Category: İdman

  • Ronaldudan Fələstinə 1.5 milyonluq yardım – İftar üçün

    “Yuventus”un hücumçusu Kriştianu Ronaldu xeyirxah addım atıb.

    Median.Az qol.az-a istinadən yaydığı xəbərə görə, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.

    Qeyd edək ki, bu, Ronaldunun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.

  • İngiltərəli oyunçunun Bakıdakı finalda iştirak etməyəcəyi dəqiqləşib

    İngiltərənin “Çelsi” komandasının futbolçusu Ruben Loftus-Çikin Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirak etməyəcəyi dəqiqləşib.

    “Goal.com” xəbər verir ki, ABŞ-ın “New England Revolution” kollektivi ilə yoldaşlıq görüşündə zədələnən 23 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.

    Tibbi müayinədən sonra ingiltərəli oyunçunun 5-9 aya qədər yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

    ABŞ komandası ilə görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub.//report.az

  • Avropa Liqasının finalı ilə bağlı idxal olunan mallar rüsumdan azad edildi

    2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı malların idxalı gömrük rüsumlarından azad edilib.

    Bununla bağlı Prezident İlham Əliyev bu gün “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

    Sənədlə Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı gömrük rüsumundan azad edilib.

    Bu qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

  • Yurçeviç millimizin heyətini açıqladı

    Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

    Median.Az həmin heyəti təqdim edir:

    Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);

    Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Qarabağ”), Pavel Paşayev (“Oleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Ömər Buludov (“Neftçi”), Bəhlul Mustafazadə (“Qəbələ”), Anton Krivostyuk (“Neftçi”);

    Yarımmüdafiəçilər: Qara Qarayev (“Qarabağ”), Eddi İsrafilov (“Alcorcon”, İspaniya), Rəşad Eyubov (“Sabah”), Əli Babayev (“Sumqayıt”), Aleksey İsayev (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Emin Mahmudov (“Neftçi”);

    Hücumçular: Mirabdulla Abbasov (“Neftçi”), Renat Dadaşov (“Eştoril”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”), Rüfət Dadaşov (“Proysen Münster”, Almaniya), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Araz Abdullayev (“Qarabağ”), Namiq Ələskərov (“Neftçi”), Mahir Emreli (“Qarabağ”).

    Siyahıda diqqət çəkən məqam “Qarabağ”ın futbolçusu Mahir Mədətovun yeni soyadı ilə qeyd edilməsidir.

  • Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başladı

    Bakıda bədii gimnastika üzrə Avropa çempionatına start verilib.

    Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

    Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

    Turnirin açılışı zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. Bundan sonra Sevda Ələkbərzadə Azərbaycan himnini ifa edib.

    Qeyd edək ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

  • Esyen də Bakıda səhər yeməyində azarkeşlərə səsləndi – VİDEO

    “Çelsi”nin sabiq futbolçusu Maykl Esyen “Instagram” hesabı vasitəsilə azarkeşlərə ikinci dəfə müraciət edib.

    Hazırda “Səbail” klubunun formasını geyinən qanalı futbolçu bu dəfə Bakıda səhər yeməyi yeyərkən görüntüsünü paylaşıb:

    “Salam, sabahınız xeyir. Bu, Maykl Esyendir. Son üç aydır ki, Bakıda yaşayıram. Burada səhər yeməyi əladır. Bakıya gəlin və səhər yeməyi yeyin. Axşam isə Avropa Liqasının finalına baxın. Görüşərik”.

    Qeyd edək ki, daha əvvəl “Arsenal”ın sabiq fransalı futbolçusu Rober Pires öz “Instagram” hesabında “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Kloppun “Bilmirəm, Bakıya Avropa Liqasının finalının salınması qərarını qəbul edənlər səhər yeməyinə nə yeyirlər?!” fikrinə cavab verib.

    //oxu.az

  • Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq – ADLAR

    21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında mübarizə aparacaq cüdoçularımızın adlarına aydınlıq gəlib.

    Komandamız Şərqi Avropa ölkəsində 13 idmançı ilə mübarizə aparacaq.

    Kişi millimiz yalnız bir çəkidə (-81 kq) təmsil olunmayacaq. Digər altı çəkidə doqquz idmançımız olacaq. Bunlar Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq) və Uşanqi Kokauridir (+100 kq).

    Qadın millimiz isə üç – 63, 70, 78 kq çəki dərəcələrində mübarizə apara bilməyəcək. Belarusa gedəcək qadın idmançılarımız isə bunlardır: Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq) və İrina Kindzerskaya (+78 kq).

    Qeyd edək ki, II Avropa Oyunlarında cüdo yarışları 22-25 iyun tarixlərində keçiriləcək. Bu turnirin cüdo yarışlarının mükafatçılarına iki medal veriləcək. Belə ki, yarış həm də cüdo üzrə Avropa çempionatı statusunda olduğundan, mükafatçılara həm Avropa Olimpiya Komitəsinin, həm də Avropa Cüdo Birliyinin medalları təqdim ediləcək.

    //oxu.az

  • Ronaldu fələstinlilərə Ramazan hədiyyəsi etdi

    “Yuventus”un futbolçusu Kriştianu Ronaldu Ramazan ayı münasibəti ilə fələstinlilərə 1,5 milyon dollar bağışlayıb.

    “Yenisafak” xəbər verir ki, məbləğ ehtiyacı olan müsəlmanlara yönəldiləcək.

    Portuqaliyalı ulduz önce də fələstinlilərə yardım göstərib. Belə ki, 2012-ci ildə “Qızıl butsu”nu xərraca çıxaran futbolçu, qazandığı 1,5 milyon avronu Qəzza zolağında yerləşən məktəbə və onun şagirdlərinə hədiyyə edib.

  • Maykl Essyen “Çelsi” azarkeşlərinə müraciət edib

    Hazırda “Səbail”də çıxış edən qanalı futbolçu Maykl Essyen Bakıdakı Avropa Liqasının final matçından əvvəl İngiltərənin “Çelsi” klubunun azarkeşlərinə müraciət edib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, təcrübəli yarımmüdafiəçi keçmiş komandasına “Arsenal”la keçirəcəyi qarşılaşmada dəstək istəyib. O, üç aydır yaşadığı Bakını çox sevdiyini vurğulayaraq bütün “Çelsi” fanatlarını Azərbaycan paytaxtına dəvət edib.

    Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.

  • Azərbaycanda 8000 manat maaş alan futbolçular vergi vermir – Yeni qaydalar

    Azərbaycanda oynayan futbolçuların vergilərdən azad olunması qaydaları açıqlanıb.

    Bu ilin yanvarın 1-dən qüvvəyə minmiş yeni vergi qanunvericiliyinə görə səkkiz min manatadək maaş alan futbolçular 10 il müddətinə vergi ödəməkdən azaddır.

    Bundan başqa, beynəlxalq yarışlarda dörd min manatadək, daxili turnirlərdə isə 200 manatadək verilən mükafatlardan vergi tutulmur. Yəni komandalar bu məbləğdə mükafat qazanacağı halda vergi ödəməyəcəklər.

    //oxu.az