Category: İdman

  • Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

    Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol qarşılaşmalarına ev sahibliyi edəcək.

    Median.Az xəbər verir ki, qarşıdakı iki gün ərzində İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Fransa Liqa 1, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Türkiyə Superliqasında aşağıdakı oyunlar keçiriləcək:

    22 noyabr

    İngiltərə Premyer Liqası

    Saat 16:30, “Börnli” – “Çelsi”;

    Saat 21:30, “Nyukasl Yunayted” – “Mançester Siti”.

    İspaniya La Liqası

    Saat 19:15, “Barselona” – “Atletik Bilbao”.

    Fransa Liqa 1

    Saat 20:00, “Lens” – “Strasburq”.

    İtaliya A seriyası

    Saat 21:00, “Fiorentina” – “Yuventus”;

    Saat 23:45, “Napoli” – “Atalanta”.

    Almaniya Bundesliqası

    Saat 18:30, “Bavariya” – “Frayburq”;

    Saat 18:30, “Borussiya Dortmund” – “Ştutqart”.

    Türkiyə Superliqası

    Saat 21:00, “Qalatasaray” – “Gənclərbirliyi”.

    23 noyabr

    İngiltərə Premyer Liqası

    Saat 20:30, “Arsenal” – “Tottenhem”.

    İspaniya La Liqası

    Saat 21:30, “Xetafe” – “Atletiko Madrid”.

    Fransa Liqa 1

    Saat 00:05, PSJ – “Havr”.

    İtaliya A seriyası

    Saat 18:00, “Kremoneze” – “Roma”;

    Saat 23:45, “İnter” – “Milan”.

    Almaniya Bundesliqası

    Saat 18:30, “Leypziq” – “Verder Bremen”.

    Türkiyə Superliqası

    Saat 18:00, “Beşiktaş” – “Samsunspor”;

    Saat 21:00, “Rizespor” – “Fənərbağça”.

  • “Qarabağ”ın təxirə salınan oyununun başlama saatı açıqlandı

    Misli Premyer Liqasında I turdan təxirə salınan “Sabah” – “Qarabağ” matçının başlama saatı məlum olub.

    Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

    Qarşılaşma dekabrın 18-də, saat 19:30-da start götürəcək.

  • İslamiadada daha 4 medal

    Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 4 medal qazanıblar.

    Qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kiloqram) gümüş, Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşçi İslam Bazarqanov (57 kiloqram) finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

    Qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadada üçüncü yeri tutub.

    Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.

  • Hakimi söydü, 4 oyunluq cəzalandı

    AFFA İntizam Komitəsinin iclası keçirilib.

    2-ci liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

    “Quba” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” 70 manat cərimə edilib.

    “Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.

    “Sheki City” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.

    “Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 90 nömrəli futbolçusu Əli Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.

    “Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.

    “Qaradağ Lökbatan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 22 nömrəli futbolçusu Asim Quliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.

  • Türk futbolunda MƏRC QALMAQALI: 638 futbolçu cəza aldı

    Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) Türk futbolunu sarsıdan önəmli bir qərarı ictimaiyyətə açıqlayıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, üçüncü liqada çıxış edən və eyni zamanda, hər hansı bir kluba bağlı olmayan futbolçuların mərc qalmaqalına qatılmaları səbəbindən aldıqları cəzalar açıqlanıb.

    PFDK tərəfindən edilən rəsmi açıqlamada, mərc qaydalarını pozmuş toplam 638 futbolçunun 45 gün ilə 12 ay arasında dəyişən müddətlərlə futboldan diskvalifikasiya edildiyi bildirilib.

  • İslamiadanın qalibi olan Azərbaycan güləşçisi: “Finalda qələbə qazanamaq çox sevindiricidir”

    Finalda qalib gəlmək çox sevindiricidir.

    Report xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın güləşçisi Jalə Əliyeva

    jurnalistlərə açıqlamasında deyib.
    57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa ciddi hazırlaşdığını bildirib:

    “Finalda qalib gəlmək çox sevindiricidir. Yarışa çox ciddi hazırlaşmışdım. Mənə dəstək olan azarkeşlərə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Çempionluğumda əməyi olan məşqçilərimə də minnətdarlığımı çatdırıram. Bu il 2 dəfə ağır zədə almışıdm. Ona görə tam istədiyim kimi çıxış edə bilmirdim. Bununla belə, sonda qalib gələn tərəf oldum. Final görüşüm çox çətin keçdi”.
    Qeyd edək ki, Jalə Əliyeva həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.

  • “Barselona” Çempionlar Liqasının “Ayntraxt”la matçını “Kamp Nou”da keçirəcək

    “Barselona”nın Mətbuat Xidməti UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı tur matçının Frankfurt “Ayntraxt”ı ilə ispan komandanın ev meydanı olan “Kamp Nou”da keçiriləcəyini açıqlayıb.

    Qarşılaşma dekabrın 9-da planlaşdırılıb.

    “Barselona” futbol klubu Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı tur matçının Frankfurtun “Ayntraxt”ı ilə dekabrın 9-da, çərşənbə axşamı “Kamp Nou” stadionunda keçiriləcəyini bildirir. Klub öz stadionunda yarışlara qayıtmaq və yenidən qurulmuş arenanın kompleks transformasiya layihəsinin inkişafını davam etdirmək imkanından məmnundur”, – deyə “Barselona”nın Mətbuat Xidmətinin açıqlamasında bildirilib.

    Xatırladaq ki, iyun ayının sonunda kataloniyalılar doğma stadiona 2025-ci il avqustun 10-da qayıdacaqlarını rəsmi olaraq elan etmişdilər. “Kamp Nou” 2023-cü ilin yayında təmir üçün bağlanmışdı. Lakin bu mövsümün əvvəlində Kataloniya klubu idman arenasının istismarı üçün lisenziya ala bilmədiyinə görə ev oyunlarını “Olimpik Luis Kompanis” stadionunda keçirib.

  • DÇ-2026-da iştirak edəcək 48 millidən 42-si artıq məlumdur

    2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 48 komandadan 42-si artıq məlumdur.

    Ötən gecə İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Panama, Kürasao və Haiti mundialın final mərhələsinə vəsiqə qazanıblar.

    Finala vəsiqə qazanan 42 komanda aşağıdakılardır:

    ABŞ, Kanada, Meksika, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d’İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderland, İsveçrə, İspaniya, Şotlandiya, Avstriya, Belçika, Panama, Kürasao və Haiti.

    Qeyd edək ki, turnir 2026-cı il iyunun 11-də başlayacaq və iyulun 19-na qədər davam edəcək.

  • Dünyada ən çox ziyarət edilən futbol klubu saytları

    Realmadrid.com ardıcıl doqquzuncu ildir ki, dünyada ən çox ziyarət edilən futbol klubu saytı olaraq qalır.

    Bu barədə “SimilarWeb” məlumat yayıb.

    Məlumata görə, saytı hər ay orta hesabla 8,2 milyon nəfər ziyarət edir. Kral klubunun saytı cari mövsümü rekord rəqəmlə – 79 milyon unikal istifadəçi ilə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 16% artım deməkdir.

    İspan, ingilis, fransız, alman, portuqal, yapon, çin və ərəb dillərində versiyalara malik sayta daxil olan bütün trafikin 47%-i 18-34 yaş qrupundan olan şəxslərin hesabına formalaşır.

    Orta aylıq ziyarətçi sayına görə, ilk beşliyə həmçinin “Liverpul” (7,4 milyon), “Barselona” (6,1 milyon), “Mançester Yunayted” (6 milyon) və “Arsenal”ın (5,3 milyon) saytları daxildir.

  • Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 36 nəfər saxlanıldı

    Türkiyədə jandarmeriya doqquz vilayətdə qanunsuz mərc oyunlarından əldə edilən gəlirlərin yuyulmasına (leqallaşadırılması) qarşı əməliyyat keçirib.

    Median.Az bu barədə “TRT Haber” telekanalına istinadən xəbər verir.

    Əməliyyat zamanı dördü peşəkar hakim olmaqla 36 nəfər saxlanılıb. Məlum olub ki, qanunsuz mərc oyunlarından əldə edilən gəlirlərin izini itirmək üçün kriptovalyutalara aid soyuq pul kisələrindən istifadə edilib.

    Saxlanılan bəzi şəxslərin 4 hakimin idarə etdiyi oyunlardan əvvəl və sonra onların hesabına külli miqdarda vəsait köçürdükləri üzə çıxıb.

    Təhqiqat çərçivəsində şirkətlərə və şəxslərə məxsus xeyli sayda aktiv müsadirə edilib. Ələ keçirilən aktivlər arasında 1 milyon 441 min avro, 630 min dollar, 5 kq qızıl, 200 kq gümüş və soyuq pul kisələrində saxlanılan kriptovalyutalar var.