Category: İdman

  • Azərbaycan Avropa Oyunlarında daha iki medal qazandı

    Azərbaycan II Avropa Oyunlarında daha iki medal qazanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sərbəst güləşçilərimizdən Hacımurad Hacıyev və Camaləddin Məhəmmədov bürünc medal qazanıblar.

    Digər təmsilçimiz Aleksandr Qostiyev isə bürünc medal görüşündə son saniyələrdə qələbəni əldən verib.

    Beləliklə, Azərbaycanın turnirdə bir qızıl, dörd gümüş və doqquz bürünc medal qazanması rəsmiləşib.

  • Hacı Əliyev: İki erməniyə qalib gəldiyim üçün qələbəni hərbçilərə həsr edirəm

    Gördüyünüz kimi, çox çətinliklə rəqiblərimə qalib gəldim. Sözsüz, istərdim ki, daha asan qalib gəlim. Ancaq hər görüşün öz çətinliyi var. Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.

    Bunu II Avropa Oyunlarında finala çıxan sərbəst güləşçimiz Hacı Əliyev deyib.

    O deyib ki, bu qələbəni hərbçilərə həsr edir:

    “Səhərdən elə düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, Olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə ona qalib gəlim.

    Çalışıram ki, rəqib idmançılara xal verməyim. Əksinə özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar.

    Bu gün gözəl gündür, Silahlı Qüvvələr günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm”.

  • Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazandı – FOTO

    Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazanıb.

    Median.Az xəbər verir ki, sərbəst güləşçimiz Mahir Əmiraslanov finalda Stevan Miçiçə 9:1 hesabı ilə qalib gəlib.

    Bu, Azərbaycanın Minskdə qazandığı ilk qızıl medalıdır.

  • Balotelli Azərbaycan mahnısı paylaşdı: “Yandım, ay aman” – VİDEO

    İtaliya yığmasının üzvü Mario Balotelli “Instagram” hesabında Azərbaycan mahnısı paylaşıb.


    Median.Az xəbər verir ki, 28 yaşlı hücumçu sözləri və musiqisi Əsgər Osmanovun, ifaçısı Alicanın olan “Yandım, ay aman” mahnısını yerləşdirib.

    8,8 milyon izləyici olan M.Balotellinin bu paylaşımı azərbaycanlılar tərəfindən maraqla qarşılanıb.

  • Hacı Əliyev daha bir ermənini məğlub edib finala çıxdı

    Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında finala çıxıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub.

    Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

    Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

  • “Sumqayıt”ın baş məşqçisinin fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib

    “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

    Median.Az-ın məlumatına görə, bu məqsədlə cəlb olunmuş ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı məşqçisi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

  • Azərbaycan Avropa Oyunlarında 13-cü medalını rəsmiləşdirdi

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.

    Bu gün “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir.

    Azərbaycan yığmasının boksçusu Lorenso Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb.

    Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. L.Sotomayor bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib. Bununla da medallarımızın sayı faktiki olaraq 13-ə çatıb.

    2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

    Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (-60 kq) və Alfonso Dominqes (-81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.
    /oxu.az/

  • Hacı Əliyevdən uğurlu start: erməniyə aman vermədi

    Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarına inamlı start verib.

    Hacı Əliyev (-65 kq) ilk görüşündə erməni idmançı Volodya Franqulyanla qarşılaşıb.

    Tanınmış idmançımız rəqibini döşəyə çıxmağa peşman edib. O, 6:0 hesabı ilə qalib gəlib.

    Bundan başqa, 74 kq-da çıxış edən idmançımız Hacımurad Hacıyev yunan rəqibinə 10:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışa vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Vasili Mixaylov olacaq.

    Qeyd edək ki, axşam seansında H.Hacıyevdən başqa, Mahir Əmiraslanov (-57 kq), Aleksandr Qostiyev (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) medal görüşlərinə çıxacaq. Onlardan Mahir final matçında, digərləri isə bürünc medal görüşündə mübarizə aparacaq.
    /oxu.az/

  • “Yuventus” Buffonu qaytarır, İquainlə yollarını ayırır

    Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda “Yuventus”a keçəcək.

    “Sovetski sport” xəbər verir ki, tərəflər artıq razılığa gəliblər.

    Buffon İtaliya klubunda ikinci qapıçı Matias Perinanı əvəz edəcək. Beləliklə, o, əsas qapıçı Voytsex Şesninin əvəzləyicisi olacaq.

    Xatırladaq ki, C.Buffon 2001-2018-ci illərdə “Yuventus”un şərəfini qoruyub və klubla birlikdə 20 kuboka sahib olub.

    Bu arada, “Yuventus” yay ərzində hücumçu Qonsalo İquainlə yollarını ayırmaq niyyətindədir. Turin klubu onun əvəzinə “İnter”in forvardı Mauro İkardini transfer etmək istəyir.

  • Hacı Əliyev Avropa Oyunlarına erməni güləşçi ilə başlayacaq

    Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sabah daha üç güləşçimiz mübarizəyə start verəcək.

    Bu gün həmin idmançılarımızın rəqibləri müəyyənləşib.

    Sərbəst güləş

    65 kq
    1/8 final. Hacı Əliyev – Valodya Franqulyan (Ermənistan)

    97 kq
    1/8 final. Nurməhəmməd Hacıyev – Radoslav Baran (Polşa)

    Qadın güləşi

    68 kq
    1/8 final. İrina Netreba – Yeni Franson (İsveç)