Category: İdman

  • Cüdoçularımız Limada keçirilmiş Qran-pridə 7 medal qazanıb

    Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-prini 7 medalla başa vurublar.

    Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

    Bildirilib ki, sonuncu yarış günündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) mükafatçılar sırasına düşə bilib.

    Onlar müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.

    Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.

  • Şahmat yığmamız Ukraynanı məğlub etdi

    Şahmat üzrə Avropa çempionatı davam edir.
     
    Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığması bu gün lider Ukrayna ilə üz-üzə gəlib. 
     
    Rauf Məmmədovun yeganə qələbəsi ilə komandamız Ukraynanı məğlub edərək xalları bərabərləşdirib.

  • “Barselona”nın futbolçusu “Real”la oyunda iştirak etməyəcək

    İspaniyanın “Barselona” klubunun futbolçusu Dani Olmo “Real”a qarşı keçirəcəkləri La Liqanın X turunun oyununda iştirak etməyəcək.

    “Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin zədəli olması səbəb olub.

    O, 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Olmo İspaniya millisinin düşərgəsini də tərk edib.

    Qeyd edək ki, “Real” – “Barselona” oyunu oktyabrın 26-da keçiriləcək.

  • “İnter” “Real”ın qapıçısı ilə maraqlanır

    İspaniyanın “Real” klubunun qapıçısı Andrey Lunin karyerasını İtaliyada davam etdirə bilər.

    “İnter” 26 yaşlı qolkiperlə maraqlanır.

    Bundan əlavə, A Seriyasında çıxış edən bir neçə komanda onu izləyir. Onlardan birinin qışda Lunin üçün Madrid klubuna təklif göndərəcəyi ehtimal olunur.

    Qeyd edək ki, 2018-ci ildə İspaniya nəhənginə keçən ukraynalı qapıçı cari mövsüm heyətə düşməkdə çətinlik çəkir.

  • Səudiyyə Ərəbistanı klubu “Real”ın futbolçusunu rekord məbləğ qarşılığında transfer edə bilər

    Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniorun transferi ilə bağlı İspaniyanın “Real” kollektivi ilə danışıqlara başlayıb.

    “Report” “Indykaila News” portalına istinadən xəbər verir ki, futbolçu “Kral klubu” ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə müddətini uzatmasa, Asiya təmsilçisi “Real”a 300 milyon funt-sterlinq (345 milyon avro) təklif etməyə hazırdır.

    Vinisiusun keçidi futbol tarixinin ən bahalı transferi ola bilər. Hazırkı rekord braziliyalı hücumçu Neymara məxsusdur. O, 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə üz tutmuşdu.

    Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən “Real”da çıxış edir.

  • DÇ-2026: Ukrayna – Azərbaycan oyununu avstriyalı hakim idarə edəcək

    DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna – Azərbaycan oyunun avstriyalı hakim idarə edəcək.

    Baş hakim Sebastyan Qisxamer olacaq.

    Ona Yorqen Roland Riedel və Santino Şrayner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altman yerinə yetirəcək.

    Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

  • Rusiya bu yarışa da buraxılmayacaq

    Rusiyanın futbol üzrə U-19 millisi Avropa çempionatının 2026/27-ci il seçmə mərhələlərində iştirak etməyəcək. Buna görə də turnirin final mərhələsini də buraxacaq.

    Bu barədə “Sport-ekspress” qəzeti məlumat yayıb.

    UEFA-nın baş katibi Teodor Teodoridisin bütün 55 milli assosiasiyaya göndərdiyi dövri məktubda bildirilib ki, U-19 yaş qrupu arasında Avro-2026/27 turnirinin seçmə mərhələlərinin ilk raundlarının püşkatması bu ilin 10 dekabrında İsveçrənin Nyon şəhərində keçiriləcək. Məktuba U-19 komandalarının iştirak siyahısı da əlavə olunub. Siyahıda UEFA-ya üzv olan 55 ölkədən 54-nün adı var. Yalnız Rusiya püşkatmaya dəvət edilməyib.

    Xatırladaq ki, 2022-ci ilin fevralından Rusiyanın milli və klub səviyyəsində bütün komandaları beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.

  • Zlatan İbrahimoviç özünü tanrı adlandırdı

    İtaliyanın “Milan” klubunun sahiblərinin müşaviri Zlatan İbrahimoviç özünü tanrı adlandıraraq, klubun mümkün çempionluğu haqda danışıb.

    Median.Az bu barədə “La Gazzetta dello Sport”a istinadən xəbər verir.

    İbrahimoviç “Milan”ın çempion olacağına inanırsanmı” sualına belə cavab verib:

    “Bəli, hamımız buna inanmalıyıq. Amma bu, bir prosesdir, komanda işidir. İbrahimoviç hələ də tanrıdır. Meydanda olsaydım, bütün suallara cavab verərdim”, deyə veteran futbolçu bildirib.

    İbrahimoviç 2023-cü ilin yayında karyerasını bitirib. Onun son klubu İtaliya çempionluğunu qazandığı “Milan” olub. O, həmçinin Niderland, İspaniya və Fransa çempionatlarının qalibi adını qazamıb. İsveçli futbolçu karyerası ərzində “Ayaks”, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” komandalarında da çıxış edib, İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib.

    İsveçli forvard matçın hər dəqiqəsində qol vuran ilk futbolçu olub: ilk dəqiqədən 90-cı dəqiqəyə qədər.

  • Ronaldo hansı avtomobillərdə gəzir? (SİYAHI)

    Futbol ulduzu Kriştiano Ronaldo 40 yaşında olmasına baxmayaraq, hələ də futbolun ən yüksək səviyyəsində çıxış edir və qazandığı gəlirlərlə lüks avtomobil kolleksiyası yaradır. O, həmçinin futbol tarixində milyarder statusu qazanan ilk ulduz kimi tanınır.

    Qaynarifno xəbər verir ki, bu barədə “Supercarblondie” portalı məlumat yayıb.

    Portuqaliyalı hücumçu karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarında oynayıb. “Əl-Nəsr”lə imzaladığı 230 milyon dollarlıq illik müqavilə ona 73 milyon dollara başa gələn şəxsi təyyarə də daxil olmaqla bir sıra yeni lüks imkanlar qazandırıb. O, bu təyyarədən məşqlərə və oyunlara Dubaydakı iqamətgahından, həmçinin Portuqaliyanın Madeyra adasındakı evindən uçmaq üçün istifadə edir.

    2025-ci ildə müqaviləsinin müddəti başa çatdıqdan sonra Ronaldo “Əl-Nəsr”lə yeni razılaşma imzalayıb və 2027-ci ilə qədər komandada qalacaq. Yeni müqavilənin illik dəyəri təxminən 460 milyon dollar təşkil edir. Bununla o, Lebron Ceyms, Maykl Cordan, Rodcer Federer və Tayger Vuds kimi idman milyarderləri sırasına qoşulub.

    Ronaldo xüsusilə “Bugatti” markasının sadiq pərəstişkarı kimi tanınır. Onun kolleksiyasında “Bugatti Veyron Grand Sport Vitesse”, həmçinin son dərəcə nadir “Centodieci” modeli var – bu avtomobildən dünyada cəmi on ədəd istehsal edilib. Məlumata görə, Ronaldo ilk “Veyron”unu mühafizəçisinin qəzaya salmasından sonra eyni modelin yenisini alıb və ya əvvəlkini bərpa etdirib.

    Bundan başqa, onun qarajında “Bugatti Chiron”, “Ferrari Monza SP1”, “Ferrari F12 TDF”, “McLaren Senna”, “Chevrolet Camaro”, “Lamborghini Aventador” və “Ferrari Daytona SP3” kimi nadir hiperkarlar da yer alır.

    Futbolçu həmçinin dəbdəbəli yolsuz avtomobilləri sevir. “Mansory” şirkəti ona “G-Wagen” hədiyyə edib, bu avtomobil bir neçə dəfə Dubay küçələrində görüntülənib. Ronaldo gündəlik istifadə üçün bu modeli seçir. Onun SUV kolleksiyasına “Rolls-Royce Cullinan”, “Phantom Drophead”, “Bentley Continental GT” və “BMW XM Red Label” də daxildir.

  • “Araz-Naxçıvan” yoxlama matçı keçirib

    Azərbaycan millisinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama matçı keçirib.

    Naxçıvan klubu I Liqanın lideri “Şəfa” ilə üz-üzə gəlib.

    Görüş 1:1 hesabı ilə yekunlaşıb. Premyer Liqa təmsilçisinin heyətində Bəxtiyar Həsənalızadə fərqlənib