Category: İdman

  • İker Kasilyasın evi qarət edildi

    Ispaniya polisi ölkə millisinin və “Real Madrid”in keçmiş qapıçısı İker Kasilyasın Madriddəki evindən beş bahalı saat oğurlamaqda şübhəli bilinən bir cütlüyü həbs edib.

    Median.Az xəbər verir ki, bu barədə “Fuentes Informadas” məlumat yayıb.

    Məlumata görə, cütlük uzun müddət futbolçunun evində işləyib – qadın ev işlərinə baxıb, kişi isə mühafizəçi olub.
    Onlar orijinal saatları saxtaları ilə əvəz ediblər, buna görə də oğurluq dərhal aşkar edilməyib.

    Hər biri 50 000 avrodan baha olan bir neçə qızıl “Rolex” modeli sökülərək ayrı-ayrılıqda satılıb ki, bu da onların tapılmasını qeyri-mümkün edib.

  • “Qarabağ”ın rəqibi uzun müddətdən sonra antirekordunu təkrarlayıb

    UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la üz-üzə gələcək Niderlandın “Ayaks” klubu 67 ildən sonra antirekordunu təkrarlayıb.

    Bu, Amsterdam təmsilçisinin İngiltərədə “Çelsi”yə uduzduğu oyunda (1:5) gerçəkləşib.

    Komanda 1958-ci ilin fevralından bu vaxtadək ilk dəfə bu turnirdə matçın ilk hissəsində dörd qol buraxıb.

    Sonuncu belə hadisə 67 il əvvəl Macarıstanın “Vaşaş” komandası ilə Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) baş verib.

    Qeyd edək ki, “Qarabağ” “Ayaks”la dekabrın 10-da Bakıda üz-üzə gələcək.

  • “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib

    “Qalatasaray” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxıb.

    İstanbul klubu öz meydanında Norveç təmsilçisi “Bodo-Qlimt”lə üz-üzə gəlib.
    İstanbul klubu evdə 3:1 hesabı ilə qələbə qazanıb.

  • “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu

    UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən “Atletik Bilbao” -“Qarabağ” matçında hesab bərabərləşib.

    Meydan sahiblərinin heyətində 40-cı dəqiqədə qolu Qorka Quruseta vurub.

  • “Qarabağ”dan erkən qol

    İspaniyada “Atletik” (Bilbao) və “Qarabağ” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

    Matç “San Mames” stadionunda keçirilir.
    Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

  • Vensan Abubakar rəsmən “Neftçi”də

    “Neftçi” Kamerun milli komandasının hücumçusu Vensan Abubakarın transferini rəsmiləşdirib. 
    Futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
    Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
    Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

  • “Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir”

    “Atletik”lə (Bilbao, İspaniya) matçda “Qarabağ” futbolçuları çox hərəkət etməli olacaqlar.

    Median.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

    “Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. “Atletik” özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. “Atletik”in oyun tempinə davam gətirmək istəyirik”.

    O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib:

    “Ola bilsin, formasından bir az uzaq qalıb. Onun təcrübəsindən hər zaman yararlanmaq istəyirik. Lakin əsas heyətdə meydana çıxıb-çıxmayacağına qərar verməmişəm. Nəriman Nərimanovla Kamilo Duran isə çox yaxşı formadadırlar. Özlərini həm oyunlar, həm də məşqlər zamanı yaxşı tərəfdən göstərirlər. Sabaha qədər vaxtımız var. Əsas heyətdə kimlərin çıxış edəcəyini müəyyənləşdirəcəyik”.

    Q.Qurbanov “Qarabağ”ın Çempionlar Liqası matçlarına çoxsaylı türkiyəli azarkeşlərin gəldiyini vurğulayıb:
    “İstər Bakıda, istərsə də səfərdəki qarşılaşmalarımıza qardaş ölkənin futbolsevərləri təşrif buyururlar. Onların hər birinə öz təşəkkürümüzü bildiririk. Mövcud vəziyyət bizim məsuliyyətimizi bir qədər də artırır. Belə olan halda matçlara daha həvəslə hazırlaşırıq”.

    Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

  • Güləşçimiz dünya çempionu oldu

    Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

    Median.Az xəbər verir ki, 63 kiloqramda çıxış edən idmançı finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək dünya çempionu tituluna yiyələnib.

    Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

  • Tanınmış qrosmeyster Daniel Naroditski 29 yaşında vəfat edib

    Tanınmış amerikalı qrosmeyster Daniel Naroditski 29 yaşında dünyasını dəyişib.

    Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

    İdmançının ölümünün hansı şəraitdə baş verdiyi və səbəbi dəqiqləşdirilmir.

    Naroditski dünyanın ən yaxşı 200 şahmatçısı sırasında, ABŞ-da isə ilk 15-likdə yer alıb.

    Onun nailiyyətlərinə 2019-cu ildə ABŞ çempionatında birinci yer və 2025-ci ildə blits üzrə ABŞ çempionatında qələbə daxildir.

  • “Üstünlük bəlkə də rəqib tərəfdədir” – Qurban Qurbanov

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik” ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün İspaniyaya səfərə yollanarkən jurnalistlərə açıqlama verib:
    “Üstünlük bəlkə də rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar – çünki hələlik xalları yoxdur. Amma hər halda biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq. Ümumiyyətlə, onların son oyunlarına baxmışam – oyunun dinamikası çox yüksək olur və onlar çox sürətlə hücumlara çıxırlar. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir. Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısını, ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq”.