Category: İdman

  • İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək

    İran nümayəndə heyəti 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirakdan ABŞ-nin İrandan olan idmançılara qarşı tətbiq etdiyi viza məhdudiyyətlərinə görə rədd cavabı verib.

    Median.Az-ın “TASS”a istinadən xəbərinə görə, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi məlumat verib.

    “ABŞ tərəfinin idmana zidd hesab edilən davranışı ilə əlaqədar, İran nümayəndə heyəti dekabrın 5-də keçiriləcək püşkatmada iştirak etməməyi qərara alıb”, – deyə o bildirib.

    Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq. Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.

  • Azərbaycan UEFA əmsallar cədvəlində bir pillə geriləyib

    Azərbaycan UEFA əmsallar cədvəlində bir pillə geriləyib.

    Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyanın “Napoli” klubuna məğlubiyyətindən sonra (0:2) baş verib.

    Azərbaycan 22.250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 22.350 əmsalı var. Sloveniya isə 22.218 əmsalla 27-cidir.

    Qeyd edək ki, UEFA əmsallar cədvəlində İngiltərə (101.783) ilk sıradadır. İkinci yerdə İtaliya (90.517), üçüncü yerdə isə İspaniya (84.023) qərarlaşıblar.

  • Misli Premyer Liqası: XIII tura start verilir

    Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.

    İlk oyun günündə iki matç keçiriləcək.

    Açılış qarşılaşmasında “Kəpəz” “Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

    Gəncə təmsilçisi 6 xalla 10-cu, “Zirə” isə 23 xalla ikinci pillədə qərarlaşıb.

    Günün ikinci oyununda “Turan Tovuz” klubu öz meydanında “Neftçi” komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:30-da başlayacaq.

    Tovuz təmsilçisi 23 xalla üçüncü, “Neftçi” komandası isə 15 xalla səkkizinci sıradadır.

    Misli Premyer Liqası

    XIII tur

    28 noyabr

    14:00.”Kəpəz” – “Zirə”

    Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov

    VAR: Rəvan Həmzəzadə

    AVAR: Cəmil Quliyev

    Hakim-inspektor: Şahin Cəfərov

    AFFA nümayəndəsi: Eldəniz Musayev

    Yevlax şəhər stadionu

    18:30.”Turan Tovuz” – “Neftçi”

    Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli

    VAR: Nicat İsmayıllı

    AVAR: Rahil Ramazanov

    Hakim-inspektor: Babək Quliyev

    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

    Tovuz şəhər stadionu

  • “Barselona”nın futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq

    İspaniyanın “Barselona” klubunun futbolçusu Fermin Lopes iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

    Median.Az “Marca”ya istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

    İspaniyalı oyunçu bu gün məşqdə sağ ayağından zədə alıb.

    Əvəzində Kataloniya təmsilçisinin digər yarımmüdafiəçisi Pedri artıq məşqlərə başlayıb.

  • Hakimləri təhqir edən futbolçular, məşqçilər və bir klub rəsmisi cəzalandırılıb

    AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyev 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.

    Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.

  • Mbappe Çempionlar Liqasında rekorda imza atıb

    “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində digər oyunçulardan daha çox səfər oyunlarında het-trik edib.

    Fransalı hücumçu Çempionlar Liqasının 5-ci turunda “Olimpiakos” üzərində 4:3 hesablı qələbə qazanılan oyunda dörd qol vurub.

    Mbappe hazırkı turnirdə doqquz qol vuraraq özünün Çempionlar Liqasındakı qol rekordunu yeniləyib. Onun Çempionlar Liqasındakı əvvəlki ən yüksək qol sayı səkkiz olub: bu, 2020/21 mövsümündə və PSJ-də oynadığı 2023/24 mövsümündə baş verib.

    “Real Madrid” hazırda Çempionlar Liqasının turnir cədvəlində 12 xalla beşinci yerdədir. Komanda növbəti turda “Mançester Siti” ilə qarşılaşacaq.

  • Avropa çempionatı: Azərbaycanın daha iki boksçusu yarımfinala yüksəlib

    Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

    Döyüşlərin yekununa əsasən, Azərbaycan millisinin daha iki idmançısı yarımfinala yüksəlib.

    Sübhan Mamedov (50 kiloqram) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.

    Səbuhi Əlizadə (+90 kiloqram) də 1/4 final döyüşünü öz xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.

    Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançılarımızın sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) bu hüquqa yiyələnib.

    Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də olacaq.

  • UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

    UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

    Bu ada “Real Madrid”dən Kilian Mbappe, “Borussiya Dortmund”dan Seru Qirassi, PSJ-dən Vitinya və “Marsel”dən Pyer-Emerik Obameyanq namizəd olub.

    Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğuda müəyyənləşəcək.

  • UEFA Çempionlar Liqası: “Qarabağ” bir nominasiya üzrə ilk üçlükdə yer alıb

    “Qarabağ”ın futbolçuları UEFA Çempionlar Liqasının ilk beş turunda ümumilikdə 227 dəfə topu rəqibdən almağı bacarıblar.

    Təmsilçimiz topu rəqibdən alma göstəricisinə görə üçüncü yerdə qərarlaşıb.

    Bu nominasiyada 257 dəfə topu rəqibdən almağı bacaran “Atletik Bilbao” komandası birinci, 246 dəfə topu rəqibdən almağı bacaran Belçikanın “Royal Yunion” klubu isə ikincidir.

    Qeyd edək ki, “Qarabağ” hazırda 7 xalla turnir cədvəlinin 19-cu pilləsində yerləşir.

  • Azərbaycanın həndbol millisi beynəlxalq turnirdəki ilk oyununda uduzub

    Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən “IHF Trophy” beynəlxalq turnirində ilk oyununu keçirib.

    Yığma Böyük Britaniya ilə üz-üzə gəlib.

    Qarşılaşma rəqibin 32:27 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, U-17 noyabrın 30-dək təşkil olunacaq yarışda Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.