ilin yanvarında gəlib. Forvard arxada qalan müddətdə meydan çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

    “Turan Tovuz”a qədər “Boluspor”un formasını geyinmiş Aleks ilk 6 ayda 4000 dollar maaş alıb. Keçən mövsüm ona 6000 dollar əməkhaqqı ödənilib.

    Cari futbol ilində isə məvacibi daha 2000 dollar artırılmışdı. Növbəti mövsümü də burada keçirsəydi, bu rəqəm 10 min dollara qaldırılacaqdı.//sportinfo.az

  • Erməni xizəkçi beynəlxalq yarışda “Azərbaycan” yazısının üstünü bağladığına görə cərimələnib (FOTO)

    Erməni xizəkçisi Mikael Mikaelyan İtaliyada nüfuzlu “Tour de Ski” yarışlarında öz formasında “Azərbaycan” yazısının üstünü bağladığı üçün Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

    Median.Az “Expressen” nəşrinə istinadən xəbər verir ki, keçən ilin may ayında FIS Azərbaycanın Dövlət Turizm Agentliyi ilə 5 illik sponsorluq müqaviləsi imzalayıb. İndi bəzi yarışlarda xizəkçilərin geyimlərində titul sponsoru kimi ölkəmizin adı qeyd olunur.

    Mikaelyanla bağlı hadisə İtaliyanın Dobbiyako şəhərində “Tour de Ski”nin yarışlarından birində – Dünya Kubokunun bir hissəsi olan məşhur çoxgünlük xizək yarışında baş verib. O, “Azərbaycan” yazısını yapışqan lentlə örtüb və FIS tərəfindən cərimələnib.

    Xizək kostyumlarında Azərbaycan adından əlavə, “Tour de Ski”də hər yerdə ölkəmizin adı yazılmış böyük reklam lövhələri də asılıb.



  • Arda Güler üçün 80 milyon avroluq təklif

    “Arsenal” komandası “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Gülerə “elçi düşüb”.

    Median.Az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Mikel Arteta Arda Gülerin oyun tərzini çox bəyənir və onu komandasında görməyi çox istəyir.

    Belə ki, İngiltərə təmsilçisi Arda Güler üçün 80 milyon avroluq təklif hazırlayıb. Lakin Xabi Alonso bu keçidə razılıq verməyib. O, A.Güleri komandasının əsas oyunçularından hesab edir.

    Qeyd edək ki, Arda Güler bu il meydana çıxdığı bütün oyunlarda üç qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real Madrid”lə 2029-cu ilin yayına qədər müqaviləsi var.

  • “Beşiktaş” Azərbaycan millisinin üzvünü transfer etmək istəyir

    “Beşiktaş” klubu Azərbaycan millisinin üzvünü transfer etməyə çalışır.

    Median.Az Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, “Beşiktaş” Niderlandın “Volendam” klubunda çıxış edən Ozan Can Kökçünü heyətinə qatmaq istəyir.

    Kiçik qardaşı Orkun Kökçünün də “Beşiktaş”da çıxış etdiyinə görə Ozan Can bu transferə razıdır.

    Qeyd edək ki, bu mövsüm “Volendam”da 17 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından etibarən Azərbaycanın U20, U21 və əsas komandasında forma geyinib. O, milli komandamızın heyətində 14 oyuna çıxıb. Türkiyədə əvvəllər “Bursaspor” və “Giresunspor”da oynayan futbolçunun hazırkı bazar dəyəri 350 min avrodur.

    Ötən ilin iyul ayında azad agent olaraq “Volendam”a keçən təcrübəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.

  • Futbol üzrə Qabon millisinin fəaliyyəti dayandırıldı

    Futbol üzrə Qabon millisinin texniki heyətinin bütün üzvləri ilə müqavilələrə xitam verilib, yığmanın fəaliyyəti müddətsiz dayandırılıb.

    Buna komandanın Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokundakı uğursuz çıxışı səbəb olub.

    Bütün oyunlarda məğlub olan Qabon yığması turnirlə vidalaşıb. Bununla bağlı Qabon hökuməti sərt qərarlar qəbul edib. Rəsmi məlumata görə, hökumət qərarı ilə futbolçular Bruno Ekuele Manqa və Pyer-Emerik Obameyanqın milli komandada çıxış etməsi qadağan olunub.

  • Dünya futbolunun ən bahalı müdafiəçisi məlum oldu

    “Transfermarkt” portalı dünyanın hazırda ən bahalı müdafiəçilərinin reytinqini tərtib edib.

    İlk sıra “Arsenal” və Fransa millisinin oyunçusu Uilyam Salibaya məxsusdur. 24 yaşlı topçu 90 milyon avro dəyərində qiymətləndirilir.

    Reytinqdə ikinci yeri “Barselona”nın 18 yaşlı oyunçusu Pau Kubarsi (80 milyon avro) tutur.

    İlk üçlüyü “İnter”in 26 yaşlı oyunçusu Alessandro Bastoni (80 milyon avro) tamamlayır.

    Qeyd edək ki, mediada “Real Madrid” və PSJ-nin Salibanın xidmətlərində maraqlı olduğu, lakin “Arsenal”ın öz ulduzunu satmaq istəmədiyi barədə məlumatlar yayılıb.

  • İngiltərə klubu ağlagəlməz antirekordu təkrarladı

    İngiltərənin “Vulverhempton” klubu mövsümün startından bəri 19 oyunda qələbə qazana bilməyərək, tarixi antirekordu təkrarlayıb.

    Sonuncu dəfə İngiltərə çempionatında belə bir uğursuz nəticə 1901-ci ildə “Bolton” klubuna məxsus olub.

    Qeyd edək ki, dünən Premyer Liqada “Vulverhempton” gözlənilmədən səfərdə “Mançester Yunayted”lə heç-heçə (1:1) edib. Cari mövsümdə keçirdiyi 19 oyunun 16-da uduzan klub üç matçda heç-heçəyə nail olub. “Vulverhempton” üç xalla turnir cədvəlinin aşkar autsayderidir.

  • Rusiyada məşqçi 32 yaşında vəfat etdi

    Rusiyanın “Şinnik” futbol klubunun məşqçisi İvan Zinin vəfat edib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    İ.Zinin bu gün 32 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

  • Tanınmış boksçu iki nəfərin ölümü ilə nəticələnən qəzaya düşüb

    Üç versiya üzrə superağır çəkidə boks üzrə keçmiş dünya çempionu, britaniyalı Entoni Coşua Nigeriyada iki nəfərin ölümü ilə nəticələnən qəzaya düşüb.

    Median.Az xəbər verir ki, bu barədə “Punch” qəzeti məlumat yayıb.

    Məlumata görə, Entoni Coşuanın olduğu avtomobil yol kənarında dayanmış yük maşınına çırpılıb. Qəza nəticəsində boksçu yüngül xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır.

    Avtomobildə Coşua ilə birlikdə olan iki nəfər isə həyatını itirib.

    Qeyd edək ki, 36 yaşlı Entoni Coşuanın peşəkar karyerasında 29 qələbə (26-sı nokautla) və 4 məğlubiyyət var. Boksçu son döyüşünü dekabr 19-da keçirib və həmin görüşdə rəqibi, yutuber Ceyk Polu altıncı raundda nokautla məğlub edib.