Category: İdman

  • VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan yığması 29 medal qazanıb

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 58 ölkənin iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması yeddinci pillədə qərarlaşıb.

    Yığmamız indiyə kimi 29 medal (4 qızıl, 9 gümüş, 16 bürünc) qazanıb.

    VI İslam Həmrəyliyi Oyunlarında birinci yeri 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) Türkiyə yığması tutur. İkinci yerdə 27 medalla Misir (10 qızıl, 6 gümüş, 11 bürünc), üçüncü yerdə isə Özbəkistan (9 qızıl, 16 gümüş, 9 bürünc) milliləri qərarlaşıblar.

    Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

  • Ulduz futbolçunun vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi

    Braziliyanın “San-Paulu” klubunun 34 yaşlı ulduzu Oskar stres testi zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.

    Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

    Qeyd olunur ki, karyerasını Braziliyada davam etdirən Oskarın ürək ritmində klubda keçirilən test zamanı qəfil dəyişiklik qeydə alınıb. Futbolçuya tibbi heyət tərəfindən ilkin yardım göstərildikdən sonra xəstəxanaya köçürülüb.

    Klub yaydığı açıqlamada Oskarda ürək ritminin nizamsız olduğu və xəstəxanada müşahidə altında qaldığını bildirib.

    Xatırladaq ki, 2012-2017-ci illərdə “Çelsi”nin heyətində çıxış edən Oskar 2017-ci ildən 2025-ci ilə qədər Çin Superliqasında oynayıb.

  • “Spartak”ın baş məşqçisi istefa verdi

    Deyan Stankoviç “Spartak”ın baş məşqçisi vəzifəsindən ayrılıb.

    Bu barədə Moskva futbol klubunun mətbuat xidməti məlumat yayıb.

    Məlumatda deyilir: “Spartak hazırda Rusiya Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir ki, bu da klub rəhbərliyini qane etmir. Stankoviçlə müzakirələrdən sonra qarşılıqlı razılıq əsasında tərəfdaşlığa xitam vermək qərarı verilib”.

    Qarşıdakı oyunlarda komandanı Stankoviçin heyətində olan Vadim Romanov hazırlaşdıracaq.

  • “Fənərbağça” UEFA-ya şikayət etdi

    “Fənərbağça” Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Viktoriya” ilə (0:0) oyununun hakimi Allard Lindhoutla ilə bağlı UEFA-ya rəsmi şikayət edib.

    Bu barədə türk KİV-ləri məlumat yayıb.

    Müraciətdə hakimin oyun boyunca idarəçilik tərzinin və onun səhv qərarlarının matçın nəticəsinə birbaşa təsir etdiyi bildirilib.

    UEFA-dan bunu nəzərə alaraq, hadisələri lazımi ciddiyyətlə və təcili şəkildə araşdırması xahiş edilib.

  • Azərbaycan iki karateçisi İslamiadada bürünc medal qazanıb

    Azərbaycanın daha bir karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Roman Heydərov kata növündə üçüncü olub.

    Qeyd edək ki, daha öncə Mədinə Sadıqova İslamiadada üçüncü olub.

    * * * * *

    Azərbaycan karateçisi Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

    Median.Az report-a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində Mədinə Sadıqova üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibi Laiba Zianı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

  • “Çelsi” qışda fransalı futbolçunu komandadan göndərəcək

    İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Aksel Disasi klubdan ayrılacaq.

    “Report” “Foot Mercato”ya istinadən xəbər verir ki, cari mövsüm “zadəganlar”ın heyətində heç bir matça çıxmayan fransalı müdafiəçi qışda klubdan göndəriləcək.

    O, son olaraq London kollektivinin gənclərdən ibarət komandasında forma geyinib. Disasinin müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

    Qeyd edək ki, Aksel Disasi “Çelsi”yə 2023-cü ildə transfer olunub.

  • “Atletiko” yeni investorun nəzarətinə keçib

    “Atletiko” futbol klubu “Apollo Sports Capital” (ASC) investisiya şirkətinin səhmlərinin nəzarət paketinin satışını elan edib.

    Razılaşma çərçivəsində Migel Anxel Xil və Enrike Sereso kluba müvafiq olaraq baş direktor prezident kimi rəhbərlik etməyə davam edəcək və səhmdar olaraq qalacaqlar. Onların rəhbərliyi altında son iyirmi ildə “Atletiko” özünü Avropanın ən uğurlu və tanınmış futbol klublarından biri kimi tanıdıb.

    Səhmdarlar klubun uzunmüddətli planlarını dəstəkləmək üçün kapital təmin etməyi, o cümlədən “Atletiko”nun komandalarına və böyük infrastruktur layihələrinə daha çox investisiya qoymağı planlaşdırırlar.

    “Kluba sadiq olan yeni tərəfdaşımızı salamlamaqdan məmnunuq. “Apollo Sports Capital” “Atletiko” və azarkeşlərinin tarixinə, ənənəsinə, şəxsiyyətinə hörmət edən, eyni zamanda böyüməmizi və rəqabət qabiliyyətimizi qorumaq üçün əlavə qaynaqlar və həvəs gətirən etibarlı müttəfiqimizdir”, – klubun rəsmi saytı Xilin sözlərini sitat gətirib.

    “Atletiko” İspaniya çempionatında 12 turdan sonra 25 xalla turnir cədvəlində dördüncü yeri tutur. Komanda Çempionlar Liqasında 6 xal toplayıb.

  • Zidan geri qayıdır

    Dünya futbolunun əfsanəsi Zinəddin Zidan yenidən məşqçiliyə qayıtmağı planlaşdırır.

    Bu haqda insayder Fabrizio Romano “X”də yazıb.

    Belə ki, fransalı məşqçi futbola qayıtmasının çox tezliklə olacağını açıqlayıb.

    Qeyd edək ki, Z. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib.

  • Mahir Emreli zədələndi – 3 ay oynamayacaq

    Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Kayzerslautern” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ciddi zədə alıb.

    Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

    Bildirilib ki, futbolçu “Herta” ilə görüşdə xəsarət alıb və ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

    Qarşılaşmada Mahir 63-cü dəqiqədə – hesab açıldıqdan sonra oyuna daxil olub. Bu, onun avqustun sonunda baş tutan üçüncü turdan sonra “Kayzerslautern”də ilk rəsmi çıxışı idi. Lakin Emreli 77-ci dəqiqədə zədələnərək, cəmi bir dəqiqə sonra – 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.

  • Azərbaycan-İslandiya oyununa hakim təyinatları AÇIQLANDI

    Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

    Matç Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib.

    Oyunun baş hakimi FIFA referisi Nikola Dabanoviç olacaq. Ona Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək.

    VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaqlar.

    Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan – İslandiya oyunu 8-ci km stadionunda keçiriləcək.