Category: İdman

  • “Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırdı

    Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib.

    1/8 final matçında “Neftçi”ni qəbul edən “Zirə” 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

    Qolu 116-cı dəqiqədə Junior Martins vurub.

    Qəsəbə təmsilçisi növbəti raundda “Difai” – “Sumqayıt” duelinin güclüsü ilə qarşılaşacaq.

    Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” 1/4 finala yüksələn ilk komanda olub. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

  • Azərbaycan millisi turnirinin qalibi oldu

    Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.

    Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.

    Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.

    Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

  • Neymar və Vinisius millidən kənarda qala bilər

    Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün milli komandaya yalnız 100% hazır olan oyunçuları dəvət edəcəyini bildirib.

    Bu barədə ESPN məlumat yayıb.

    Ançelotti etiraf edib ki, Neymar və Vinisius Junior kimi oyunçular dəvət almaya bilərlər: “Mən 100% hazır olanları seçməliyəm. Bu, yalnız Neymara aid deyil. Buraya Vinisius da daxil ola bilər. Əgər Vinisius 90% hazır olsa, mən 100% hazır olan başqa bir oyunçunu çağıracağam, çünki bu komandanın ustaliq səviyyəsi, xüsusən də hücumda çox yüksəkdir”.

  • Bədii gimnastika üzrə XXX Bakı çempionatı yekunlaşıb

    Bədii gimnastika üzrə XXX Bakı çempionatı yekunlaşıb.

    Median.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, üç gün davam edən yarışda “Ocaq Sport”, “Grasiya İdman Klubu”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış ediblər.

    Yarışda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr (2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə – lent, halqa, top və gürzlərlə öz performanslarını göstəriblər.

    Çempionatın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi baş tutub.

    Final nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar ilk “üçlük”də qərarlaşıblar.

  • “Real Madrid” uzun müddətdir maraqlandığı müdafiəçinin transferi fikrindən daşınıb

    “Real Madrid” uzun müddətdir transfer siyahısına daxil etdiyi “Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konatenin oyun performansındakı gerilik səbəbindən onunla müqavilə imzalamaq niyyətindən imtina edib.

    Median.Az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu qərarları barədə “Liverpul” tərəfinə məlumat veriblər.

    Mənbənin məlumatına görə, “Real Madrid”in Konateden imtina etməsi səbəbi ilə futbolçu “Liverpul”da 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzada bilər.

    Qeyd edək ki, fransız müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda iştirak edib və bir qol vurub. Onun transfer dəyəri 55 milyon avro olaraq dəyərləndirilir.

  • UEFA “Qarabağ”ı cərimələdi

    UEFA “Qarabağ” futbol klubunu cəzalandırıb.

    Median.Az bu barədə Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir.

    Cəzaya səbən Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.

    Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

    Xatırladaq ki, görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib. Matçdan sonra “Çelsi” bu hərəkəti qınamış, “Qarabağ” isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu bildirmişdi.

  • Azərbaycan boksçusu Avropa çempionu olub

    Azərbaycan boksçusu Sübhan Mamedov U-23 Avropa çempionatının qalibi olub.

    Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Bildirilib ki, 50 kiloqram çəkidə mübarizə aparan idmançımız finalda Ukrayna təmsilçisi Maksim Rudiki məğlub edərək qızıl medala sahib çıxıb.

  • Maradonanın nəvəsi Messini babasından daha üstün hesab edir

    Əfsanəvi futbolçu Maradonanın nəvəsi Benyamin Messinin babasından daha üstün olduğunu deyib.

    Median.Az xəbər verir ki, Benyamin “Messi, yoxsa Maradona?” sualına birincinin adını çəkməklə cavab verib.

    O buna səbəb kimi Messini canlı olaraq izlədiyini lakin babasının oyununu izləmədiyini vurğulayıb.

    Qeyd edək ki, Benyamin “Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aqueronun oğludur. Lionel Messi isə Benyaminin xaç atasıdır.

  • Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəlib

    Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

    Median.Az
    xəbər verir ki, millinin 50 kq çəkidə mübarizə aparan lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.

    İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah keçiriləcək finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.

    Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar.

  • “Barselona”nın futbolçusunda rotavirus aşkarlanıb

    “Barselona”nın müdafiəçisi Ronald Arauxo xəstəlik səbəbindən İspaniya La Liqasının 14-cü turunda “Alaves”lə oyunu buraxacaq.

    Median.Az xəbər verir ki, oyun 29 noyabr şənbə günü keçiriləcək.

    “Onun rotavirus infeksiyası var. O, bu gün və sabah məşq edə və oynaya bilməyəcək. Hamımız depressiyadayıq”, – “Marca” katalonların baş məşqçisi Hans-Diter Flikin sözlərindən sitat gətirib.

    Qeyd edək ki, bu mövsüm 26 yaşlı uruqvaylı İspaniya La Liqasında 11 oyun keçirib və iki qol vurub.