Category: İdman

  • Maştağada dönərxana yandı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 140 kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 kv.m. olan dönərxana, sahəsi 15 kv.m. olan ət mağazası, sahəsi 25 kv.m. olan parfumeriya mağazasının yanar konstruksiyaları 10 kv.m. və sahəsi 80 kv.m. olan fotostudiyanın yanar konstruksiyaları 5 kv.m. sahədə yanıb, lambirdən ibarət tavanı 75 kv.m. sahədə əriyib.

    Obyektlərin qalan hissəsi yanğından mühafizə edilib.

  • Bu gün daha iki qarşılaşma baş tutacaq

    Misli Premyer Liqasının XI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

    “Zəfər turu”nun ikinci oyun günündə əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı qəbul edəcək.

    Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:44-də start götürəcək. Naxçıvan təmsilçisi 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 11-ci yerdə olan “Karvan-Yevlax”ın isə 5 xalı var.

    Günün son matçı “Zirə” və “Turan Tovuz” arasında baş tutacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda saat 18:44-də başlayacaq. “Zirə” 19 xalla turnir cədvəlində dördüncüdür. Lider mövqeyində olan Tovuz təmsilçisinin isə 21 xalı var.

    Misli Premyer Liqası

    1-ci dövrə, XI tur

    8 noyabr (şənbə)

    15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”

    Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.

    VAR: Əli Əliyev.

    AVAR: Şirmamed Mamedov.

    Hakim-inspektor: Ceyhun Haşımov.

    AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    18:44. “Zirə” – “Turan Tovuz”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Zöhrab Abbasov.

    Hakim-inspektor: Rəhim Həsənov.

    AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” “Qəbələ”ni (2:0) üstələyib.

  • “Finalissima”nın vaxtı dəyişdirildi – Hər şey “İspaniya”dan asılıdır

    Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) “Finalissima”nın – Avropa Çempionatı (İspaniya) və Amerika Kuboku (Argentina) qalibləri arasında tək oyunlu turnirin keçirilmə vaxtını dəyişdirib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin olaraq 2026-cı il martın 28-də keçirilməsi planlaşdırılan oyunun vaxtı martın 27-nə dəyişdirilib.

    Bildirilib ki, bu qərar tədbirin nüfuzunu artırmaq, matçın ətrafındakı hər şeyin – komandaların gəlişindən mətbuat konfranslarına qədər böyük final atmosferi daşımasını təmin etmək məqsədi daşıyır.

    Lakin qeyd olunub ki, hər şey İspaniyanın 2026-cı il dünya çempionatına birbaşa vəsiqə qazanmasından asılı olacaq. Əgər ispanlar birbaşa vəsiqə qazana bilməyib, mart ayında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində iştirak edərsə, “Finalissima” baş tutmayacaq.

    Qeyd edək ki, matçın Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılır. Oyunun daha öncə 2025-ci ilin martında oynanılması gözlənilsə də, sonradan 2026-cı ilə təxirə salınmışdı.

  • VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində, Əl-Cənadriyah mərkəzində VI İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki , Bakı vaxtı ilə saat 21:00-da start götürən tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Həmin ölkələr arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycanın da adı yer alıb.

    Maraqlı rəqs və işıq şoularından sonra idmançıların rəsmi paradı baş tutub. Azərbaycan nümayəndə heyəti paradın birincisi olaraq səhnədən keçib. Üçrəngli bayrağımızı voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.

    Daha sonra təşkilatçı ölkə Səudiyyə Ərəbistanının və yarışın bayraqları səhnəyə gətirilərək ucaldılıb və VI İslam Həmrəyliyi Oyunları rəsmi olaraq açıq elan edilib.

    Qeyd edək ki, Azərbaycanı yarışlarda 20 idman növü üzrə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkədən idmançılar 23 növdə medallar uğrunda mübarizə aparacaqlar.

    Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

  • Ruben Amorim ən yaxşı seçildi

    Futbol üzrə İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi açıqlanıb.

    Bu barədə Premyer Liqanın rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

    Bildirilib ki, İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim bu mükafata layiq görülüb.

    Qeyd edək ki, onun komandası oktyabr ayında “Sanderlend”i (2:0), “Liverpul”u (2:1) və “Brayton”u (4:2) məğlub edib.

  • XI turun açılış oyununda “Şamaxı” qələbə qazandı

    Misli Premyer Liqasında XI tura start verilib.

    “Zəfər turu”nun açılış oyununda “Şamaxı” “İmişli”ni qəbul edib.

    Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

    Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Şamaxı” 8-ci pilləyə yüksəlib. Qonaqlar 12 xalla 9-cudur.

    Günün ikinci görüşündə “Qəbələ” evdə “Sumqayıt”la üz-üzə gələcək.

    Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

  • Türkiyədə mərc oyunlarına görə 17 hakim və 1 klub prezidenti saxlanılıb

    Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində “Kasımpaşa” futbol klubunun keçmiş sahibi Turgay Cinerlə keçmiş prezident Mehmet Fatih Saraç da saxlanılıb.

    Bu barədə NTV məlumat yayıb.
    “Eyüpspor”un prezidenti Murat Özkayanın da saxlanıldığı bildirilir.

  • “Qarabağ”ın rəqibi baş məşqçisini qovdu

    Niderland millisinin keçmiş müdafiəçisi Con Heytinqa “Ayaks”ın baş məşqçisi vəzifəsindən azad edilib.

    “Unikal” xəbər verir ki, onun 2027-ci ilin yayına qədər olan müqaviləsi klubun təşəbbüsü ilə ləğv edilib.

    “Bu, ağrılı bir qərardır. Lakin son bir neçə aya nəzər salsaq, etiraf etməliyik ki, işlər gözlədiyimiz kimi getməyib. Çox az irəliləyiş gördük və haqsız yerə xal itiririk. Bilirik ki, yeni məşqçinin dəyişikliklərə məruz qalan heyətə öyrəşməsi üçün vaxta ehtiyacı ola bilər.

    Cona vaxt verdik, amma inanırıq ki, klub üçün baş məşqçi vəzifəsinə başqa birini təyin etmək ən yaxşısıdır. Yeni baş məşqçini ən qısa zamanda təqdim etməyə ümid edirik. Cona göstərdiyi səylərə görə təşəkkür edirik və ona uğurlar arzulayırıq”, – “Ayaks”ın texniki direktoru Aleks Kruz klubun mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.

    Con Heytinqa “Ayaks”ı 2025-ci ilin iyul ayında idarə etməyə başlayıb. Bu, keçmiş futbolçunun böyük komandaya rəhbərlikdə ilk təcrübəsi idi. O, əvvəllər Amsterdam klubunun yeniyetmə və gənclər komandalarında məşqçilik edib, 2024-cü ilin iyulundan 2025-ci ilin mayına qədər isə Liverpulun baş məşqçisi Arne Slotun köməkçi məşqçisi olub.

    “Ayaks” Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider “Feyenoord”dan səkkiz xal geri qalır.

    “Ayaks” UEFA Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun dekabrın 10-da Bakıda keçiriləcək.

  • UEFA Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi

    “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu seçilib.

    Bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb.

    Foden “Mançester Siti”nin ÇL-nin ümumi mərhələsinin 4-cü turu çərçivəsində evdə “Borussiya Dortmund”u 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubla imza atıb.

    İngilis futbolçu səsvermədə Mikel Merino (“Arsenal”), Karluş Borjes (“Brügge”) və Viktor Osimheni (“Qalatasaray”) qabaqlayıb.

  • “Adidas” DÇ-2026 iştirakçılarının yeni formasını təqdim etdi

    Almaniyanın “Adidas” şirkəti 2026 və 2027-ci illər üçün 22 milli komandanın yeni ev formalarını təqdim edib.

    Yeni formalar arasında 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında çıxış edəcək yığmaların geyimləri də yer alıb.
    Brendin təqdim etdiyi formalar İtaliya, Argentina, İspaniya, Almaniya, Yaponiya, Belçika, Peru, Səudiyyə Ərəbistanı, Əlcəzair, İsveç, Qətər, Şotlandiya, Venesuela, Macarıstan, Şimali İrlandiya, Kosta-Rika, BƏƏ, Kolumbiya, Meksika, Çili, Ukrayna və Uels yığmalarına məxsusdur.

    //azxeber.com