Category: İdman

  • “Qarabağ” hesabı açdı

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.

    Matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

    10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb

  • “Qarabağ” – “Ayaks” oyunu başladı – CANLI

    Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

    Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlandı

    UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında keçiriləcək VI tur oyunu üçün start heyətlər açıqlanıb.

    Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

    “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Addai, Marko Yankoviç.

    Baş məşqçi: Qurban Qurbanov.

    “Ayaks”: Vitejlav Yaroş, Ko İtakura, Lukas Rosa, Mokio, Moro, Steur, Qlouk, Aaron Bouman, Yuri Baas, Kasper Dolberq, Anton

    Baş məşqçi: Fred Qrim

  • “Qarabağ”ın U-19 komandası “Ayaks”a 0:8 hesabı ilə uduzdu

    “Qarabağ” klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

    Bakıda “Ayaks”ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.

    Əsas mərhələnin VI turunun matçı “Azərsun Arena”da keçirilib.

    Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.

  • “Qarabağ” – “Ayaks” matçına doğru: Statistik məlumatlar

    UEFA “Qarabağ” və “Ayaks” arasında keçiriləcək Çempionlar Liqasının matçından əvvəl statistik məlumatları açıqlayıb.

    İki komanda arasında avrokuboklarda əvvəlki yeganə qarşılaşma ötən mövsüm baş tutub.

    UEFA Avropa Liqasının əsas mərhələsinin Bakıda baş tutan matçında qonaqlar 3 cavabsız qolla qalib gəliblər.

    “Qarabağ” son beş UEFA turnir oyununda (3 heç-heçə, 2 məğlubiyyət) Niderland komandalarına qalib gələ bilməyib.

    Bu mövsüm evdə keçirdiyi son beş Avropa Kuboku matçından yalnız birində məğlub olan “Qarabağ” klubu son dörd ev oyununun hər birində ən azı iki qol vurub.

    “Ayaks” hazırda UEFA klub yarışlarında səkkiz oyunluq məğlubiyyət seriyasına malikdir ki, bu da klubun tarixindəki ən uzun seriyadır.

    Amsterdam komandası Avropa Kuboku/Çempionlar Liqası tarixində (seçmə mərhələləri daxil olmaqla) 397 qol vurub. Komanda 400-cü qolunu vuraraq bu mərhələni keçən ilk Niderland klubu olmağa çalışacaq.

    Qeyd edək ki, 5 turdan sonra “Qarabağ”ın 7 xalı var. Xalı olmayan “Ayaks” isə sonuncu yerdədir.

    Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

  • AFFA bır sıra klubları cəzalandırdı

    AFFA İntizam Komitəsi klublara cəza və cərimələr tətbiq edib.

    Bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Kubokunun 1/8 finalında və Misli Premyer Liqasının 14-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5 000 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalandırılıb, klub 150 manat cərimə edilib.

    Azərbaycan Kubokunda 1/8 finalın “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.

    Misli Premyer Liqasının “Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün bir oyun cəzalandırılıb, klub 1 000 manat cərimə edilib. Oyunda “İmişli” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

  • “Neftçi” yeni baş məşqçisini açıqladı

    “Neftçi”nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

    Klubdan Qaynarinfo-ya verilən məlumata görə, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

    Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

    Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.

    “Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

    Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

  • Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununu idarə edəcək

    Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

    O, Almaniyada yerli “Frayburq” və Avstriyanın “Zaltsburq” komandaları arasında keçiriləcək əsas mərhələnin VI turunun matçını idarə edəcək.

    Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

    Qeyd edək ki, “Frayburq” – “Zaltsburq” matçı dekabrın 11-də baş tutacaq.

  • Türkiyədə qanunsuz mərc oyunları: “Qalatasaray” və “Fənərbağça”nın futbolçuları həbs edildilər

    Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan təhqiqat çərçivəsində daha əvvəl saxlanılmış beş nəfər həbs edilib.

    Median.Az bu barədə “TGRT Haber” telekanalına istinadən xəbər verir.

    Məlumata görə, İstanbul məhkəməsi “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak, “Ankaraspor” komandasının sahibi Ahmet Okan, “Qalatasaray”ın gənc futbolçusu Metehan Baltacı, “Konyaspor”un futbolçusu Alassane Ndao və “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş barəsində həbs qətimkan tədbiri seçib.

  • DÇ-2026-nın oyunlarında dəyişiklik ediləcək

    2026-cı il dünya çempionatının oyunlarında futbolçulara üç dəqiqəlik fasilələr veriləcək.

    Bu barədə məlumatı FIFA-nın Mətbuat Xidməti yayıb.

    Fasilələr zamanı oyunçular su içə biləcəklər və bu, hər iki hissənin ortasında olacaq.

    Fasilələr hava şəraitindən və temperaturdan asılı olmayaraq, bütün oyunlarda tətbiq olunacaq.

    Xatırladaq ki, dünya çempionatı gələn yay 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.