Category: İdman

  • “Qarabağ” “Çelsi”nin qarşısını necə alacaq? – Qurban Qurbanovdan açıqlama

    “Biz bu günə qədər əldə etdiyimiz uğurları mövcud oyun sistemimizə görə qazanmışıq”.

    Bunu “Qarabağ” – “Çelsi” oyunundan əvvəl mətbuat konfransında Oxu.Az-ın jurnalistinin “Çelsi”yə qarşı müdafiəyəmeyilli oyun görə bilərik?” sualına cavabında “Qarabağ”in baş məşqçisi Qurban Qurbanov deyib.

    O bildirib ki, müdafiəyəmeyilli oyunla hansısa matçda uğur qazanmaq olar, lakin məncə bu sistemlə uzunmüddətli uğur qazanmaq mümkün deyil:

    “Mən müdafiəyəmeyilli futbolu xoşlamıram. Hansısa oyunda müdafiəyəmeyilli oyun qurmaq olar. Lakin “Çelsi”nin qarşısını almaq üçün beşli müdafiə xətti ilə oynamaq barədə düşünməmişəm. Amma oyunun gedişatında müəyyən taktiki dəyişiklik edə bilərik”.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

  • PSJ-nin futbolçusu “Qızıl Oğlan” mükafatını qazandı

    Fransanın Pari Sen-Jermen klubunun hücumçusu Dezire Due 21 yaşa qədər Avropanın ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl Oğlan” mükafatını qazanıb.

    Bu barədə mükafatı təşkil edən nəşr – “Tuttosport” məlumat yayıb.

    Ötən mövsüm Due PSJ ilə Fransa çempionluğunu, Fransa Kubokunu və Çempionlar Liqasını qazanıb və 2024/25 mövsümü üçün turnirin ən yaxşı gənc oyunçusu seçilib. O, PSJ üçün 61 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Futbolçu həmçinin 2024-cü il Paris Olimpiadasında gümüş, 2025-cil il Millətlər Liqasında isə bürünc medal qazanıb.

    Qeyd edə ki, “Qızıl Oğlan” (Golden Boy) mükafatı 2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilib və hər il Avropa liqalarının yüksək divizionunda oynayan 21 yaşdan kiçik futbolçuya təqdim olunur. 2024-cü ildə mükafat “Barselona”nın hücumçusu Lamin Yamala verilib.

  • 2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib

    2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular müəyyənləşib.

    Siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.

    Fransa millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe birinci pillədə qərarlaşıb. O, ümumilikdə 51 qolla yadda qalıb. Mbappe 32 dəfə çempionatda, 3 dəfə ölkə kubokunda, 11 dəfə beynəlxalq klub matçlarında, 5 dəfə isə yığmada rəqib qapılarına yol tapıb.

    İkinci sırada İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn (50 qol) yer alıb.

    İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən norveçli forvard Erlinq Holann qapayır – 43 qol.

  • “10 manatlıq bileti 50-dən aşağı satan yoxdur” – VİDEO

    Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxarıldığı an bir neçə saniyə ərzində satılıb.

    Minlərlə bilet qısa zamanda alındıqdan sonra bütün yerlər dolub.

    Məlumata görə, sözügedən problemdən sonra biletlər “qara bazar”da 2-3 dəfə baha qiymətə təklif olunur:

    “10 manatlıq bileti 35 manata satırlar. Oyun müddəti yaxınlaşdıqca qiymətlər daha da qalxır. İndi 10 manatlıq bileti 50-dən aşağı satan yoxdur”.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, neqativ halların qarşısını almaq üçün polis tərəfindən tədbirlər görülür.

    Xatırladaq ki, bundan öncə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev də vurğulamışdı ki, qanunsuz bilet satışı klub və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

    Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

  • İdmançılarımız ötən ay beynəlxalq yarışlarda 300-dən çox medal qazanıblar

    Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 329 medal qazanıblar.

    Bu barədə gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşündə məlumat verib.

    O bildirib ki, oktyabr ayı ərzində Dövlət Himni 17 ölkədə səsləndirilib.

    Bu ay ərzində idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.

  • Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqib baş məşqçilərə ötürülüb

    “Keçən həftə Türkiyə Superliqasında “Başakşəhər”ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb”.

    Median.Az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, bunu “Antalyaspor” klubunun baş məşqçisi Erol Bulut deyib.

    O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də “Eyüpspor”la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

    “Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da “Eyüpspor”un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq”.

    Xatırladaq ki, “Antalyaspor” evdə “Başakşəhər”ə 0:4 hesabı ilə uduzmuşdu. “Eyüpspor”a isə səfərdə 0:1 hesabı ilə qalib gəlib.

  • “Real Madrid”in gənc istedadında xroniki zədə aşkarlandı

    “Real Madrid” klubunun futbolçusu Franko Mastantuonoda zədə aşkarlanıb.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, bu gün Franko Mastantuononun üzərində aparılan müayinələrdən sonra 18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub.

  • Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib

    Portuqaliya yığmasının və “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu “İnter Mayami” komandasının və Argentina yığmasının futbolçusu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib.

    Ulduz forvard bu məsələyə jurnalist Pirs Morqana müsahibəsində toxunub.

    O, jurnalistin “Belə bir fikir var ki, Messi səndən daha yaxşıdır. Bəs sən nə düşünürsən?” sualına cavab verərkən belə deyib:

    “Messinin məndən daha yaxşı futbolçu olduğu fikri ilə razı deyiləm. Təvazökarlıq etmək istəmirəm”.

    Qeyd edək ki, iki ulduz futbolçu arasında ən güclü rəqabət Ronaldunun “Real Madrid”, Messinin isə “Barselona”da oynadığı dövrdə yaşanıb.

  • 2025-ci ilin rəmzi komandası açıqladı

    “Qızıl top” mükafatının sahibi Usman Dembele və “Qızıl buts” mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına daxil olublar.

    Bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) Mətbuat Xidməti məlumat yayıb.

    Müxtəlif ölkələrdən olan futbolçuların səsverməsi ilə seçilən 2025-ci ilin rəmzi komandasına aşağıdakı oyunçular daxil edilib:

    Qapıçı – Canluici Donnarumma (“Mançester Siti”, İngiltərə);

    Müdafiəçilər: Əşrəf Hakimi, Nunu Mendeş (hər ikisi PSJ, Fransa), Vircil van Dayk (“Liverpul”, İngiltərə);

    Yarımmüdafiəçilər: Kol Palmer (“Çelsi”, İngiltərə), Cud Bellinqem (“Real Madrid”, İspaniya), Pedri (“Barselona”, İspaniya), Vitinya (PSJ, Fransa);

    Hücumçular: Dembele (PSJ, Fransa), Mbappe (“Real Madrid”, İspaniya) və Lamin Yamal (“Barselona”, İspaniya).

  • Sadıq Sadıqova yeni VƏZİFƏ VERİLDİ

    “Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

    Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.

    Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.