Category: İdman

  • “Qarabağ”ın “Atletik”lə oyununu bu hakim idarə edəcək

    UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik”lə “Qarabağ” arasında keçiriləcək III tur oyununun hakimləri bəlli olub.

    Median.Az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

    Matçın baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zabenitsa və İvan Mixal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriça yerinə yetirəcək. VAR hakimi İvan Bebek, onun köməkçisi isə isveçrəli Fedayi San olacaq.

    Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

  • Arda Turan: “Azərbaycan millisinə böyük hörmətim var”

    “Mənim üçün asan olmadı. Azərbaycan millisinə böyük hörmətim var”.

    Bu sözləri Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan deyib.

    Türkiyəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna – Azərbaycan görüşünə stadiondan baxdığını vurğulayıb:

    “Mənim üçün asan olmadı. Azərbaycan millisinə böyük hörmətim var. Burada işləyirəm və özümü Ukrayna xalqının bir parçası kimi hiss edirəm. Həmin matçda Ukraynanı dəstəklədim. Ukrayna yığması İslandiya və Azərbaycana qarşı çox yaxşı oynadı”.

    Qeyd edək ki, Polşada keçirilən Ukrayna – Azərbaycan oyununda nominal meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

  • “Real Madrid”in keçmiş futbolçusu insult keçirib

    “Real Madrid”, “Feyenoord” və Niderland millisinin sabiq futbolçusu Royston Drente insult keçirib.

    Bu barədə “De Rebellen” futbol klubu sosial mediada məlumat yayıb.

    Məlumata görə, 38 yaşlı futbolçu özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, hazırda Drente Niderlandda keçmiş peşəkar futbolçuların yer aldığı “De Rebellen” klubunda oynayır.

  • “Barselona” Avropa Superliqasından çıxdığını açıqladı – RƏSMİ

    İspaniyanın “Barselona” futbol klubu Avropa Superliqası layihəsindən geri çəkilib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta jurnalistlərə açıqlama verib.

    “Səbəblər sadədir. Biz UEFA ilə Superliqa arasında əlaqə yaratmaq üzərində işləyirik. Çempionlar Liqasının formatındakı dəyişiklik turnirin ümumi formasını yaxşılaşdırıb ki, bu da gəlirin 20% artması deməkdir. Biz Superliqa layihəsini dəstəklədik, lakin UEFA çərçivəsində müsbət dinamikanı görürük. Yarışların idarə olunması və təşkili məsələsi istisna olmaqla, Superliqa çərçivəsindəki təkliflər UEFA tərəfindən qəbul edildi”, – deyə Laporta bildirib.

    Xatırladaq ki, Superliqa layihəsi 2021-ci il aprelin 19-da Avropanın 12 aparıcı klubu tərəfindən elan edilmişdi. Hazırda bu layihədə yalnız “Real Madrid” qalıb.

  • Mbappe zədəsini sağaldıb, sabah meydana çıxa bilər

    Fransa yığmasının “Real Madrid”də çıxış edən ulduz futbolçusu sağ topuğundakı zədəsini sağaldıb.

    Bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Xabi Alonso mətbuat konfransında məlumat verib.

    Onun sözlərinə görə, forvard İspaniya çempionatında sabah “Xetafe” ilə səfər matçında meydana çıxa bilər.

    Qeyd edək ki, Mbappe zədə səbəbindən dünya çempionatının seçmə mərhələsində İslandiya ilə matçı (2:2) buraxmalı olub.

  • “Qarabağ” “Turan Tovuz”u məğlub etdi

    Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib.

    “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

    “Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

    Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikincidir.

    Qeyd edək ki, turun bu gün baş tutan “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

  • Premyer Liqada 11-ci tur “Zəfər turu” adlanacaq

    Azərbaycan Premyer Liqasında 11-ci tur “Zəfər turu” adlanacaq.
     
    Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
     
    Xatırladaq ki, 8 noyabr – 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” olaraq təsis edilib. 
     
    7 noyabr (cümə)
     
    “Şamaxı” – “İmişli”
    Şamaxı şəhər stadionu, 13:44
     
    “Qəbələ” – “Sumqayıt”
    Qəbələ şəhər stadionu, 16:44
     
    8 noyabr (şənbə)
     
    “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
    “Liv Bona Dea Arena”, 15:44
     
    “Zirə” – “Turan Tovuz”
    Zirə İK stadionu, 18:44
     
    9 noyabr (bazar)
     
    “Kəpəz” – “Sabah”
    Qəbələ şəhər stadionu, 15:44
     
    “Qarabağ” – “Neftçi”
    “Azersun Arena”, 18:44

  • Ronaldudan yeni rekord

    Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının seçmə matçlarında ən çox qol vuran oyunçu olub.

    Ronaldu Macarıstana qarşı ev oyununda 22-ci və 45+3-cü dəqiqələrdə 2 qol vuraraq, seçmə mərhələdə vurduğu qolların sayını 41-ə çatdırıb.

    Bu göstərici ilə o, 2017-ci ildə karyerasını başa vuran qvatemalalı hücumçu Karlos Ruisi (39) ötüb.

  • Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb – YENİLƏNİB

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

    “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv yarışı 13 xalla ikinci sırada bitirib.

    Ukrayna qızıl, Serbiya bürünc medala sahib çıxıb.

    * * * * *

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turunda məğlub olub.

    “Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiyaya uduzub – 1:3.

    Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.

    Qadınlardan ibarət seçmə isə sonuncu görüşdə Polşaya yenilib – 1.5:2.5. Komandanın mükafatçılar sırasında yer ala bilməyəcəyi ötən tur dəqiqləşmişdi.

  • “Qarabağ”ın məşqçisi “Qalatasaray”ın düşərgəsində

    “Qarabağ” klubunun məşqçisi Hüseyn Seyidov Türkiyənin “Qalatasaray” klubunda təcrübə proqramı keçib.

    Median.Az bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Mütəxəssis klubun saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu deyib:

    “Bu imkanı yaratdıqları üçün klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov olmaqla hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli bir təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. “Qalatasaray”da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçılar üzrə məşqçi Fadıl Koşutan ilə günün 10 saata qədərini birgə keçirirdik. Video təhlillərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu”.

    O, Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib:

    “Fadıl Koşutan UEFA-nın PRO kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. O, uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük bir özgüvənlə qayıtdım”.

    Seyidov “Qalatasaray” və “Qarabağ” arasındakı fərqlərdən də danışıb:

    “Təbii ki, müəyyən fərqlər var. “Qalatasaray” Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq “Qarabağ”da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və təhlil imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir”.

    O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib:

    “Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam”.