Category: İdman

  • Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu

    Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

    Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Bildirilib ki, idmançı finalda erməniəsilli Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.

    Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.

  • Kriştiano Ronaldo filmdə rol alacaq

    Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun “Sürətli və Qəzəbli” film seriyasının yeni hissəsində rol alacaq.
     
    Bu barədə amerikalı aktyor və prodüser Vin Dizel sosial şəbəkə X-də etdiyi paylaşımda bildirib. Onun sözlərinə görə, Ronaldonun filmdə çəkilməsi artıq qərarlaşdırılıb:
     
    “Hamı onun “Sürətli və Qəzəbli” filmində olub-olmayacağını soruşur. Deməliyəm ki, bu, həqiqətən də baş verəcək. Biz onun üçün rol yazmışıq”, – deyə Vin Dizel qeyd edib. Məlumata görə, “Sürətli və Qəzəbli”nin 11-ci hissəsinin 2026-cı ildə nümayiş olunması planlaşdırılır. Bu film eyni zamanda serialın son ekran işi olacaq. Xatırladaq ki, Kriştiano Ronaldo rəsmi oyunlarda 900 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
     
    O, həmçinin milli komandalar, Avropa çempionatı və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçudur. Portuqaliyalı ulduzun aktivində beş Çempionlar Liqası titulu, 2016-cı il Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası kuboku var. Ronaldo 2006–2022-ci illər arasında ardıcıl beş Dünya Kubokunda qol vuran yeganə futbolçu olaraq qalır.
     
    Hazırkı seçmə mərhələ Portuqaliya millisinin Dünya Kubokunun final mərhələlərində yeddinci iştirakı ilə yadda qala bilər. Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın da Kriştiano Ronaldo ilə telefon danışığı apardığı bildirilmişdi.
    //sfera.az

  • “Zirə” “Şamaxı”ya məğlub oldu

    Misli Premyer Liqasında XV tura start verilib.

    İlk oyun günündə “Şamaxı” doğma meydanda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

    Qonaqların heyətində Georgi Papunaşvili hesabı (8) açıb. Bölgə təmsilçisinin qollarını isə Alfons Msanqa (54) və Karim Rossi (61) vurublar.

    “Şamaxı” 20 xalla 7-ci, “Zirə” isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.

  • “İnter”in futbolçusu 1 ay oynamayacaq

    “İnter”in heyətində ciddi itki baş verib. Müdafiəçi Françesko Açerbi sıradan çıxıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    İtaliyalı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun “Liverpul”la matçında (0:1) sıradan çıxıb.37 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

    Qeyd eədk ki. Açerbi bu mövsüm “İnter”in heyətində 14 oyuna çıxıb və 1 qol ötürməsi edib.

  • “Çelsi”nin baş məşqçisi ən yaxşısı seçildi

    “Çelsi”nin baş məşqçisi Entso Mareska noyabr ayının İngiltərə Premyer Liqasında (İPL) ən yaxşı məşqçisi seçilib.

    Bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

    Noyabr ayında “Çelsi” İngiltərə çempionatında dörd oyun keçirib və onlardan üçündə qələbə qazanıb.

    Qeyd edək ki, hazırda “Çelsi” 15 turdan sonra 25 xalla İPL cədvəlində 5-ci pillədədir.

  • Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

    Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol qarşılaşmalarına ev sahibliyi edəcək.

    Qarşıdakı iki gün ərzində İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Fransa Liqa 1, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Türkiyə Superliqasında aşağıdakı oyunlar keçiriləcək:

    13 dekabr

    İngiltərə Premyer Liqası

    Saat 19:00, “Çelsi” – “Everton”;

    Saat 19:00, “Liverpul” – “Brayton”.

    İspaniya La Liqası

    Saat 17:00, “Atletiko Madrid” – “Valensiya”;

    Saat 21:30, “Barselona” – “Osasuna”.

    Fransa Liqa 1

    Saat 22:00, “Metz” – PSJ.

    İtaliya A seriyası

    Saat 21:00, “Parma” – “Latsio”.

    Almaniya Bundesliqası

    Saat 18:30, “Ayntraxt Frankfurt” – “Auqsburq”;

    Saat 21:30, “Bayer Leverkuzen” – “Köln”.

    Türkiyə Superliqası

    Saat 21:00, “Antalyaspor” – “Qalatasaray”.

    14 dekabr

    İngiltərə Premyer Liqası

    Saat 00:00, “Arsenal” – “Vulverhempton”;

    Saat 18:00, “Kristal Pelas” – “Mançester Siti”.

    İspaniya La Liqası

    Saat 19:15, “Sevilya” – “Atletik Bilbao”.

    Fransa Liqa 1

    Saat 23:45, “Marsel” – “Monako”.

    İtaliya A seriyası

    Saat 15:30, “Milan” – “Sassuolo”;

    Saat 21:00, “Cenoa” – “İnter”;

    Saat 23:45, “Bolonya” – “Yuventus”.

    Almaniya Bundesliqası

    Saat 18:30, “Borussiya Dortmund” – “Frayburq”;

    Saat 20:30, “Bavariya” – “Maynts”.

    Türkiyə Superliqası

    Saat 21:00, “Trabzonspor” – “Beşiktaş”.

  • Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

    Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

    Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

    Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

    Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib.

    “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

    QEYD: İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 15-də keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Səttar Bəhlulzadə zalı”nda təşkil olunacaq tədbir saat 11:30-da başlayacaq.

  • UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi

    Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarından sonra Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyi dəyişməyib.

    Median.Az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasında “Ayaks”a məğlubiyyəti xal qazandırmayıb. Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerində qalıb.

    22.218 xala malik Sloveniya 27-ci pillədə qərarlaşıb. Aktivində 22.350 xal olan Ukrayna isə 25-ci pillədədir.

    Qeyd edək ki, 55 ölkənin yer aldığı əmsallar cədvəlinə siyahısına İngiltərə (102.672) başçılıq edir.

  • Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinala yüksəlib

    Azərbaycanın üç boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

    Median.Az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub.

    Avropa çempionu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.

    Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionu Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

    Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.

    Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin edib.

    Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

  • Sığınacaqda azyaşlının “Qarabağ” sevgisi: Oyunu tək izlədi, gündəm oldu (Video)

    Qadın və Uşaq Sığınacağında icazə alaraq UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” oyununu təkbaşına izləyən azyaşlı sosial şəbəkələrdə böyük maraq yaradıb.

    Uşağın görüntüləri qısa zamanda geniş müzakirələrə səbəb olub.

    Hətta bəzi şəxslər azyaşlıya forma hədiyyə etmək istədiklərini bildiriblər.

    Görüntüləri təqdim edirik:
    //oxu.az