Category: İdman

  • Mehman Xəlilov: Erməni samboçusu mənə uduzmağı ilə barışa bilmirdi

    Erməni idmançıya qalib gəldiyim üçün sevincliyəm. Düşmən ölkənin idmançısına qalib gəlmək çox sevindirici haldır. Görüş çox çətin olmadı. Onunla görüşdən əvvəl də qalib gələcəyimə əmin idim. Allahın köməkliyi ilə qalib gəldim.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu erməni idmançısı Maksim Manukyanı məğlub edərək Azərbaycana II Avropa Oyunlarında ilk bürünc medal qazandırmış Mehman Xəlilov bildirib.

    O, erməni idmançısı ilə qarşılaşmada motivasiyaya ehtiyacının olmadığını qeyd edib:

    “Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam var idi. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi, uduzmağı ilə barışa bilmirdi. Mənim atdığım dörd xala etiraz bildirdilər. Amma hakimlər təkrara baxdıqdan sonra gördülər ki, dörd xallıq fənddir. Rəqibim erməni olduğu üçün ilk dəqiqələrdə həyəcan vardı. Amma adam get-gedə açılışır. Karyeramda daha əvvəl də belə hal olub. İki döyüşə bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal görüşündə çıxış etdim. Allaha şükür ki, qələbə qazandım”.

  • III Avropa Oyunlarının ev sahibi müəyyənləşib

    2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov şəhərində baş tutacaq.

    Bu barədə qərar Avropa Olimpiya Komitələrinin (AOK) Belarusun paytaxtı Minskdə keçirilən növbədənkənar Baş Assambleyasında verilib. Tədbir iştirakçıları Avropa Oyunları-2023-ə yeganə namizədi dəstəkləyiblər.

    Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarusun paytaxtı Minskdə keçirilir.

  • Millimizdən daha iki medal: Samboçumuz ermənini məğlub etdi

    Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazanıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, 57 kq çəki dərəcəsində güləşən samboçumuz Mehman Xəlilov Maksim Manukyanla qarşılaşıb.

    İdmançımız erməni rəqibini döşəyə çıxmağa peşman edib. Mehman 9:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk bürünc medal qazandırıb.

    68 kq çəki dərəcəsində güləşən samboçumuz Emil Həsənov isə bolqarıstanlı Martin İvanova ağrıkəsici fənd edərək vaxtından əvvəl qalib gəlib. Bununla da Azərbaycan daha bir medal qazanıb.

    Xatırladaq ki, daha əvvəl Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatikanın dinamik hərəkətlər növündə gümüş medal qazanmışdı.

  • Sotomayor ermənini rinqə çıxdığına peşman etdi – YENİLƏNİB

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo idman növünün ilk günündə millimiz medal qazana bilməyib.

    Bürünc medal qazanmaq şansını saxlayan Gültac Məmmədəliyeva (-52 kq) italiyalı rəqibi Odetta Quiffrida ilə görüşdə ippon fəndinə düşərək uduzub.

    Qeyd edək ki, bu gün mübarizə aparmış digər altı cüdoçumuz isə daha əvvəl mübarizəni başa vurub.

    * * * *

    Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci günə start verilib.

    Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən Nigar Nəsirova və Ruslan Lunyov debüt edib.

    Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında 566 xalla 19-cu yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

    Bu gün cüdo yarışına da start verilib. Aişə Qurbanlı (-48 kq) rumıniyalı idmançıya qalib gəlsə də, 1/8 finalda ispaniyalı rəqibi onu ippona salıb. Bu çəkidə digər idmançımız – monqolustanlı İçinxorlu Munxtsedev ilk görüşündə gürcü rəqibinə yenilib.

    Gültac Məmmədəliyeva (-52 kq) finlandiyalı və belçikalı rəqiblərini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə polşalı Aqata Perentsə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Bu çəkidə rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian isə ilk görüşdə polşalı idmançıya uduzub.

    Kişilərimiz də uğursuz çıxış edib. 60 kq-da çıxış edən iki idmançımız Kəramət Hüseynovla Orxan Səfərov sloveniyalı rəqiblərini keçsələr də, 1/8 finalda müvafiq olaraq Niderland və Belçika idmançılarına yenilib.

    Nicat Şıxəlizadə isə ukraynalı Boqdan Yadova məğlub olaraq mübarizəni başa vurub.

    Sambo yarışlarına da bu gün start verilib. Mehman Xəlilov (-57 kq) belaruslu, Ceyhun Hüseynov (-82 kq) gürcüstanlı rəqiblərinə uduzub.

    Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla qarşılaşacaq. Ceyhun Hüseynov isə bürünc medal üçün təsəlliverici görüşdə italiyalı rəqibinə uduzub.

    Emil Həsənov (-68 kq) 1/4 finalda rumıniyalı rəqibinə qalib gəlsə də, yarımfinalda gürcü rəqibinə uduzub. O, bürünc medal uğrunda görüşdə bolqarıstanlı Martin İvanovla axşam seansında qarşılaşacaq.

    Samboda yeganə qadın idmançımız Gözəl Zutova (-72 kq) da uğursuzluğa düçar olub. O, ilk görüşdə fransalı, təsəlliverici qarşılaşmada isə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

    Bu gün boksda Olimpiya mükafatçımız Lorenso Sotomayor (-69 kq) mübarizəyə qoşulub. O, 1/16 finalda ermənistanlı Qurqen Madoyan üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.

    Qeyd edək ki, boksda bu gün komandamızın lideri Kamran Şahsuvarlı, Cavid Çələbiyev və Alfonso Dominqes də mübarizə aparacaq.

    /oxu.az/

  • III Avropa Oyunlarının məkanı açıqlandı – RƏSMİ

    2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşib.

    Yarışa Polşanın Krakov şəhəri ev sahibliyi edəcək.

    Bu barədə qərar Avropa Olimpiya Komitəsinin bu gün Minskdə keçirdiyi iclasda qəbul edilib.

    Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə hazırda Belarus paytaxtında keçirilir.
    /oxu.az/

  • Samboçularımızın Avropa Oyunlarındakı rəqibləri bilindi

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları üzrə püşkatma baş tutub.

    Oxu.az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün start götürəcək samboçuların mübarizəsi iki gün davam edəcək. 18 dəst medal uğrunda mübarizə aparan idmançılar yarışa 1/4 finaldan başlayacaqlar.

    Təmsilçilərimizdən dördü yarışın ilk günü, üçü ertəsi gün xalça üzərinə çıxacaq.

    1/4 final 22 iyun

    Kişilər

    57 kq

    Mehman Xəlilov – Vladislav Buroz (Belarus)

    68 kq

    Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya)

    82 kq

    Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)

    Qadınlar

    72 kq

    Gözəl Zutova – Kamil Laros (Fransa)

    23 iyun

    Kişilər

    52 kq

    Ağasif Səmədov – Qintaras Katkus (Litva)

    62 kq

    Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)

    74 kq

    Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)

  • “Real”ın sabiq futbolçusu: Azar Ronaldunu əvəz edə bilməyəcək

    Madridin “Real” klubu və İspaniya yığmasının sabiq futbolçusu Fernando Moryentes Eden Azarın İspaniya klubuna keçidini şərh edib.

    Moryentes “EFE” agentliyinə müsahibəsində bildirib ki, Azar komandanın 2018-ci ildə “Yuvestus”a keçən sabiq forvardı Kriştianu Ronaldunu əvəz edə bilməyəcək.

    “Ronaldunu heç kim əvəz edə bilməyəcək. Heç kim onunla müqayisə oluna bilməz. Azar dünyanın ən yaxşı oyunçuları siyahısındadır, lakin onun keçidi Ronalduya əvəz deyil. Hazırda söhbət Azarın yaxşı adaptasiya olunmağı və bütün bacarıqlarını göstərməyindən gedir, çünki o, istedadlı oyunçudur”, – deyə Moryentes müsahibəsində bildirib.

    Qeyd edək ki, Azar İngiltərənin “Çelsi” klubundan bu ilin yayında transfer olunub. “Real” oyunçu ilə beş il müddətinə müqavilə bağlayıb.

  • Avropa Oyunlarında ilk gün: Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı

    Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına bu gün start verilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə qoşulub.

    Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrundan almaniyalı Elena Rixterlə qarşılaşacaq.

    Boksda isə üç idmançımız mübarizəyə start verib. Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.

    Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

    Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.

    Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da Minskin “Dinamo Arena”sında II Avropa Oyunlarının təntənəli açılış mərasimi təşkil olunacaq.

  • Avropa Oyunları: Dörd idmançımız mübarizəyə başlayır

    İyunun 21-də Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına start verilir.

    Oxu.az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə qoşulacaq.

    Kamandan oxatma:

    14:15-17:00 – Ozay Qasımova

    Boks:

    15:00-16:00 – Tayfur Əliyev

    16:00-16:15 – Lorenso Alfonso Dominqes

    16:15-17:45 – Rahil Məmmədli

  • Boksçumuzun Avropa Oyunlarında ilk rəqibi erməni olacaq

    Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.

    Oxu.az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.

    Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur. İdmançılarımızdan kubalı legionerimiz, Olimpiya mükafatçımız Lorenso Sotomayor ilk görüşündə erməni boksçu ilə qarşılaşacaq.

    Kişilər

    21 iyun, 1/16 final

    -56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)

    -91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)

    +91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

    22 iyun, 1/16 final

    -60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)

    -69 kq. Lorenso Sotomayor – Qurgen Madoyan (Ermənistan)

    -75 kq. Kamran Şahsuvarlı – Georgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi

    -81 kq. Alfonso Dominges – Stepan Qrekul (Ukrayna)

    23 iyun, 1/16 final

    -64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Niderland)

    1/8 final

    -49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

    24 iyun, 1/8 final

    -52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

    Qadınlar

    24 iyun, 1/8 final

    -69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)