Category: İdman

  • “Avropa klublarından maraq ola bilər” – Elvin Cəfərquliyev

    “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.

    O, jurnalistlərə açıqlamasında Bakıda qeydə alınan 2:2 hesablı heç-heçənin qələbəyə bərabər olduğunu deyib:

    “Bütün Azərbaycan xalqını təbrik edirəm. “Çelsi” ilə heç-heçə qələbəyə bərabərdir. Həqiqətən də komandamız çox inkişaf edib, böyüyüb. “Qarabağ” elə bir səviyyədədir ki, bu gün “Çelsi” üzərində qələbədən də danışırıq. Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Bilirdik ki, rəqib yüksək pressinqdə oynayır və bu, bizə çətinliklər yaradırdı. Amma buna baxmayaraq, hər şeyin öhdəsindən gəldik”.

    Elvin Cəfərquliyev öz çıxışı barədə sualı da cavablandırıb: “Özümə güvənirdim, həmişəki kimi çox inamlı idim. Mənim üçün rəqibin kim olması fərq etmir. Əsas odur ki, çıxıb öz oyunumu göstərim. Düşünürəm, bu gün də bunu bacardım. Bu səviyyədə futbolçulara qarşı artıq bir neçə dəfə oynamışam”.

    E.Cəfərquliyev Avropa klublarından mümkün transfer təklifi ilə bağlı isə bunları deyib: “Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər, amma maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam”.

  • “Qarabağ”ın oyunçuları “Çelsi” ilə oyuna görə mükafat alacaqlar – MƏBLƏĞ

    “Qarabağ”ın rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

    Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-heçə qələbəyə bərabər tutulub. Futbolçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması “Qarabağ”ın rəhbərliyini razı salıb.

    Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri “Çelsi” ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

    Qeyd edək ki, cari mövsümdə UEFA Çempionlar Liqasında iki qələbə qazanan Ağdam təmsilçisi “Benfika” zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. “Kopenhagen” qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

  • Kadi Borgeslə bağlı BƏD XƏBƏR: Yaşıl meydanlara gələn il qayıdacaq

    “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Kadi Borges 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Kadi Borgesin futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

    Qeyd edək ki, Kadi Borges dünən keçirilən “Qarabağ” – “Çelsi” (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

  • “Neftçi” klubu 2500 manat cərimələndi

    AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib.

    Buna Misli Premyer Liqasının X turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

    “Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb.

    Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

    “Turan Tovuz” “Şamaxı” ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, “Sumqayıt” isə “Araz-Naxçıvan”la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.

  • “Qarabağ”dan cavab qolu

    UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) hesab bərabərləşib.

    Median.Az xəbər verir ki, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər – 1:1.

    29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

  • “Qarabağ”ın U-19 komandasının məşqçisi: “Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir”

    “Qarabağ” klubunun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Rəşad Sadiqov “Çelsi”yə 5:0 hesabı ilə məğlub olduqları oyundan sonra futbolçu çatışmazlığı və qarşıya çıxan problemlərlə bağlı danışıb.

    Bu barədə baş məşqçi oyundan sonra mətbuat konfrasında məlumat verib.

    Qarabağın U-19 komandasının məşqçisi: Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir

    Mütəxəssis futbolçu yetişdirməyin çətinliklərinə toxunaraq bildirib: “Bir yaş qrupunda ortalama 20-24 futbolçu olur. Lakin onların seçimi yalnız fiziki göstəricilərlə məhdudlaşmır. Məsələn, “Benfika” klubunun müxtəlif yaş qruplarında – U-19, U-23, əsas komanda və B komandasında eyni vaxtda çıxış edən oyunçular olur. Bu da seçim imkanlarını çox genişləndirir. Bizdə isə bu resurs yoxdur və bu da işimizi xeyli çətinləşdirir”.

    Sadiqov qeyd edib ki, Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir: “Əsas problem ondan ibarətdir ki, yaş artdıqca futbolçular sistemdən itirlər. Bunun başlıca səbəblərindən biri hərbi xidmətlə bağlıdır. Ali məktəbə qəbul ola bilməyənlər məcbur əsgərliyə gedir və bir il yarım fasilədən sonra həmin futbolçudan əvvəlki fiziki forması ilə oyun gözləmək çətindir”.

    Məşqçi eyni zamanda təhsil amilinin də prosesə ciddi təsir etdiyini vurğulayıb: “Bir çox gənc ya səhər, ya da günorta dərsdə olur və məşqləri buraxır. Elələri var ki, həftədə 3-4 məşqə belə qatıla bilmir. Biz də onları digər yaş qrupuna göndərməyə məcbur qalırıq, bu isə kollektivin komplektləşməsində çətinlik yaradır. Komandanın içində uyğunlaşma pozulur”.

    Sonda R.Sadiqov Azərbaycan futbolunda gənc istedadların inkişafının nə qədər çətin və məsuliyyətli proses olduğunu bu cür ifadə edib: “Təhsil, hərbi xidmət, məhdud imkanlar – bütün bunlar futbolçu yetişdirməyi olduqca ağırlaşdırır”.
    //oxu.az

  • Fatih Terimə Avropadan təklif gəlib

    Təcrübəli baş məşqçi Fatih Terim yenidən Avropada işləyə bilər.

    Median.Az TGRT-yə istinadən xəbər verir ki, 72 yaşlı təcrübəli mütəxəssis Çexiya millisinin yeni baş məşqçisi ola bilər.

    İddiaya görə, o burada İvan Haşeki əvəz edə bilər.

    Qeyd edək ki, Avropada “Fiorentina”, “Milan”, “Panatinaikos” kimi klubların baş məşqçisi olmuş F.Terim son olaraq Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubunda çalışıb.

  • Azərbaycanlı kikboksçu 24 ay müddətinə diskvalifikasiya olundu

    Azərbaycanlı kikboksçu Ayxan Əzizov 24 ay müddətinə diskvalifikasiya edilib.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

    Bildirilib ki, buna səbəb 17 yaşlı idmançının antidopinq qaydalarının pozması olub. Onun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkarlanıb.

  • “Barselona”nın baş məşqçisi klubdan ayrılmaq niyyətindədir

    “Barselona”nın baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda öz vəzifəsini tərk etməyi planlaşdırır.

    Bu barədə ABS məlumat yayıb.

    Bildirilib ki, alman məşqçi yorğunluq və klubdakı daxili vəziyyətdən narazılığı səbəbindən qəbul etdiyi qərar barədə məşqçilər heyətinin üzvlərinə məlumat verib.

    Xatırladaq ki, Flik “Barselona”ya 2025-ci ildən başçılıq edir. O bu postda Xavi Ernandesi əvəz edib. Məşqçinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

    Onun rəhbərliyi altında komanda indiyədək 74 oyun keçirib: 54 qələbə, 8 heç-heçə və 12 məğlubiyyət.

    Qeyd edək ki, Flikin başçılığı altında “Barselona” İspaniya La Liqasında 25 xal toplayaraq ikinci yeri tutur. Çempionlar Liqasında isə üç oyuna altı xal toplayan komanda 12-ci pillədə qərarlaşıb.

  • “Borussiya” futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür

    Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla yeni müqavilə imzalamağı planlaşdırır.

    Bu barədə “Sky Germany” məlumat yayıb.

    Onun klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.

    Dortmundluların baş məşqçi Niko Kovaç da almaniyalı oyunçunun komandada qalmasının tərəfdarıdır.

    Qeyd edək ki, Yulian Brandt cari mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.