Category: İdman

  • Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları başa çatıb.

    Əməkdaşının məlumatına görə, üç gün mübarizə aparan idmançılar altı dəst medalın sahibini müəyyənləşdirib.

    Yalnız iki ölkə təmsilçisi çempionluq sevinci yaşayıb. Zəngin sərbəst güləş ənənələrinə malik olan və əksər yarışların qalibi olan Rusiya bu dəfə də hamını qabaqlayıb. Bütün idmançıları medal qazanan şimal qonşularımız dörd çəki dərəcəsində çempionluq yaşayıb.

    Rusiyadan başqa, yalnız Azərbaycan güləşçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə beş mükafat əldə edən təmsilçilərimiz bu idman növündə ikinci olub.

    Yığmamızın heyətində Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl, Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Camaləddin Məhəmmədov (-125 kq) bürünc medal əldə edib. Yalnız Aleksandr Qostiyev (-86 kq) yarışı mükafatsız bitirib.

    Gürcüstan millisi Belarusda dörd mükafat qazanaraq üçüncü olub. Qonşularımız iki gümüş və iki bürünc əldə ediblər.

    Ümumilikdə isə 24 medalı doqquz ölkədən olan idmançılar qazanıb.

    Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşdə səkkiz dəst medal sahibini tapmışdı. İlk “üçlük” indiki kimi olmuşdu. Millimiz həmin vaxt iki qızıl və dörd bürünc medal qazanmışdı.

  • Hacı Əliyev: Dünən ermənilərə, bu gün Olimpiya çempionuna qalib gəlmək sevindiricidir

    Əlbəttə, çox sevinirəm ki, qalib oldum. Bu dəfə Avropa Oyunlarında da qızıl medal qazandım. Rəqiblərim arasında ən önəmlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. Rio-2016 Yay Olimpiya Oyunlarında da ona uduzmuşdum.

    Bunu II Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

    65 kq çəki dərəcəsində finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə qalib gələn 28 yaşlı pəhləvan Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdığını bildirib:

    “Mənə elə gəlir ki, artıq tilsimi qırdım. Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Avropa Oyunlarında mübarizəyə başlamazdan öncə səhhətimdə bir qədər problem olduğu üçün döyüşlərdə çətinlik çəkdim. Amma, bu gün vəziyyətim 99 faiz müsbətə doğru dəyişmişdi. İnanın ki, qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. O, son dünya çempionatında üçüncü olmuşdu. Bununla belə Minskdə rusiyalı güləşçiyə qalib gəldi”.

    I Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, növbəti Avropa Oyunlarında da uğurlu çıxışını davam etdirmək arzusundadır:

    “İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Oyunlar ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım. Bundan sonra da analoji yarış keçirildikcə Bakı yada düşəcək. Gələcəkdə də Avropa Oyunlarında çıxış etsəm, qələbə qazanmağa çalışacağam”.

  • Azərbaycanlı cüdoçu Polşada Avropa çempionu oldu

    Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

    60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Cüdoçumuza qızıl medal təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

    Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində üçüncü yeri tutub.

    Beləliklə Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə bir qızıl və iki bürünc medal qazanıb.

    Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.

  • Kazanda ilk MDB Oyunları keçiriləcək

    Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunları 2020-ci ilin avqustunda Kazanda keçiriləcək.

    Bu barədə məlumatı Tatarıstan İdman Nazirliyi yayıb. RF İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan yarışlar 2020-ci il avqustun 20-27-də keçiriləcək. Kazan 2 mindən çox idmançı və 600 rəsmi şəxsi qəbul edəcək.

    Oyunlar Kazanda keçiriləndən sonra ənənəvi olacaq və hər iki ildən bir MDB ölkələrindən birində keçiriləcək.

    MDB ölkələri oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də oyunlara dəvət edə bilər.

    Oyunların proqramına cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armsterlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol (3×3) kimi idman növləri daxil edilib.

  • Hacı Əliyev: Dünən ermənilərə, bu gün Olimpiya çempionuna qalib gəlmək sevindiricidir – FOTO

    Əlbəttə, çox sevinirəm ki, qalib oldum. Bu dəfə Avropa Oyunlarında da qızıl medal qazandım. Rəqiblərim arasında ən önəmlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. Rio-2016 Yay Olimpiya Oyunlarında da ona uduzmuşdum.

    Median.Az-ın məlumatına görə, bunu II Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

    65 kq çəki dərəcəsində finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə qalib gələn 28 yaşlı pəhləvan Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdığını bildirib:

    “Mənə elə gəlir ki, artıq tilsimi qırdım. Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Avropa Oyunlarında mübarizəyə başlamazdan öncə səhhətimdə bir qədər problem olduğu üçün döyüşlərdə çətinlik çəkdim. Amma, bu gün vəziyyətim 99 faiz müsbətə doğru dəyişmişdi. İnanın ki, qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. O, son dünya çempionatında üçüncü olmuşdu. Bununla belə Minskdə rusiyalı güləşçiyə qalib gəldi”.

    I Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, növbəti Avropa Oyunlarında da uğurlu çıxışını davam etdirmək arzusundadır:

    “İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Oyunlar ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım. Bundan sonra da analoji yarış keçirildikcə Bakı yada düşəcək. Gələcəkdə də Avropa Oyunlarında çıxış etsəm, qələbə qazanmağa çalışacağam”.

  • Mariya Stadnik və Elmira Qəmbərova finalda

    Azərbaycanın qadın güləşçisi Mariya Stadnik finala çıxıb.

    Median.Az xəbər verir ki, o, yarımfinalda Türkiyə idmançısına 0:1 hesabı ilə uduzsa da, sonda 6:1 qalib gələrək finala çıxıb.

    Ukraynalı legionerimizin finaldakı rəqibi Oksana Livaç olacaq.

    Bundan başqa, digər güləşçimiz Alyona Kolesnikin də bürünc medal üçün təsəlliverici yarışa qatılacağı dəqiqləşib.

    Daha bir qadın güləşçimiz Elmira Qəmbərova da finala çıxıb.

    O, rumıniyalı Krista İnçeyə 0:1 hesabı ilə uduzsa da, 4:1 qalib gəlib.

    Bununla da Elmira Qəmbərova finala çıxan ikinci qadın idmançımız olub.

  • Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək

    Sərbəst güləş yığmamızın üzvü Nurməhəmməd Hacıyev (-97 kq) II Avropa Oyunlarında finala çıxmayacaq.

    Median.Az xəbər verir ki, dünən keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Avropa Oyunlarının finalına vəsiqə qazanmış dağıstanlı legionerimiz yarımfinalda dizindən zədə alıb.

    Onun aldığı zədə bu gün özünü daha şiddətli büruzə verib. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev bu gün Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq.

    Qeyd edək ki, bu Azərbaycanın beşinci gümüş medalıdır. Azərbaycan bir qızıl, beş gümüş və doqquz bürünc medalla 17-ci pilləyə qalxıb.

  • Hacı Əliyev erməni güləşçini biabır etdi – VİDEO

    Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

    Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb.

    Titullu idmançımız daha sonra yerli pəhləvana çətinliklə də olsa, qalib gələrək yarımfinala yüksəlib.

    Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz rəqibini çətin vəziyyətə salıb. Son saniyələrdə yaxşı müdafiə olunan Hacı erməni güləşçini gülünc vəziyyətə salıb.

    Hacı Əliyev sonda əzmkar qələbəyə sevinərək adını finala yazdırıb.
    /Baku.ws/

  • Güləşçimiz əsəbiləşib rəqibinə qapaz vurdu – VİDEO

    Minskdə baş tutan güləş yarışlarında tamaşaçılar gərgin mübarizənin şahidi olub.

    Azərbaycanı təmsil edən Camaləddin Məhəmmədov 125 kq çəkidə mübarizəyə qoşulub.

    Güləşçimiz 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisiylə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb.

    Ancaq finalın bir addımlığında gürcü rəqibinə uduzub. 1/2 finalda gürcü güləşçi Givi Matçaraşvili ilə qarşılaşan Camaləddin əsəblərinə hakim ola bilməyib. Təmsilçimiz kobud rəftara görə rəqibinə qapaz vurub. Vəziyyəti yaxşı analiz edən hakim gürcü idmançının təxribat etdiyini görüb və ona xəbərdarlıq edib. Görüşün sonunda gürcü idmançı 4:2 hesablı qələbə qazanıb.

    Ancaq iyunun 26-da baş tutan üçüncü yer uğrunda qarşılaşmada Rumıniya idmançısına vaxtından əvvəl qalib gələn Məhəmmədov komandamıza ikinci bürünc medalı qazandırıb.
    /Baku.ws/

  • Ronaldonun istirahət etdiyi yaxtanın qiyməti bilindi

    San-Trope sahillərində paparatsilərin kamerasına tuş gələn dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges və 4 uşağı ilə birgə istirahət etdiyi dəbdəbəli yaxta sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.

    Dünya mətbuatında yaxtanın qiyməti ilə bağlı maraqlı məlumatlar yayılıb. “Afrika” adlanan motorlu yaxtanın qiyməti 19 milyon dollardır. Bir həftəlik icarə haqqı 228 min dollar təşkil edir.

    Burada 12 nəfər rahat istirahət edə bilər. Yaxtada biri lüks, dördü standart, biri də ekipaj üçün olmaqla altı kayut var. Qonaqların qulluğunda isə doqquz nəfər ekipaj üzvü dayanır. Yaxtada əylənmək üçün bir çox vasitələr var.

    Bu iri ölçülü yaxtanı görənlər heyrətlənirlər. Belə ki, onun uzunluğu 492 metrdir. Jurnalistlər zarafatla Ronaldonun yaxtada rahat şəkildə qaçışla məşğul ola biləcəyini də qeyd ediblər.