Category: İdman

  • AÇ-də ikinci medalımız gümüş oldu

    İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində Əsgər Əlizadə final qarşılaşmasına çıxıb.

    Lakin idmançımız gürcü rəqibi Dieqo Çxilvadzeyə 3:8 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

    Qeyd edək ki, daha əvvəl Zaur Əliyev (-55 kq) bürünc medal qazanmışdı. O, erməni güləşçisi Qevorq Sukiasyana 3:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk medalı qazandırmışdı.

  • Rusiya XİN-i AvroLiqanın Bakı finalı barədə açıqlama verdi

    İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir.

    Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.

    Bakıda UEFA Avropa Liqasının mayın 29-da keçirilən final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, buna uyğunlaşmağa çalışsaq da, o demək deyil ki, bu cəhdlərlə razılaşırıq:

    “İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir. İdman birləşməyi təşviq edir, parçalanmağı yox. Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışları təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq”.

    Təhlükəsizlik məsələlərinə gəldikdə, rusiyalı rəsmi qeyd edib ki, Bakını qorxulu şəhər adlandırmaq çətindir:

    “Mən böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edirəm. Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır”.

    Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

  • “Real”dan 60 milyonluq ilk transfer

    Madrid “Real”ı yay transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib.

    “Real” Serbiya millisinin hücumçusu Luka Yoviçi rəsmən transfer edib.

    Bu futbolçunun keçidi üçün “Ayntraxt”a 60 milyon avro ödənilib. Onunla altı illik müqavilə bağlanılıb.

    Bosniya və Herseqovinada doğulmuş 21 yaşlı futbolçu ötən mövsüm Frankfurt “Ayntraxt”ında 48 oyuna 21 qol vurmaqla böyük klubların diqqətini özünə cəlb edə bilib. Texnikalı və hər iki ayağı ilə oynamaq özəlliyinə sahib olan futbolçunun UEFA Avropa Liqasında vurduğu 10 qol sayəsində komandası bu turnirin yarımfinalınadək irəliləyib.

    Qeyd edək ki, “Srvena Zvezda” klubu ilə iki dəfə Serbiya çempionluğu, “Benfika” ilə iki dəfə Portuqaliya çempionluğu yaşayıb, bundan başqa Portuqaliya Kuboku, Portuqaliya Super Kuboku və Portuqaliya Liqa Kubokunu qazanıb. Luka Yoviç “Ayntraxt”la 2017/18 mövsümündə Almaniya Kubokunu da başı üzərinə qaldırıb.

  • “Qarabağ” UEFA reytinqində “Milan”ı qabaqlayıb

    UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.

    Sıyahıda birinci yerdə “Real”, ikinci yerdə “Barselona”, üçüncü yerdə isə “Bavariya” qərarlaşıb.

    Azərbaycanın “Qarabağ” klubu “Milan”, “Lester”, “Feyenord” və “Celta” kimi məşhur klublarını qabaqlayaraq siyahıda 70-ci yerdə qərarlaşıb.

    Azərbaycanın “Qəbələ” klubu 173-cü, “Keşlə” 273-cü, “Neftçi” 274-cü, “Zirə” 275-ci, “Kəpəz” 276-cı yerlərdə qərarşlaşıblar.

    Reytinqin ilk onluğunda isə həmçinin “Atletiko”, “Yuventus”, “Mançester Siti”, “Sevilya”, “PSJ”, “Arsenal” və “Porto” yer alıblar.

  • Azərbaycan cüdoçuları Rumıniyada bir qızıl, üç bürünc medal qazanıb

    Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

    Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.

    52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

    Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi -48 kq), İçinxorlu Munxtsedev (-57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

  • Güləşçimiz erməni rəqibinə dərs keçdi

    İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında Azərbaycan güləşçisi Laçın Vəliyev erməni rəqibi ilə qarşılaşıb.

    Azərbaycan Güləş Federasiyasının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Hakob Baqdasaryana dərs keçərək (9:0) növbəti mərhələyə yüksəlib. Bundan əvvəl L.Vəliyev finlandiyalı Yuho Matias Pahikayneni eyni hesabla məğlub edib. Onun 1/4 finalda rəqibi macar David Losonşi olacaq.

    Digər təmsilçilərimizdən Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Güləşçimiz birinci görüşündə Bolqarıstan idmançısı Denis Demirova ilk hissə bitmədən qalib gəlib – 9:0. Onun 1/4 finaldakı rəqibi Danimarka təmsilçisi Nikolay Soheyl Məhəmmədi olacaq.

    63 kq-da yarışan Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibi Daniel Morais Kaldası cəmi 36 saniyəyə məğlub edərək (8:0) 1/4 finala vəziqə qazanıb. Bu mərhələdə Z.Nuriyev gürcü Leri Abuladze ilə qarşılaşacaq.

    Sərxan Məmmədov da 1/4 finala yüksəlməyi bacarıb. O, ilk görüşdə Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib – 12:3.

  • Çempionlar Liqasının finalı: “Liverpul” hesabı 2-ci dəqiqədə açdı – YENİLƏNİB + VİDEO

    UEFA Çempionlar Liqasının final matçında hesab erkən açılıb.

    Median.Az xəbər verir ki, 1-ci dəqiqədə Məhəmməd Salahın zərbəsi fransalı Mussa Sissokonun qoluna dəyib.

    Bu üzdən sloveniyalı referi Damir Skomina penalti nöqtəsini göstərib. Penaltini elə misirli Salah yerinə yetirib – 1:0.//oxu.az

    22:47

    UEFA Çempionlar Liqasının final matçında üz-üzə gələcək komandaların start heyətləri açıqlanıb.

    Median.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

    “Tottenhem”: Üqo Lyoris, Kiran Tripyer, Tobi Alderveyreld, Yan Vertonqen, Dəni Rouz, Mussa Sissoko, Hari Uinks, Dele Ali, Kristian Eriksen, Hın-Min Son, Hari Keyn

    “Liverpul”: Alison Beker, Endryu Robertson, Vircil van Deyk, Joel Matip, Trent Aleksander-Arnold, Corcinio Veynaldum, Fabinyo, Cordan Henderson Sadio Mane, Roberto Firmino, Məhəmməd Salah.//oxu.az

  • Millimizdən 3:0 hesablı qələbə

    Bu gün “Dalğa Arena”da əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib.

    Median.Az xəbər verir ki, qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Dmitri Nəzərov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub.

    Qeyd edək ki, əsas millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, üç gün sonra isə Slovakiya yığma komandaları ilə görüşəcək.

  • “Qəbələ” Cavidlə vidalaşdı

    “Qəbələ” yarımmüdafiəçi Cavid Hüseynovla yollarını ayırıb.

    Median.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

    Komandanın heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan yarımmüdafiəçi 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu “qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Futbolçu keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.

  • Məşhur futbolçu avtomobil qəzasında öldü

    “Arsenal”, “Real”, “Sevilya” klublarının və İspaniya yığmasının heyətində çıxış edən sabiq yarımmüdafiəçi Xose Antonio Reyes ölüb.

    “Sevilya” klubunun “Twitter” hesabında yer alan xəbərə görə, 35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib.

    X.Reyes “Sevilya”nın uşaq komandasına 10 yaşından qoşulub, birinci komandada isə ilk debütü 16 yaşında olub.

    2004-cü ildə ispaniyalı “Arsenal”a keçib və komandaya İngiltərə çempionatını qazanmaqda yardımçı olub. Daha sonra Reyes kirayə əsasında Madridin “Real” klubunda çıxış edib. 2007-ci ildə “Arsenal” onu “Atletiko”ya satdı və Reyes bu klubun heyətində iki dəfə Avropa Liqasının qalibi olub.

    2012-ci ildə yarımmüdafiəçi “Sevilya”ya qayıdıb və daha üç dəfə Avropa Liqasının qalibi olub. Onun son klubu “Estremadura” olub. Yarımmüdafiəçi İspaniya yığmasının heyətində 21 dəfə meydana çıxıb, dörd qol vurub. 2006-cı ildə keçirilən Dünya Çempionatında iştirak edib.