Category: İdman

  • Ramil Şeydayev: Belə məğlub olmaq olmaz

    AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya matçı qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

    Millimizin yeganə qoluna imza atan Ramil Şeydayev oyundan sonra açıqlama verib.

    O, məğlubiyyətə görə, deməyə söz tapmadığını bildirib:

    “Pis oynadıq. Deməyə söz tapmıram. Belə məğlub olmaq olmaz. Məşqçimiz yenidir. Ümidvaram ki, gələcəkdə yaxşı nəticələr qazanacağıq”.

  • AVRO-2020: Azərbaycan-Slovakiya matçında biabırçı məğlubiyyət – YENİLƏNİB

    Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Slovakiya oyunu başa çatıb.

    Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib.

    Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar.

    Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub – 5:1.

    Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

    Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

    21:43

    Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunu başlayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, E qrupunda mübarizə aparan komanda “Bakcell Arena”da Slovakiyanı qəbul edir.

    *** 18:44

    AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

    Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov

    Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka

    Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı saat 20:00-da “Bakcell Arena”da başlayacaq.

  • Azərbaycan Avroliqa finalından 680 milyon manat qazanıb

    Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub, ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.

    Rəsmi göstəricilərə əsasən, oyunu 300 milyona yaxın insan televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.

    Gənclər və İdman Nazirliyi və AFFA-nın məlumatlarına görə, final oyunu ilə bağlı ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 milyon manatlıq nağd vəsait daxil olub. İqtisadi dəyərin 1.25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əmək haqları hesabına yaranıb.

    AZAL-dan daxil olan məlumatlarda isə 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.

  • “Zirə” 4 futbolçu ilə yeni müqavilə bağlayıb

    “Zirə” 4 futbolçu ilə müqaviləni yeniləyib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı təmsilçisi Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca ilə 2, Tellur Mütəllimovla isə razılaşmanın müddətini 1 illik uzadıb.

    Nqalande, Kqasvane, Tiqrduca bu ilin, Mütəllimov isə ötən ilin yanvar ayından “Zirə”nin şərəfini qoruyur.

  • “Neftçi”dən növbəti transfer – FOTO

    ​​​​“Neftçi” klubu təcrübəli futbolçu Rauf Əliyevlə 1 illik müqavilə imzalayıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, 30 yaşlı hücumçu 19 nömrəli formada çıxış edəcək.

    Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), 2Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb.

    2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

    Xatırladaq ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə iki illik müqavilə bağlamışdı.

    Qeyd edək ki, “Neftçi” 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasını ikinci yerdə başa vurub. 58 xal toplayan ağ-qaralar çempion “Qarabağ”dan səkkiz xal geri qalıb.

  • II Avropa Oyunlarında idmançılara veriləcək məbləğlər – I yer 150 min AZN

    “Minsk 2019” II Avropa Oyunlarında medal qazanacaq idmançıların alacağı mükafat bəlli olub.

    Median.Az “Report” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüşdə məlumat verib.

    O bildirib ki, yeni qərar qəbul olunmasa, bu Bakı 2015 I Avropa Oyunlarındakı mükafatla eyni olacaq.

    2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.

    Qeyd edək ki, II Avropa Oyunları iyunun 21 – 30-da keçiriləcək.

  • “Neftçi” kapitanı ilə yollarını ayırdı

    “Neftçi” klubu kapitan Ruslan Abışovla yollarını ayırıb.

    Bu barədə klubun rəsmi saytında məlumat verilib.

    Bildirilir ki, təcrübəli müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

    Qeyd edək ki, R.Abışov 2017-ci ildə ikinci dəfə “Neftçi”yə transfer olunub. Bundan əvvəl o, 2006-2012-ci illərdə də “flaqman”ın heyətində çıxış edib.

  • Türkiyəyə qarşı hörmətsizlik: Tualet fırçası ilə qarşılandılar – VİDEO

    Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində İslandiyaya yola düşən Türkiyə yığma komandasına qarşı hörmətsizlik edilib.

    Türkiyə yığmasının üzvü Emre Belözoğlu jurnalistlərə açıqlama verərkən kənarda bir şəxs yaxınlaşaraq futbolçuya mikrofon əvəzinə tualet fırçası uzadıb. Bundan əlavədə yığma komandanın digər üzvləri hava limanında səbəbsiz yerə 3 saata yaxın gözləyiblər.

    Bütün bunlara görə rəsmi Ankara sərt reaksiya verib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın baş verənlərin hörmətsizlik əlaməti olduğunu bildirib: “Rəsmi şəkildə nə lazımdısa, ediləcək. Dövlətimiz və millətimiz komandamızın yanındadır. Komandamız layiqli cavabı meydançada verəcək”.

  • Azərbaycan karateçiləri Çində iki medal qazandılar

    Azərbaycan karateçiləri Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində iki bürünc medal qazanıblar.

    Milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə III yeri tutublar.

    Onlar bununla reytinq cədvəllərində mövqelərini də möhkəmləndiriblər.

    Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün IV mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.

    Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan yığma üzvləri iyunun 11-də Bakıya dönüb II Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.

  • Makqreqor Hollivud ulduzlarını döyüşə çağırdı

    Keçmiş UFC çempionu Konor Makqreqor müğənni Castin Biberin “tweet”inə reaksiya verərək, tanınmış Hollivud aktyoru Tom Kruzu döyüşə dəvət edib.

    “Tom Kruz özünü kişi sayırsa, (Castin Biberin) bu çağırışını qəbul edib, “McGregor Sports and Entertainment”ə gəlib döyüşsün”, – deyə irlandiyalı əlbəyaxa döyüş növləri ustası öz “Twitter” hesabında yazıb.

    Makqreqor həm də aktyor Mark Uolberqə meydan oxuyub.

    Qeyd edək ki, Makqreqor UFC karyerasını başa vurub. Bununla belə, ara-sıra döyüş meydanına qayıtmağa hazır olduğunu bildirir.