Category: İdman

  • Azərbaycan alpinisti Antarktidanın ən yüksək zirvəsini fəth edib

    Azərbaycan alpinisti Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4 892 metr) fəth edib.

    Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Vinson dağı “Yeddi zirvə” layihəsinə daxildir. Bu layihəyə qatılan alpinistlər sıra ilə Cənubi Amerikada Akonkaqua (6961 metr), Şimali Amerikada Mak-Kinli (6190), Avstraliyada Kostyuşko (2228), Antarktidada Vinson (4892), Afrikada Kilimancaro (5895), Avropada isə Elbrus (5642) və Nepalda Everest (8848) zirvələrini fəth edirlər.

  • Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli oldu

    Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

    Buna 1/8 final mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

    Azərbaycan Kuboku

    1/4 final mərhələsinin cütləri:

    “Turan Tovuz” – “Kəpəz”

    “Zirə” – “Sumqayıt”

    “Şamaxı” – “Qarabağ”

    “Sabah” – “Qəbələ”

    Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.

  • Juninyo Braziliya çempionu oldu

    “Qarabağ”ın sabiq futbolçusu Juninyonun “Flamenqo” mövsümün başa çatmasına bir tur qalmış Braziliya çempionu olub.

    Rio de Janeyro təmsilçisi tarixində 8-ci titulunu qazanıb.

    Komanda 37-ci turda “Seara” üzərində 1:0 hesablı qələbə əldə edib. Qalibiyyət topunu 37-ci dəqiqədə Samuel Lino vurub. Bununla da “qırmızı-qaralar” “Palmeyras” üçün əlçatmaz olub.

  • “Neftçi idman klubu”nun əməkdaşı həbs edildi

    Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.

    Sumqayıt şəhər sakini olan və “Neftçi idman klubu” İctimai Birliyində çalışan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.

    Nəsimi Rayon Məhkəməsinə göndərilən şəxs törətdiyi əməli etiraf edib: “Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam”.

    Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub.

  • Azərbaycanda futbolçu hakimə ayaqla zərbə vurub – AĞIR CƏZA

    AFFA Region Liqasında çıxış edən “İmişli Bələdiyyəspor” komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Oyunçu “Ağsu Siti” ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

    Bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və “İmişli Bələdiyyəspor”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” – “Ayaks” oyununun biletləri satışa çıxarılıb

    UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb.

    Satışa bu gün saat 15:00-da start verilib.

    Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1 000 manatdır.

    Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

    Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

  • Azərbaycan Kuboku: Bu gün 1/8 finalın son üç oyunu keçiriləcək

    Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

    Son oyun günündə daha üç qarşılaşma baş tutacaq.

    Əvvəlcə “Qəbələ” doğma meydanda I Liqa təmsilçisi “Şəfa” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.

    Digər matçlarda isə “Kəpəz” “Araz-Naxçıvan”la, “Sumqayıt” isə “Difai” ilə qarşılaşacaq. Hər iki oyun saat 19:00-da başlanacaq.

    Qeyd edək ki, ötən gün keçirilən görüşlərin yekunlarına əsasən “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sabah”, eləcə də “Qarabağ” 1/4 finala adlayıblar.

    Bizon Azərbaycan Kuboku

    1/8 final mərhələsi

    4 dekabr

    15:00. “Qəbələ” – “Şəfa”

    Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

    Hakim-inspektor: Ceyhun Haşımov.

    AFFA nümayəndəsi: Nəriman Axundov.

    Qəbələ şəhər stadionu.

    19:00. “Araz-Naxçıvan” – “Kəpəz”

    Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

    VAR: Elçin Məsiyev.

    AVAR: Kamranbəy Rəhimov.

    Hakim-inspektor: Asim Xudiyev.

    AFFA nümayəndəsi: Yavər Rəhimov.

    “Liv Bona Dea Arena”.

    19:00. “Difai” – “Sumqayıt”

    Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

    Hakim-inspektor: Anar Salmanov.

    AFFA nümayəndəsi: Asif Əliyev.

    M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

  • “Qarabağ” 1/4 finala yüksəldi

    “Qarabağ” Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

    Ağdam təmsilçisi 1/8 finalda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib.

    “Köhlən atlar” 1/4 finalda “Şamaxı” ilə üz-üzə gələcək.

    Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Daha əvvəl “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah” isə “İmişli”ni (2:1) məğlub edib.

  • “Çelsi”nin sabiq futbolçusu vəfat edib

    İngiltərənin “Çelsi” klubunun keçmiş futbolçusu Marvin Hinton vəfat edib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
    O, 85 yaşında dünyasını dəyişib.
    Qeyd edək ki, Marvin Hinton 1963-1976-cı illərdə “Çelsi”nin şərəfini qoruyub.

  • Azərbaycan Kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli oldu

    Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

    “Şamaxı” doğma meydanda “Baku Sportinq”i qəbul edib. Görüşün taleyini bir qol həll edib. Abdullahi Şuaybu 69-cu dəqiqədə fərqlənib. 1/4 finala vəsiqə qazanan Şamaxı təmsilçisi bu raundda “Qarabağ” – “Karvan-Yevlax” cütünün qalibi ilə qarşılaşacaq.

    Hazırda davam edən “İmişli” – “Sabah” matçında isə əsas vaxt 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt oynanılacaq.

    Günün son matçında “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Oyun saat 19:00-da start götürəcək.

    Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.