Category: İdman

  • Azərbaycan Premyer Liqasında 17 il sonra ilk yaşanıb

    “Sabah” futbol üzrə Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.

    Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

    XVI turda “Sumqayıt”ı səfərdə 3:1 hesabı ilə məğlub edən bakılılar “qış çempionu” adına sahib çıxıblar.

    Xallarının sayını 37-yə çatdıran “bayquşlar” son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.

    Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komandadır. Sonuncu yeni qış çempionu 17 il əvvəl – 2008/2009 mövsümündə qeydə alınıb. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqləniblər.

    Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) fərqlənib.

    “Neftçi” doqquz (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), “Kəpəz” (1993/1994, 1997/1998, 1998/1999) və “Şamaxı” (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç, “Xəzri” (1995/1996), “Şəmkir” (1999/2000), “Karvan” (2005/2006), “Xəzər Lənkəran” (2006/2007) və “Şüvəlan”ın (2007/2008) bir belə uğuru var.

    Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

  • Daha bir futbolçu “Qarabağ”ı tərk edə bilər

    “Qarabağ”da yanvar ayında ayrılıqlar yaşana bilər.

    Median.Az xəbər verir ki, namizədlərdən biri də Marko Yankoviçdir.

    Monteneqrolu yarımmüdafiəçi ilə Yunanıstan nəhəngləri – “Olimpiakos” və “Panatinakos”, eyni zamanda Zaqreb “Dinamo”su yaxından maraqlanır.

    Markoya olan maraq artıq yaydan bəri var. Lakin o zaman bu keçid baş tutmamışdı.

    30 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayında bitir.

    O, cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.(fanat.az)

  • Kərim Benzema məşhur rəssamın tablosunu satın aldı

    “Əl-İttihad”ın hücumçusu Karim Benzema İspaniyalı rəssam Pablo Pikassonun 1964-cü ildə çəkilmiş “Saqqallı kişi portreti” adlı tablosunu satın alıb.

    Median.Az “RMC Sport”a istinadən xəbər verir ki, futbolçu sosial şəbəkələrdə əsəri “Evə xoş gəldin” şərhi ilə paylaşıb.

    Tablo 2025-ci ilin əvvəlində Nyu-Yorkda incəsənət dileri Helli Nahmadın qalereyasında sərgilənmişdi.

    Alışın məbləği açıqlanmayıb, lakin Pikasso tablolarının hərraclarda çox vaxt 1 milyon avrodan artıq qiymətə satıldığı məlumdur.

  • PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamaq istəyir

    Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunun rəhbərliyi baş məşqçi Luis Enrike ilə ömürlük müqavilə imzalamağı planlaşdırır.

    Medin.Az “AS” nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssisin klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir.

    Enrikenin 55 yaşı var. Onun rəhbərliyi altında PSJ iki dəfə Fransa çempionu olub, iki Fransa Kuboku, bir Fransa Superkuboku, bir Çempionlar Liqası, bir UEFA Superkuboku və bir Qitələrarası Kubok qazanıb.

  • “Liverpul”un ulduz futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

    “Liverpul” klubunun futbolçusu Aleksandr İsak ciddi zədə alıb.

    Median.Az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, dünən “Tottenhem”ə qarşı keçirilən oyunda (2:1) zədələnən isveçli hücumçunun sol ayağında sınıq aşkarlanıb.

    Klub tərəfindən bu barədə rəsmi açıqlama olmasa da, Aleksandr İsakın bir neçə ay forma geyinə bilməyəcəyi ehtimal olunur.

    Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının VIII turu çərçivəsində yanvarın 28-də İngiltərədə təmsilçimiz “Qarabağ”ı qəbul edəcək.

  • “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı

    Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

    Median.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.
    O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

  • Premyer Liqa: “Zirə” “İmişli”yə qalib gələ bilmədi

    Misli Premyer Liqasının XVI turunda “Zirə” “İmişli” ilə qarşılaşıb.

    Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
    28 xalı olan “Zirə” turnir cədvəlində 3-cüdür. “İmişli” isə 17 xalla 9-cu sırada yer alıb.
    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” isə “Karvan-Yevlax”ı (2:1) məğlub edib. XVI tura dekabrın 22-də yekun vurulacaq

  • FIFA Ronaldunun komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub

    FIFA portuqaliyalı hücumçu Kriştianu Ronaldunun da formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına yeni oyunçuların qeydiyyatı ilə bağlı qadağa qoyub.

    “Report” “Arriyaditah” nəşrinə istinadən xəbər verir ki, buna ispaniyalı futbolçu Emerik Laportanın transferi zamanı Asiya təmsilçisinin “Mançester Siti”yə (İngiltərə) bəzi ödənişləri yerinə yetirməməsi səbəb olub.

    Mənbənin məlumatına görə, 9 milyon avro ödənildikdən sonra qadağa aradan qaldırılacaq.

    31 yaşlı Laport 2023-cü ildən 2025-ci ilə qədər “Əl-Nəsr”də oynayıb. O, komandada 69 oyun keçirib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçu hazırda İspaniyanın “Atletik” klubunda çıxış edir.

  • “Fənərbaxça” prezidenti prokurorluqda ifadə verdi

    “Fənərbaxça” prezidenti Sadettin Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verib.

    İstanbul Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində səhər saatlarında İstanbul Ədalət Sarayına gələn Saranın dindirilməsi prosesi başa çatıb.

    Məlumata görə, ifadə verdikdən sonra geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasından çıxarılan klub rəhbəri Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. Orada Sadettin Sarandan narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürüləcək.

    Qeyd edək ki, ekspertiza prosedurları tamamlandıqdan sonra S. Saranın yenidən məhkəməyə gətiriləcəyi gözlənilir.

    Xatırladaq ki, ötən gün klub rəhbərinin evində axtarış aparılmışdı.

  • “Qarabağ” cərimələndi

    AFFA İntizam Komitəsi Misli Premyer Liqasının birinci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb. 
     
    Median.Az xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub.
     
    Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 2500 manat cərimələnib.
     
    “Qarabağ” isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün “Qarabağ” daha 3000 manat ödəməli olacaq.
     
    Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.
     
    Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.