Category: İdman

  • AFFA: Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək

    AFFA “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı qərarına cavab verib:

    “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi.

    Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib.

    Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.

  • Henrix Mxitaryan Bakıya gəlməyəcək – RƏSMİ

    İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı “Çelsi” ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.

    Bununla bağlı London təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib.

    “Mxitaryanla bağlı bütün variantları araşdırdıq, o və ailəsi ilə müzakirələr apardıq və keçirilən yığıncaqda onun finalda oynamaması ilə bağlı qərar qəbul etdik. Məsələ ilə bağlı UEFA-nı məlumatlandırmışıq”, – məlumatda bildirilib.

  • Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq – VİDEO

    UEFA Avropa Liqası turnirinin final oyununa marağın çox olması nəzərə alınaraq bakı olimpiya stadionunda əlavə biletlər satışa çıxarılacaq.Oyuna azarkeş marağının çox olması səbəbindən aviaresyslərin sayı artırılıb. Final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğu nəzərə alınaraq Tiblisi-Bakı marşrutu üzrə işləyən avtobusların sayı artılırıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Xəzər TV-yə müsahibəsində deyib ki, azarkeşlərin şəhərdə daha çox olduğu yerlərdə xidmətin əməkdaşları bukletlər paylayacaq. Turistlər bu bukletlrdəki məlumatların köməyi ilə gəzməli yerlər və ora necə getmək haqqında ətraflı məlumat əldə edəcəklər. Azarkeşlərin bölgələrə üz tutması da nəzərə alınaraq rayonlara işləyən avtobusların da sayı artırılacaq.

    Qeyd edək ki,avroliqanın final oyunu may ayının 29 da saat 23.00 da baş tutacaq.Final oyununda İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq.

  • “Neftçi”nin qovduğu futbolçu Xorvatiya millisinə dəvət aldı

    AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Xorvatiya millisinin Uels və Tunislə yoxlama görüşü üçün heyəti açıqlanıb.

    Baş məşqçi Zlatko Daliç 32 futbolçuya dəvət yollayıb. Yığmaya dəvət alanlar arasında Türkiyənin “Rizəspor” klubunun müdafəçisi Dario Melnyak da var. 26 yaşlı futbolçu ilk dəfə milliyə çağırılıb.

    “Neftçi” Melnyakı 2016-cı ilin yayında Belçikanın “Lokeren” klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.

  • CNN finalöncəsi Bakıdan reportaj hazırladı – VİDEO

    ABŞ-ın məşhur CNN telekanalı UEFA Avropa Liqasının final oyunu öncəsi Bakıdan reportaj hazırlayıb.

    Bir dəqiqəlik reportaj zamanı Ramil Cahangirov Bakı haqqında qısa məlumat verib:

    “Mən Ramil Cahangirovam. Doğma şəhərim Bakıya xoş gəlmisiniz. Çoxlarına təəccüblü gəlsə də, Bakı futbolu çox sevən bir şəhərdir. Şəhərin istənilən bucağında Bakı sakinləri futbolu izləyir. Uşaqlar hər yerdə – məhəllələrdə, həyətlərdə və parklarda futbol oynayır.

    Tofiq Bəhramov Azərbaycan futbolunun ən görkəmli simalarından sayılır. Bəhramov 1966-cı il Dünya Çempionatının finalında İngiltərə və Almaniya yığmaları arasında keçirilən matçda yan hakim olub. Onun verdiyi dəqiq qərar nəticəsində ingilislər tarixlərində ilk dəfə olaraq dünya çempionu olublar. Bu stadiona məhz onun adı verilib.

    Bu isə Azərbaycanın ən böyük və yeni stadionudur. Bakı Olimpiya Stadionu 2019-cu il Avropa Liqasının finalına ev sahibliyi edəcək. “Çelsi” məhz bu meydanda “Arsenal”a qarşı mübarizə aparacaq. “Çelsi”nin bu ot örtüyü üzərində oynamasını səbirsizliklə, həyəcanla gözləyirəm”.

  • “Bavariya” ardıcıl yeddinci dəfə çempion oldu

    Futbol üzrə Almaniya çempionatının 2018-2019-cu il mövsümünə yekun vurulub.

    Median.Az xəbər verir ki, Münhenin “Bavariya” klubu ardıcıl yeddinci dəfə çempion olub.

    “Bavariya” sonuncu turda “Ayntraxt” klubunu 5:1 hesabı ilə darmadağın edib.

    “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski 22 qolla çempionatın ən sərrast futbolçusu adını qazanıb.

  • Kriştianu Ronaldu İtaliya A seriyasının ən qiymətli futbolçusu seçilib

    “Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu hazırkı mövsümdə futbol üzrə İtaliya A seriyasının ən qiymətli oyunçusu adlandırılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu barədə “Football Italia” bildirib.

    Qeyd edilir ki, mükafat A seriyası üzrə verilir. Nominasiyaların qalibləri “Opta Sport” və “Netco Sports” statistika agentliklərinin məlumatları əsasında təyin edilir. Qalibin seçimi zamanı oyunçuların İtaliya çempionatında, ölkə kubokunda və superkubokunda çıxışları nəzərə alınıb.

    Qeyd edilir ki, 34 yaşlı Ronaldu indiki mövsümdə A seriyasının 30 matçında 21 qol (5 qol penalti zərbəsi ilə) vurub. O, həmçinin 8 məhsuldar ötürmə verib.

    Mükafatlara başqa futbolçular da layiq görülüblər.

    “İnter”in qapışısı Samir Handanoviç ən yaxşı qapıçı, “Napoli”nin müdafiəçisi Kalidu Kulibali ən yaxşı müdafiəçi, “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç ən yaxşı yarımmüdafiəçi, “Sampdoriya” klubunun hücumçusu Fabio Kvalyarella ən yaxşı hücumçu, “Roma”nın futbolçusu Nikolo Zaniolo ən yaxşı gənc futbolçu mükafatlarına layiq görülüblər.

    Daha əvvəl bildirilib ki, Ronaldu “Yuventus”dan İskonu almağı xahiş edib.

  • Xavi “Barselona”nın baş məşqçisi olacaq?

    “Bir baş məşqçi olaraq sıfırdan başlamalıyam, özümü sübut etməliyəm. “Barselona”nın baş məşqçisi ola bilmərəm. Bu, normal hal deyil. “.

    Median.Az xəbər verir ki, bunu “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes deyib.

    Bununla da 39 yaşlı yarımmüdafiəçi “Barselona”nın baş məşqçisi olacağı ilə bağlı yayılan xəbərləri təkzib edib

  • Azərbaycan gimnastları finalda çıxış ediblər

    Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv lentlə hərəkətlərdə 17.300 xalla 9-cu olub. Çoxnövçülükdə isə 38.950 xal qazanan yığma 6-cı yeri tutub.

    Qeyd edək ki, Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir. Mayın 19-da – son yarış günündə fərdi proqramda Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.

    Gənclərdən ibarət yığma isə halqa ilə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.

  • Tanınmış idmançımız Avropa çempionatında medal qazandı

    Tanınmış idmançımız Bəxtiyar Abbasov İspaniyanın Xixon şəhərində keçirilən sambo üzrə Avropa çempionatında bürünc medal qazanıb.

    O, döyüş sambosunda bu gün üçüncü yeri tutub.

    Bundan başqa, dünən 52 kq çəki dərəcəsində Nəsimi Umbayev bürünc medal qazanıb.

    Qeyd edək ki, millimiz klassik samboda Avropa çempionatına ikinci heyətlə yollanıb. Buna səbəb əsas heyətin gələn ay Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlaşmasıdır.

    //oxu.az