Category: İdman

  • Karvaxal uzun müddətə sıradan çıxdı

    “Real Madrid”in sağ cinah müdafiəçisi Dani Karvaxal iki-üç ay müddətinə komandasına kömək edə bilməyəcək.

    33 yaşlı futbolçunun sağ dizinə xondromata diaqnozu qoyulub.

    Onun artroskopik əməliyyata ehtiyacı var.

    Xatırladaq ki, Karvaxal İspaniya La Liqasının 10-cu turunda “Barselona”ya qarşı oyunda (2:1) zədə alıb.

  • Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi

    Filippinli keçmiş dünya çempionu Menni Pakyao Beynəlxalq Boks Assosiasiyasının (IBA) vitse-prezidenti təyin edilib.

    Median.Az bildirir ki, bu barədə IBA-nın Mətbuat Xidməti məlumat yayıb.

    Pakyaonun təyinatı oktyabrın 27-də Filippinin Manila şəhərində keçirilən IBA Direktorlar Şurasının iclasında təsdiqlənib.

    Qeyd edək ki, 46 yaşlı Pakyaonun hesabında 62 qələbə (39-u nokautla), 8 məğlubiyyət və 3 heç-heçə var. O, tarixdə səkkiz çəki dərəcəsində dünya çempionu titulunu qazanan yeganə boksçudur.

  • “Zəfər” şahmat turniri keçirildi – Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİRK), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib.

    Median.Az xəbər verir ki, turnirin məqsədi tələbə idman hərəkatını gücləndirmək, ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq mühiti yaratmaq, gənclərdə strateji düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, Zəfər Günü münasibətilə milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.
    Bakı İdman Sarayında keçirilən tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    AHİK-in sədr müavini Musa Mirzəyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və digər çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclər siyasətinin uğurlu icrasından bəhs edib, bu cür tədbirlərin gənclərin intellektual inkişafına, komanda bacarıqlarının formalaşmasına önəmli töhfə verdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
    Sonra beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə iştirakçıları turnirin qaydaları ilə tanış edib və yarışa start verilib. Yarışda 14 ali təhsil müəssisəsindən kişi və qadınlar ayrı olmaqla ümumilikdə 28 komanda iştirak edib. Turnir Rapid şahmat qaydalarına əsasən, İsveçrə sistemi üzrə 7 turda keçirilib.
    Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yeri Azərbaycan Dillər Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları tutub. Kişilər arasında isə I yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yeri Bakı Ali Neft Məktəbi, III yeri Bakı Dövlət Universitetinin komandaları qazanıb.
    Qalib komandalar kubok, medal, fəxri fərmanla təltif olunub, hədiyyələr verilib


  • Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu

    Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

    B Liqasının 1-ci qrupunda yer alan yığma Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, U-17 qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

  • “Zirə”dən qələbə, “Araz Naxçıvan” – “Sabah” matçında isə heç-heçə

    Misli Premyer Liqasında 9-cu tur davam edir.

    2-ci oyun gününə 2 matç keçirilib.

    İlk oyunda “Araz-Naxçıvan” “Sabah”ı qəbul edib və son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.

    Digər oyunda “Zirə” evdə “Sumqayıt”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. 

    25 oktyabr (şənbə)

    18:30. “Zirə” – “Sumqayıt” – 1:0 

    Qol: Brahim Konate, 39

    Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

    VAR: Fərid Hacıyev

    AVAR: Namiq Hüseynov

    Zirə İdman Kompleksinin stadionu

    16:00. “Araz-Naxçıvan” – “Sabah” – 2:2

    Qol: Stiv Solvet, 54 (0:1), İssuf Paro, 58 (1:1), Coy Lens Mikels, 73-pen. (1:2), Ba-Muaka Simakala, 90+9 (2:2)

    Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov

    VAR: Rəvan Həmzəzadə

    AVAR: Cəmil Quliyev

    “Bank Respublika Arena”

    26 oktyabr (bazar) 

    16:00. “Qəbələ” – “Neftçi”

    18:30. “Qarabağ” – “Şamaxı”

    24 oktyabr (cümə)

    “Kəpəz” – “İmişli” – 0:3

    “Karvan-Yevlax” – “Turan Tovuz” – 1:2 

  • “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır

    İtaliyanın “İnter” klubu “Komo”da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir.

    Bu barədə məlumatı “Tyc Sports” yayıb.

    Bildirilib ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

    Qeyd edək ki, Niko Pasın hüquqlarının 50 faizi İspaniyanın “Real” klubuna məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var. Yarımmüdafiəçinin “Komo” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

  • “Stadionun enerjisini hiss etməliyik” – Alonso

    “Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın 10-cu turunda “Barselona” ilə keçiriləcək “El Klasiko” öncəsi fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, ispan mütəxəssis görüşün həm komanda, həm də azarkeşlər üçün xüsusi önəm daşıdığını bildirib.

    Onun sözlərinə görə, “El Klasiko” hər zaman özəl olub:
    “Stadionun enerjisini hiss etməli, hamımız birlikdə bu anı qeyd etməliyik. Bu, mövsümün ən vacib oyunudur”.

    . Alonso komandasının motivasiyasının yüksək olduğunu vurğulayıb:
    “Çətin və gərgin oyun olacaq. Hər kəs maksimum səviyyədə çıxış etməlidir. Oyuna ciddi hazırlaşmışıq və qalib gəlmək istəyirik”.

    Baş məşqçi həmçinin “Yuventus”la matçda iştirak etməyən bir neçə futbolçunun sıraya qayıtdığını açıqlayıb:
    “Komanda yaxşı formadadır, lakin hələ inkişaf üçün imkanlar var”.
    Qeyd edək ki, “Real Madrid” – “Barselona” oyunu oktyabrın 26-da Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. “El Klasiko” öncəsi “Real Madrid” 24 xalla 1-ci, “Barselona” isə 22 xalla 2-ci yerdədir.

  • “Stadionun enerjisini hiss etməliyik” – Alonso

    “Real Madrid”in baş məşqçisi Xabi Alonso La Liqanın 10-cu turunda “Barselona” ilə keçiriləcək “El Klasiko” öncəsi fikirlərini bölüşüb.

    Median.Az xəbər verir ki, ispan mütəxəssis görüşün həm komanda, həm də azarkeşlər üçün xüsusi önəm daşıdığını bildirib.

    Onun sözlərinə görə, “El Klasiko” hər zaman özəl olub:
    “Stadionun enerjisini hiss etməli, hamımız birlikdə bu anı qeyd etməliyik. Bu, mövsümün ən vacib oyunudur”.

    . Alonso komandasının motivasiyasının yüksək olduğunu vurğulayıb:
    “Çətin və gərgin oyun olacaq. Hər kəs maksimum səviyyədə çıxış etməlidir. Oyuna ciddi hazırlaşmışıq və qalib gəlmək istəyirik”.

    Baş məşqçi həmçinin “Yuventus”la matçda iştirak etməyən bir neçə futbolçunun sıraya qayıtdığını açıqlayıb:
    “Komanda yaxşı formadadır, lakin hələ inkişaf üçün imkanlar var”.
    Qeyd edək ki, “Real Madrid” – “Barselona” oyunu oktyabrın 26-da Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. “El Klasiko” öncəsi “Real Madrid” 24 xalla 1-ci, “Barselona” isə 22 xalla 2-ci yerdədir.

  • Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu baş tutdu

    Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

    Günün ilk matçında “Sərhədçi” “Naxçıvan”la üz-üzə gəlib.

    B qrupunun qarşılaşması Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb – 76:69.

    Günün ikinci görüşündə “Neftçi” “Abşeron Lions”la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq.

    Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda “Sabah” “Gəncə”ni (87:68), “Lənkəran” “Quba”nı (102:87), “Ordu” “Sumqayıt”ı (116:81) məğlub edib.

  • Azərbaycanın beş boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb

    Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.

    Mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.

    Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.

    Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O’Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.

    Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

    Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.

    Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcəklər.