Category: İdman

  • Azərbaycan gimnastı: “Çıxış zamanı çox həyəcanlandım, bu da nəticədə özünü göstərdi”

    Median.Az bildirir ki, bunu Trend-ə Azərbaycan gimnastı Xoşqədəm Quliyeva deyib.

    O bildirib ki, çıxışı zamanı həddən çox həyəcanlanıb:

    “Bu da nəticədə özünü göstərdi. Ona görə də, istədiyimi kimi çıxış edə bilmədim. Əlbəttə ki, azarkeşlərin dəstəyi mənə diqqətimi toplamağa kömək etdi”.

    X.Quliyeva bildirib ki, aerobika gimnastikası ilə bir il əvvəl məşğul olmağa başlayıb:

    “Əvvəllər akrobatika ilə, sonra iki il bədii gimnastika ilə məşğul olmuşam. Aerobika gimnastikası ilə məşğul olmaq üçün müəyyən hazırlıq olmalıdır. Amma bu növü mən çox bəyənirəm”.

    Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

    Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

    Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

    Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

    Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

  • Dünyanın məşhur futbolçuları Bakıda – VİDEO

    Dünyanın sabiq məşhur futbolçuları – ingiltərəli Maykl Ouen və italiyalı qapıçı Françesko Toldo Bakıdadır.

    Onlar bu gündən etibarən Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunmuş Azarkeş Festivalında iştirak edirlər.

    Yeri gəlmişkən, bu festival UEFA Avropa Liqasının finalının keçiriləcəyi mayın 29-dək fəaliyyət göstərəcək.

    İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız.

    Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

  • Avropa Liqasının finalı: Siyasi yox, idman sürprizləri gözləntisində

    UEFA Avropa Liqasının finalında ilk dəfə olaraq London derbisinə sayılı günlər qalıb. Dumanlı Albionun əzəli rəqibləri “Arsenal” və “Çelsi” öz aralarında 195-ci matçı məhz Bakının “Olimpiya” stadionunda keçirəcək. “Topçular” üçün bu ilk UEFA Avropa Liqası finalıdırsa, Roman Abramoviçin komandası oyunçuları 2012/2013 mövsümündə “Queens” qrupunun məşhur “We are the champions” mahnısının sədaları altında kuboka sahib çıxıb. “Zadəganlar” həmin vaxt finalda Portuqaliyanın “Benfika” komandasına 2:1 hesablı məğlubiyyət acısı yaşatmışdı.

    Həm Çempionlar Liqası, həm də Avropa Liqası finalının sırf ingilis qarşıdurması olacağı faktı özü də bir istisnadır, buna qədər belə bir vəziyyət olmayıb. Komandanın qələbə şanslarını qiymətləndirmək, final matçı ilə bağlı proqnozlar vermək əvəzinə, maraqlı dairələr KİV vasitəsilə “Arsenal”da çıxış edən Henrix Mxitaryanın “ölümcül” küskünlüyü və problemli komplekslərini tirajlayır.

    Erməni yarımmüdafiəçi yalan şərtiliyi bir kənara qoyub, əsas diqqətini futbol sənətinə yönəltmək əvəzinə, komandasına çempionluq arzusunu gerçkəşdirməkdə kömək etmək yerinə, erməni lobbisinin oyununa gedir… Eybi yox. Özü və ya özləri bilər. Britaniya və Qərb KİV bu məsələni həddindən artıq şişirdib. Məsələ ifrat dərəcədə siyasiləşdirilir. Bu mövzu artıq “çeynənilib, udulub və həzm edilib”. Ancaq Azərbaycanın Mxitaryanın Bakı səfəri üçün verdiyi təhlükəsizliklə bağlı zəmanətlərə rəğmən mövzunu yenidən gündəmə gətirirlər, bundan hay-həşir salmaq üçün bir növ bəhanə kimi istifadə edirlər. Bütün bunlar hakim Canluki Rokkinin final fitindən sonra başa çatacaq və unudulacaq.

    Bu və ya digər idman turnirinə, final qarşılaşması, dünya və ya kontinental səviyyəli çempionat, həm də Olimpiya oyunlarına ev sahibliyi edən ölkəyə basqılar əvvəllər də müşahidə olunub. Hər zaman iri miqyaslı tədbirlərin ərəfəsində siyasət mədəniyyət, incəsənət və idmanı sıxma-boğmaya salmağa çalışır. Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in təxirə salınması ilə bağlı çağırışları yəqin çoxlarınız xatırlayırsınız. Ancaq dünya birinciliyi gözlənilməz sürprizlərlə zəngin oldu. Söhbət siyasi yox, idman sürprizlərindən gedir.

    Gəlin qayıdaq “siyasi çəkişmənin” əsl səbəbinə. “Çelsi” ilə “Arsenal” arasında keçirilmiş 194 oyundan 75-də “topçular” qələbə sevinci yaşayıb. Abramoviçin komandası isə 62 matçda üstün tərəf olub. Qol nisbəti “Arsenal”ın xeyrinə 271-256-ya bərabərdir.

    Komandaların son 24 ay ərzində keçirdiyi 11 oyuna gəlincə, onlardan beşi bərabərliyə qalıb, üç dəfə “Çelsi”, üç dəfə “Arsenal” qalib gəlib. Qol statistikasına gəlincə, “Çelsi” rəqibinin qapıçısını 15 dəfə məyus edib, öz qapısında isə 12 top görüb.

    Avropa Liqasında bu iki London klubunun yolları artıq bir dəfə kəsişib. Söhbət 2003/2004 mövsümünün dörddə bir final oyunundan gedir. Həmin vaxt iki oyunun toplam nəticəsinə görə “Çelsi” üstün olub: Birinci matç 1:1 başa çatıb, ikincidə “Çelsi” 2:1 hesabı ilə qələbə qazanıb.

    Ümumi götürəndə “Arsenal” Avrokuboklarda ingilis komandalarına qarşı zəif oynayır. Həmyerliləri üzərində bir qələbəsi belə yoxdur. “Topçular”ın aktivində altı matçda iki heç-heçə və dörd məğlubiyyət var. “Liverpul” və “Mançester Yunayted”ə qarşı son iki oyunu (Avrokuboklarda) “Arsenal” məğlubiyyət acısı yaşayıb. Ancaq bu dəfə hər şey fərqli ola bilər. Belə ki, hazırda “Arsenal”ın başında 2014-2016-cı illərdə “Sevilya” ilə ardıcıl üç dəfə Avropa Liqası çempionluğunu yaşamış Unai Emeri durur. Üstəlik “topçular” Avropa Liqasında keçirdiyi son beş oyunda yalnız qələbə qazanaraq, klub rekordunu yeniləyib. Bundan əvvəlki rekordu ardıcıl 3 qələbə idi.

    Ancaq əlbəttə ki, “zadəganlar”ın nailiyyətləri daha yüksək təəsürat doğurur. Komanda cari Avropa Liqası mövsümündə bir oyunda belə uduzmayıb. Abramoviçin komandası 11 matçda qalib olub, 3 oyunda heç-heçə edib. Bukmeyker kontorları məhz “Çelsi”ni Bakı finalının favoriti görür.

    Yeri gəlmişkən, Bakı finalında canlı əfsanə olan qapıçı Peter Çex idman karyerasını başa vuracaq. Avropa Liqasının həlledici oyunu həm də bununla əlamətdar olacaq.

  • “Arsenal” Mxitaryanı satmağa hazırlaşır

    London “Arsenal”ının rəhbəri Ermənistan yığmasının yarımmüdafiəçisi otuz yaşlı Henrix Mxitaryanı satmağa hazırlaşır.

    Median.Az-ın “The Sun” nəşrinə istinadən verdiyi məlumata görə, klubun rəhbərliyi oyunçunun Premyer Liqadakı pik formasına çıxa bilməyəcəyini zənn edir.

    Xatırladaq ki, Mxitaryan “Arsenal”a “qırmızı şeytanların” rəhbəri Joze Mourinyo onunla vidalaşmağa qərar verdikdən sonra, 2018-ci ilin qışında keçib. Qeyd edək ki, erməni əsilli oyunçu “Çelsi” ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməkdən imtina edib.

  • Məşhur futbolçular Bakıda

    Sabah – mayın 25-də UEFA Avropa Liqasının Azarkeş Festivalı start götürəcək.

    Median.Az-ın məlumatına görə, festival saat 12:00-dan etibarən ictimaiyyət nümayəndələri üçün açıq olacaq.
    Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-na qədər fəaliyyət göstərəcək.

    İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə, Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək mümkün olacaq. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

    Azarkeş Festivalına təşrif buyuracaq azarkeşlər üçün daha bir sürpriz isə ötən illərin məşhur futbolçularının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun mayın 25-də festivalda iştirakı olacaq.

    Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib

    UEFA prezidenti Aleksandr Ceferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

    Ceferin final oyunu fonunda Azərbaycan haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

    UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. Bildirib ki, Mxitaryanın dedikləri 2016-cı ildə Fransada keçirilən “Avro-2016” oyunlarını yada salır.

    “Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, – deyə UEFA prezidenti qeyd edib.

  • “Formula 2”: Mixael Şumaxerin oğlu Monakoda qəza törədib

    “Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer “Formula 2″nin Monakoda keçirilən 5-ci mərhələsində qəza törədib.

    Median.Az report-a istinadən xəbər verir ki, yarışın ilk bölümündə “5-lik”də yer alan 20 yaşlı sürücü pit-stopa ilk girənlərdən olub.

    Şumaxer bu zaman tıxacın yanından keçmək istəyib. Epizodların birində o, maşınını Tatyana Kalderonun avtomobilinə vurub və onun yolunu bağlayıb. Bu hadisəyə qırmızı bayraqa səbəb olub. Mik Şumaxer yarışı 14-cü pillədə bitirə bilib.

    Monako Qran-prisində “Formula-2” yarışının ilk qalibi ART komandasından Nik de Vris olub.

  • Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib – FOTO

    Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, komanda hesabı üzrə qaliblər 5 ən yaxşı çıxışa görə müəyyən edilib.

    Kürsünün yuxarı pilləsinə Rusiyanın gənclər komandası çıxıb. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Macarıstan komandaları qərarlaşıb.

    Qaliblərə mükafatları Avrop Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə texniki komitəsinin rəhbəri Mariya Kristina Kazentini, UEG-in aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Alina Draqan, Azərbaycan Gimnastika Federasiyasının meneceri Mehman Əliyev təqdim edib.

  • Erməni bacı-qardaş Bakıda – VİDEO

    Bu gün Azərbaycanda Aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək erməni əsilli idmançılar, bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlar oyunöncəsi ITV telekanalına açıqlama veriblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda Rusiyanı təmsil edəcək idmançılar bildiriblər ki, Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub.

    “İdman idmandır, siyasət siyasətdir” şüarını səsləndirən bacı-qardaş burada sadəcə idman atmosferi ilə qarşılaşdıqlarını vurğulayıblar.

    Bundan başqa, onlar paytaxt Bakını və sakinləri çox bəyəndiklərini deyiblər: “Müasir Bakıdan İçərişəhərə keçəndə özünü sanki başqa bir əsrə düşmüş kimi hiss edirsən”.

    Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa Avropanın 22 ölkəsindən ən güclü aerobika ustaları qatılacaq. 3 gün baş tutacaq yarışda 400 idmançı mübarizə aparacaq.

  • Fiqu müraciət etdi: “Bakıdakı finalı qaçırmayın” – VİDEO

    Bakıda keçiriləcək Avropa Liqası finalının səfiri olan portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu müraciət edib.

    Veteran futbolçu azarkeşləri “Çelsi” və “Arsenal” arasında baş tutacaq final görüşünə dəvət edib:

    “Əziz dostlar, 5 gün sonra Bakıda böyük final olacaq. Əzizlərim, bunu qaçırmayın”.