Category: İdman

  • Roman Abramoviç Bakıya gəlir

    “Çelsi” klubunun sahibi milyarder Roman Abramoviç Avropa Liqasının finalını izləmək üçün gələn həftə Bakıya səfər edəcək.

    Bu barədə “The Sun” yazır.

    Nəşr bildirir ki, R.Abramoviç Britaniya vizası ilə bağlı problemlərə görə uzun müddətdir ki, klubun oyunlarında iştirak edə bilmir.

    Ancaq milyarder artıq İsrail vətəndaşlığını qəbul edib və Azərbaycanda “Arsenal”a qarşı final matçını seyr edəcəyinə ümid edir.

    “The Sun” nəşrinin yazdığına görə, onun matçda iştirakı həm də ona görə vacibdir ki, Bakı finalı Eden Azarın “zadəganlar”ın heyətində son matçı ola bilər. Eden Azarın 90 milyon dollara “Real”a keçəcəyi gözlənilir.

    “Bunu həm də “Çelsi” klubuna böyük dəstək kimi qələmə vermək olar, bir növ rusiyalı oliqarxın hələ də kluba sadiq qaldığının ictimai nümayişi olacaq”, – deyə nəşr qeyd edir.

    Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda baş tutacaq. Matç 23:00-da start götürəcək.

  • UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

    UEFA “Arsenal” futbol klubuna xəbərdarlıq edib:

    “Əgər klubun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”.
    Bu barədə Mirror məlumat yayıb.

    UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda UEFA-ya qarşı etiraz bannerləri aça biləcəklərindən ehtiyat edir. Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

    Xəbər verdiyimiz kimi,“Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

    Bununla əlaqədar, “Arsenal” futbol klubun fan-qruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə oyunun 7-ci və 77 ci dəqiqələrində flaşmob keçirməyi təklif edib.

  • Erməni bacı-qardaş Azərbaycandakı yarışda çıxış edəcək

    Milli Gimnastika Arenası sabah tarixində ilk dəfə olaraq, aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

    Qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları üç gün ərzində öz güclərini sınayacaq.

    22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin, aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaq. Bu yarışda erməni əsilli bacı-qardaşlar da iştirak edəcək.

    Söhbət Qarsevan və Duxik Canazyanlardan gedir. Bu iki ailə üzvü Rusiya millisinin üzvləri sayılır. Onların burda iştirakı bir daha onu göstərir ki, idman siyasətdən çox aralıdır. Bu, həm də rəsmi Bakının erməni futbolçu Henrix Mxitaryanın son günlər Bakıya gəlməməsi yönündə süni şəkildə qabardılmış məsələlərə bir tutarlı cavabı kimi də qiymətləndirilə bilər.

    Yeri gəlmişkən, ölkəmizi bu çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcək.

    Artıq bütün komandaların toplaşdığı arenada iki gündür rəsmi məşq toplanışları keçirilir. Sabah saat 12:00-da start götürəcək çempionatda isə ilk olaraq, meydançada gənc gimnastları görəcəyik. Sonrakı gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü isə final mərhələlərində Avropa çempionlarının adları açıqlanacaq.

    Gimnastika yarışlarının daimi tamaşaçılarını isə bu çempionatda da çox maraqlı və qeyri-adi bir açılış mərasimi gözləyir. Bu dəfə onlar 16:00-dan etibarən “Gimnastika Planeti”nə qonaq olaraq, ecazkar şounun bir hissəsinə çevriləcək.

    //oxu.az

  • Bakıda keçiriləcək finalın açılış mərasimində məşhur müğənni oxuyacaq

    “İngiltərə futbolu üçün necə də gözəl gündür. Doğma Londonumun iki klubunu Avropa Liqasının finalında görmək xoşdur. Belə bir imkanı qazanmaq, sadəcə, xəyal idi. Belə nəhəng səhnədə çıxış etmək imkanı insana görünməmiş hisslər bəxş edir. Finalda Londonun iki komandasının oynaması faktı isə ingiltərəli fanatlar üçün, sadəcə, ağlasığmazdır”.

    Bunu məşhur britaniyalı musiqiçi Conas Blu UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

    İngilis müğənni mayın 29-da “Arsenal” və “Çelsi” komandaları arasında Bakı Olimpiya Stadionundakı final matçının açılış mərasimində çıxış edəcək . Konsertdə Conas Blunu 150 yerli rəqqas müşayiət edəcək.

    Blu son iki ildə populyarlığının pik həddindədir. 29 yaşlı ifaçı indiyədək 40 milyonadək sinqlini satıb. O həm də Böyük Britaniyanın ən tanınmış DJ-lərindəndir.

  • Maradona HƏBS EDİLDİ

    Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Buenos-ayres hava limanında həbs edilib.

    Median.Az Redaktor.az-a istinadən xəbər verir ki, 58 yaşlı Maradona keçmiş sevgilisinə 5 milyon dollar borcu səbəbindən saxlanılıb. Hadisə keçmiş futbol ulduzunun Meksikadan geri qayıtdığı gün baş verib.

    Qeyd edək ki, bundan bir müddət əvvəl Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək verdiyinə görə Meksika Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.

  • Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda tədbirlər planı hazırlanıb

    2019-cu il 29 may tarixində Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.

    “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, tədbirlər planına əsasən, 29 may 2019-cu il tarixində Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək “Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

    Eyni zamanda, həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, 28.05.2019 – cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

    Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

    Bakıdan 29.05.2019-cu il tarixdə, bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

    Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.//Baku.ws

  • “Arsenal”ın oyunçusu azərbaycanlılara səsləndi – QARDAŞLARIM…

    “Arsenal” klubunun aparıcı oyunçusu Məsut Özil rəsmi Twitter hesabından azərbaycanlılara müraciət edib.

    Median.Az xəbər verir ki, futbolçu, “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”, – deyə sosial şəbəkədə qeyd edib.

    Qeyd edək ki, mayın 29-da Bakının Olimpiya Stadionunda Arsenal-Çelsi futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

  • “Çelsi” və “Arsenal”ın Bakıda qalacağı otellər məlum oldu

    Bakıda keçiriləcək Avropa Liqasının final oyununda “Çelsi”nin sahibi Roman Abrahimoviçin də iştirakı gözlənilir.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, rusiyalı iş adamı klub rəhbərliyinə “Arsenal”la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.

    Bu arada bəlli olub ki, “Çelsi” Bakıda 5 ulduzlu “Hyatt Park”, “Arsenal” isə “Alov qüllələri”ndə yerləşən “Fairmont” otelində qalacaq.

    Xatırladaq ki, Avropa Liqasının “Çelsi” – “Arsenal” final oyunu mayın 29-da keçiriləcək.

  • Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

    İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqor yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib.

    Bu barədə Bjpenn.com yazır.

    Nurməhəmmədovla Makqreqor arasında ilk döyüş oktyabrın 6-da Las-Veqasda keçirilmiş və dördüncü raundda rusiyalının danılmaz qələbəsi ilə başa çatmışdı. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşmüşdü.

    Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyərək, altı ay müddətinə diskvalifikasiya etmişdi. Rusiyalı idmançı isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılmış və yarım milyon dollar məbləğində cərimələnmişdi.

    “Onu təbrik edirəm, həmin matçı qazanıb, görək növbəti dəfə necə olacaq. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Hər halda bu idmandır, qəddar idman növü olsa da, idmandır. Ona hörmət edirəm, həmin döyüş axşamı mən məğlub olmuşdum”, – deyə Makqreqor bildirib.

  • Azərbaycanlı idmançı “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb

    Mayın 21-də Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” yarışında çəkic atma növündə çıxış edən idmançımız Anna Skidan 72.92 metr nəticə göstərərək 5-ci yerin sahibi olub.

    Atletimiz bu nəticə ilə “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb.

    Qeyd edək ki, “Tokio 2020” Olimpiadasına lisenziya qazanmaq üçün hər atlet azı 72.50 metr nəticə göstərməlidir.

    Bu yarışda iştirak edən atletimiz, Avropa çempionu Nazim Babayev isə 6-cı yeri tutub.